Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-365/2024 01.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1986-cı ildə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, Şəxs 07 oktyabr 2024-cü ildə yaşadığı ünvan 1-də formalaşan çirkab sularını yaşadığı evin əks tərəfindən keçən Ucar şəhəri, Oğuz küçəsinə axıtmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Şikayət verən şəxsin anası Kəmalə ilə birlikdə onların köhnə kanalizasiya xəttinin yerində yeni kanalizasiya xətti çəkdirmişlər. Sonradan onlar kanalizasiya xəttini kəsmişlər və buna görə də o, məcbur olub boru xəttinin kənarı ilə çirkab suları ümumu kanalizasiya xəttinə axıdır. O, işləmir və üç azyaşlı uşağı vardır. Əlavə olaraq bildirdi ki, 2007-ci ildən həmin evdə yaşayır, şikayət verən şəxs isə təxminən 2018-2019-cu illərdən şirniyyat sexini işlədirlər. Həmin şəxslər onların kanalizasiya xəttini kəsmişlər, özlərinin kanalizasiya xəttindən istifadə edirlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, idarənin 07 oktyabr 2024-cü il tarixli, 0599 və 0605 saylı sərəncamlarına əsasən Ucar rayon sakini X1 nazirliyin “Qaynar xətt” əlaqə mərkəzinə 01 oktyabr 2024-cü il tarixdə ünvanladığı müraciəti tərəflərindən özünün, Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Ucar şəhər bələdiyyəsinin sədrinin iştirakı ilə araşdırma aparılmışdır. Araşdırma zamanı Murad Məmmədov tərəfindən verilmiş izahatda nazirliyin “Qaynar xətt” əlaqə mərkəzinə 01 oktyabr 2024-cü il tarixdə müraciətin onun tərəfindən edildiyini, Şəxs həyətyanı sahəsində yaranan çirkab suların Ucar şəhəri, Oğuz küçəsinə axıtdığını bildirib, bu barədə qanuni tədbir görülməsini xahiş etdi. Tərəflərindən müraciətdə göstərilən ünvana baxış keçirilmiş, baxış zamanı Şəxs yaşadığı evdə formalaşan çirkab sularının Oğuz küçəsinə axıtdığı müəyyən edilmişdir. Şəxs əraziyə dəvət edilmiş, tərəflərindən ona qanunvericiliyin tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq Şəxs izahat verməkdən imtina edərək israrla çirkab suların onun tərəfindən küçəyə axıdıldığını bildirərək ərazini tərk etmişdir. Beləliklə, araşdırma zamanı Şəxs tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozularaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta törədildiyi müəyyən edildi. Buna görə də tərəfindən 07 oktyabr 2024-cü ildə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi barədə izahatı özünümüdafiə, məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növündə cərimə edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta törətmiş şəxs Şəxs göstərilmiş hüquqi yardımla bağlı 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs göstərilmiş hüquqi yardımla bağlı 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-365/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-365/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver