Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-366/2024 18.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs - Ucar RPŞ-nin DYPB-nin İT üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 23 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 21 iyun 2024-cü il tarixdə, saat 03 radələrində Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəymiş və nəticədə sürücünün sərxoş olub-olmaması yoxlanılarkən sonuncunun idarə etdiyi VAZ 21074 markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə, eyni zamanda, sözügedən avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs - Ucar RPŞ-nin DYPB-nin İT üzrə baş inspektoru X2 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 21 iyun 2024-cü il tarixdə yaşadığı evin qarşısında spirtli içki pivə qəbul etmiş və bundan sonra həmin gün təxminən saat 02 radələrində Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində sürücülük hüququ olmadan VAZ 21074 markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxaraq işıq dirəyinə çırpılmışdır. Hadisə zamanı avtomobildə heç kim olmamışdır. Hazırda törətdiyi əməldən peşman olmasının, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasının, himayəsində ahıl anasının (qulluğa ehtiyacı olan) olmasının, eləcə də, azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, sonuncu məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmadığını və sonuncuya qarşı hər hansı tələbinin olmadığını bildirmiş, eyni zamanda, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 23 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 21 iyun 2024-cü il tarixdə, saat 03 radələrində Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəymiş və nəticədə sürücünün sərxoş olub-olmaması yoxlanılarkən sonuncunun idarə etdiyi VAZ 21074 markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə, eyni zamanda, sözügedən avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. İşdə olan qüsur aktından görünür ki, hadisə nəticəsində VAZ 21074 markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 manat maddi ziyan dəymişdir. İşdə olan AD 038495 saylı, 14 oktyabr 2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs məxsusdur. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış 18 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, sonuncuya dəymiş maddi ziyan (2000 manat) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ödənildiyindən sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 334.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, himayəsində azyaşlı uşaqlarının, eləcə də qulluğa ehtiyacı olan ahıl anasının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilməsini, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının, eləcə də qulluğa ehtiyacı olan ahıl anasının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilməsini, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının, eləcə də qulluğa ehtiyacı olan ahıl anasının olmasını, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, ona 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-366/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-366/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver