Məhkəmə qərarları › İş №3(063)-385/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-385/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-385/2024 14.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X6 iştirakları ilə, 15 sentyabr1983-cü il tarixdə Kəlbəcər rayonu, Əlibayramlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər rayonu, Mollabayramlı kəndində qeydiyyatda olmaqla, Ucar rayonu, Lək kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Ucar Rayon Polis Şöbəsindən daxil olmuş 22 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 05 oktyabr 2023-cü il tarixdə Şəxs yaşadığı Ucar rayonu, Lək kəndində sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd “İJ-18E” markalı, 32 çaplı, “T” seriyalı, “35004” nömrəli, yivsiz, təklüləli ov tüfəngini saxladığı müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X9 qeyd etdi ki, 05 oktyabr 2023-cü il tarixdə Şəxs yaşadığı Ucar rayonu, Lək kəndində sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd “İJ-18E” markalı, 32 çaplı, “T” seriyalı, “35004” nömrəli, yivsiz, təklüləli ov tüfəngi saxladığı müəyyən olunmuşdur. Belə ki, Şəxs yaşadığı Ucar rayonu, Lək kəndində yerləşən evindən 2 ədəd velosipedin və ov tüfənglərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə 04 sentyabr 2023-cü il tarixdə ərizə ilə RPŞ-yə müraciət etmişdir. Müvafiq araşdırılma aparılan zaman Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan evində qaununsuz ov silahlaır saxlaması müəyyən olunmuşdur. Faktla bağlı Ucar RPŞ-nin İB-nin müstəntiqi X11 tərəfindən müvafiq təhqiqat hərəkətləri aparılmış və sonuncunun 15 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən ********* nömrəli cinayət işi materialları üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsilə tədbirlərin görülməsi məqsədilə material RPŞ-nin İTB-yə göndərilmişdir. Lakin, 3-13-115/1- 23151/2023 nömrəli İnzibati xəta haqqında iş üzrə Şəxs qaçıb gizləndiyindən və sonuncunun yerini müəyyən etmək mümkün olmadığında 28 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarla inzibati xata haqqında iş üzrə icraat dayandırılmışdır. Ancaq keçirilmiş proflaktiki tədbirlər nəticəsində Şəxs yeri müəyyən edilərək saxlanıldığından tərəfindən aidiyyəti üzrə inzibati araşdırma aparılmış və inzibati xəta haqqında icraatın təzələnərək, Şəxs izahatı alınaraq sonuncu barəsində 22 oktyabr 2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün kimi Ucar rayonu, Lək kəndində məskunlaşmış və burada xırdabuynulzu heyvan saxlamaqla məşğul olmuşdur. Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra yay aylarında heyvanlarını Kəlbəcər rayonuna aparmağa başlamışdır. 26 iyun 2023-cü il tarixdə heyvanları Kəlbəcər rayonuna apardığı üçün Ucar rayonu, Lək kəndində yerləşən evi sahibsiz qalmışdır. 04 sentyabr 2023-cü il tarixdə, saat 01:00 radələrində Kəlbəcər rayonundan evinə gəldikdə evin zalında olan 2 ədəd velosipediərinin və çarpayının üstünə qoyub üzərini yataq örtdüyü ilə örtdüyü 2 ədəd atasından yadigar qalan sənədsiz ov tüfənginin və onunla yaxınlıqda yaşayan əmisi oğlu Alimə məxsus sandığın qıfılının sındırılaraq içərisində olan müəyyən yataq dəstlərinin oğurlanmasını aşkar etmişdir. Bu barədə o, 102 xidmətinə məlumat vermiş və ərizə ilə Ucar RPŞ-yə müraciət etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 15 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ucar RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs götürülmüş 1 ədəd “İJ-18E” markalı, 32 çaplı, “T” seriyalı, “35004” nömrəli, yivsiz, təklüləli ov tüfəngi müvafiq qaydada saxlanması üçün Ucar RPŞ-nin NH-nə təhvil verilmişdir. İşdə olan müsadirə edilmiş, tapılmış və könüllü təhvil verilmiş nörəli silahın DİN BƏSİİ-də nəzarətə götürülməsi barədə 10 iyun 2024-cü il tarixli arayışın surətindən görünür ki, “İJ-18E” markalı, 32 çaplı, “T” seriyalı, “35004” nömrəli, yivsiz, təklüləli ov tüfəngi DİN BƏSİİ-nin RF DİN-in Baş İnformasiya Analitik Mərkəzində talanmış və itirilmiş silahların uçotları üzrə müəyyən edilməmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 28 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs yeri müəyyən olunaraq RPŞ-yə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 38-ci maddəsinin İİİ və V hissələrinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İşin faktiki hallarından da göründüyü kimi idarəçilik qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə araşdırma ********* nömrəli cinayət işinin materialları əsasında aparılmış, habelə material üzrə icraat 28 yanvar 2024-cü il tarixdə dayandırılsa da, 22 oktyabr 2024-cü il tarixdə təzələnmişdir. Bu mənada qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün 3 aylıq müddət ötürülməmiş, inzibati xəta haqqında protokol həmin müddət daxilində tərtib edilməklə, məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də, hazırkı material üzrə inzibati xəta haqqında qanunvericiliklə müəyyən edilmiş 3 aylıq müddət ötürülməmiş hesab edilməlidir. İşdə olan Ucar Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(063)-18/2024 saylı hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X2 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 03 aprel 2024-cü il tarixdən hesablanması, X2 bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, X2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan bir ədəd otbiçənin zərərçəkmiş şəxs X4 və bir ədəd velosipedin zərərçəkmiş şəxs Şəxs qaytarılması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd M-2248 nömrəli, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, “Mauzer” konstruksiyalı karabinin əsasında (bazasında) yığılmış 32 kalibrli yivsiz, hamar lüləli, sürgülü ov tüfəngi, odlu yivsiz silah və 01 ədəd T- 35004 nömrəli, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 32 kalibrli, İJ- 18E modelli, çaxmaqsız, hamar lüləli, sürgülü ov tüfəngi, odlu yivsiz silahların dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməsi, iş üzrə maddi sübut olan bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması, X1 50 (əlli) manat məbləğində məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, məhkəmədə X3 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X5 97 (doxsan yeddi) manat məbləğində pulun ödənilməsi hökm edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 03 iyun 2024-cü il tarixli, 1(107)-296/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs X2 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, dövlət ittihamçısı Gülər İsayeva tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(063)-18/2024 nömrəli hökmüünü dəyişdirilməsi, təqsirləndirilən şəxs X2 təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 232.1-ci maddəsi ilə 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMin 66.2-ci maddəsinə əsasən X3 təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs X2 05 oktyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla hazırki qərarla təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, iş üzrə Ucar Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(063)-18/2024 nömrəli hökmüünü verilmiş apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. Beləliklə, hökmlə müəyyən edilmiş halların preyudisiallığı nəzərə alınmaqla müəyyən edilir ki, sözügedın hökmlə Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd M-2248 nömrəli, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, “Mauzer” konstruksiyalı karabinin əsasında (bazasında) yığılmış 32 kalibrli yivsiz, hamar lüləli, sürgülü ov tüfəngi, odlu yivsiz silah və 01 ədəd T-35004 nömrəli, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 32 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar lüləli, sürgülü ov tüfəngi, odlu yivsiz silahların dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməsi hökm edildiyindən yenidən həmin silahların müsadirə edilməsi qanunvericiliklə qadağan edilir. Həmçinin, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmmi peşmnçılıq hissi çəkməsi və himayəsində iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını, nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ona 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar