Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-370/2025 29.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu X1 19 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinın Vİ tağımın yol patrul xidməti inspektoru tərəfindən tərtib olunmuş 19 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdim: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Vİ tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən 19 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən tərtib olunmuş 19 avqust 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb bu nəticəyə gəlirəm ki, 19 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinın Vİ tağımın yol patrul xidməti inspektoru X2 tərəfindən 19 avqust 2025-ci il tarixdə qəbul olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında 19 avqust 2025-ci il tarixli, TP ******* nömrəli qərardan göründüyü kimi, inzibati xəta hadisəsi həmin gün, saat 19:02-də Bakı, Dəmiryolçular (Sanqaçal) 3 ərazisində baş vermişdir. Qeyd olunan ərazi isə Ucar rayonunun deyil, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisinə aiddir və şikayətə Ucar Rayon Məhkəməsində baxılması üçün vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, iş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xətanın törədildiyi yer Ucar rayonunun inzibati ərazisi olmadığına, bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilmiş şikayətə bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə X1 19 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinın Vİ tağımın yol patrul xidməti inspektoru tərəfindən tərtib olunmuş TP ******* nömrəli, 19 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3,129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 19 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinın Vİ tağımın yol patrul xidməti inspektoru tərəfindən tərtib olunmuş TP ******* nömrəli, 19 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-370/2025
Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-370/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver