Məhkəmə qərarları › İş №3(063)-384/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-384/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-384/2024 14.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1973-cü ildə Ucar rayonu, Yuxarı Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, İ qrup Qarabağ əlili, Ucar şəhəri, H.Əliyev prospekti, ev 138, mənzil 29-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində Ucar rayonu, Qulabənd kəndi ərazisində qadağan edilmiş yerdə ov etməklə ov qaydalarını kobud şəkildə pozmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin sahə rəisi X1 izahatında göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Ələddin Əliyevin 27 sentyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Tərəfindən inzibati araşdırma aparılmış və araşdırma zamanı Şəxs 17 sentyabr 2024-cü il tarixdə Ucar rayonu, Qulabənd kəndi ərazisində qanunsuz ov etməsi müəyyən edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində tərəfindən 29 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinmiş və 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, 2010-cu ildən “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti”nin üzvüdür, istifadəsində qanuni əsaslarla 12 kalibrli, “Ata-arms” markalı ov silahı vardır. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən şəhadətnamə də verilmişdir. Ov etmə əsas dolanacaq mənbəyi deyildir. 17 sentyabr 2024-cü ildə Sənan Kamilovla birlikdə Ucar rayonu, Qulabənd kəndinə ov etmək üçün getmişlər, orada olarkən polis əməkdaşları onları saxlayaraq Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər, şöbədə araşdırma aparılaraq izahatı alınmışdır. Törətdiyi əmələ görə peşimandır və gələcəkdə bu cür hərəkətə yol verməyəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İşdə olan Ucar Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Ə.Əliyev tərəfindən qəbul edilmiş 27 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə, X4 və Şəxs tərəfindən müəyyən edilməmiş yerdə daşınma qaydaları pozulduğuna görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş digər sənədlərdən görünür ki, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti tərəfindən 17 iyun 2010-cu ildə Şəxs 004012 nömrəli bilet, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 12 kalibrli, “Ata-arms” markalı, 18/03579 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 18 dekabr 2018-ci ildə 2547 nömrəli şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş 17 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, HK-1/1249 nömrəli material üzrə Ucar şəhəri, H.Əliyev prospektində yaşayan X2 məxsus 01 ədəd “Toz” markalı, qoşa lülə, 20 kalibr, lülə nömrəsi 175-294 olan yivsiz ov tüfəngi və Ucar şəhəri, H.Əliyev prospektində yaşayan Şəxs məxsus 01 ədəd “Ata-arms” markalı, tək lülə, 12 kalibr, lülə nömrəsi 18/03579 olan yivsiz ov tüfəngi rayon polis şöbəsinin növbətçi hissəsinin silahların saxlanması otağına təhvil verilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini boynuna almasını, səmimi peşimançılığını və İ qrup Qarabağ əlili olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati xətanın törədilməsində alət olmuş ov silahı müsadirə edilməməklə ov hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda, maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan “Ata-Arms” markalı, 12 kalibrli, tək lülə, 18/03579 nömrəli ov silahı Şəxs qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın törədilməsində alət olmuş ov silahı müsadirə edilməməklə 1 (bir) il müddətinə ov hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan “Ata-Arms” markalı, 12 kalibrli, tək lülə, 18/03579 nömrəli ov silahı Şəxs qaytarılsın. Qərarın icrası maddi sübutla bağlı Ucar Rayon Polis Şöbəsinə, ov hüququnun məhdudlaşdırılması hissəsində isə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar