Məhkəmə qərarları › İş №3(063)-398/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-398/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-398/2024 02.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Ucar rayonu, Çiyni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ucar rayonu, Çiyni kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.3-cü maddəsi ilə Ucar RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs X3, X1, X5 və X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 sentyabr 2024-cü il tarixdə saat 22:00 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində qadağan olunmuş yerdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan ov qaydalarını kobud şəkildə pozmuşdur. Bununla əlaqədar sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin polis sahə rəisi X7 bildirdi ki, Şəxs X3, X1, X5 və X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 sentyabr 2024-cü il tarixdə saat 22:00 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində qadağan olunmuş yerdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan ov qaydalarını kobud şəkildə pozmuşdur. Bu barədə sonuncu barəsində tərəfindən 14 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, uşağ ət yeməyi istədiyindən və maddi cəhətdən ət almağa imkanı olmadığından tanışları Ucar rayonu Çiyni kənd sakinləri X3, X1, X5 və qardaşı X6 ilə birlikdə 29 sentyabr 2024-cü il tarixdə kənd ərazisində Tehrana məxsus “İJ-17” markalı tək lüləli ov silahı ilə ov etmək qərarına gəlmişlər. Bu səbəbdən də, 29 sentyabr 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində o, X6 və tanışları X3, X1, X5 ilə birlikdə ov etmək üçün Ucar rayonu, Alpout kəndi ərazisinə getməyi planlaşdırmışlar. Məhəmmədəli və Tehran ov silahlarını götürdükdən sonra onlar ova gedəcəkləri Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən otlaq sahəsinə getmişlər. Oraya çatdıqları zaman Anar avtomobilin yanında qalmış, onlar isə piyada ov axtarmağa başlamışlar. Həmin vaxt Tehran əlində olan fanar vasitəsi ilə ətrafı işıqlandırmağa başladığından Tehrana məxsus tüfəngi o götürmüşdür. Onlar sahəni gəzərkən Məhəmmədəli qarşısına çıxan dovşanlardan dördünü tüfənglə vurmuşdur. Bundan sonra o və o həmin dovşanları gətirmişdir. Bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onun qanunsuz ov etməklə məşğul olduğunu bildirməklə Ucar RPŞ-yə dəvət etmişlər. Lakin ov edilən tüfəng ona məxsus deyil və o, özü heç bir dovşana güllə atmamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirməklə barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs X3, X1, X5 və X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 sentyabr 2024-cü il tarixdə saat 22:00 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində qadağan olunmuş yerdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan ov qaydalarını kobud şəkildə pozmuşdur. İş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Eyni zamanda “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Bu Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “X9 Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər qoyulmasına yol verilir. Bu Qanunun 78-ci maddəsinə əsasən X9 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Odur ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətaya inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, xüsusi hüququn məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, 6 ay müddətə ovçuluq hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar