Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(063)-398/2025 16.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş 13 avqust 2025-ci il tarixli, EQ 29930665 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş 13 avqust 2025-ci il tarixli, EQ 29930665 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayət ilə məhkəməyə müraciət etmişdir. X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayəti 15 sentyabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. X3 barəsində inzibati tənbeh vermə haqqında qərar 13 avqust 2025-ci il tarixdə qəbul edilsə də, həmin şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra, yəni 15 sentyabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Buna görə də hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, sonuncuya şikayətin verilməsi üçün zəruri olan ötürülmüş müddətin bərpası barədə ərizə ilə birlikdə yenidən məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş 13 avqust 2025-ci il tarixli, EQ 29930665 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayəti geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-398/2025
Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(063)-398/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver