Məhkəmə qərarları › İş №3(063)-4/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-4/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-4/2024 07.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ucar rayon Polis şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 442ci maddəsi ilə Ucar rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs 25 dekabr 2023-cü il tarixdə saat 09:00 radələrində Ucar şəhəri, 28 may küçəsində satılması qadağan olunmuş pirotexniki vasitələri satmışdır. Bununla bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Ucar rayon Polis şöbəsinin sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs 25 dekabr 2023cü il tarixdə saat 09:00 radələrində Ucar şəhəri, 28 may küçəsində satılması qadağan olunmuş pirotexniki vasitələri satmışdır. Bununla bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 442-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 25 dekabr 2023-cü il tarixdə saat 09:00 radələrində Ucar şəhəri, 28 may küçəsində satılması qadağan olunmuş pirotexniki vasitələri satarkən polis əməkdaşları tərərəfindən bu hal aşkarlanmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, əməlinin qanunsuz olduğunu bildirməklə hüquq və vəzifələrini izah etmişlər. Daha sonra, aşkarlanmış pirotexniki vasitələr götürülərək Ucar RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Əməlindən peşmandır, odur ki, bu halların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İşdə olan Ucar RPŞ-nin İTB-nin rəisi tərəfindən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Şəxs özünü İXM-nin 442-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 25 dekabr 2023-cü il tarixdə saat 09:00 radələrində Ucar şəhəri, 28 may küçəsində satılması qadağan olunmuş pirotexniki vasitələri satarkən polis əməkdaşları tərərəfindən bu hal aşkarlanmışdır. İşdə olan 25 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Şəxs 25 dekabr 2023-cü il tarixdə saat 09:00 radələrində Ucar şəhəri, 28 may küçəsində satılması qadağan olunmuş pirotexniki vasitələri, yəni candli markalı 6 ədəd fişəng, lenga markalı 1 ədəd qutuda 18 ədəd, tigre power markalı 1 ədəd qutuda 36 ədəd, super pritate 1 ədəd qutuda 13 ədəd, mega piratka 1 ədəd qutuda 20 ədəd, siver cracker 1 ədəd qutuda 36 ədəd, dadidiouble voice 1 ədəd qutuda 19 ədəd, ground bloom flower 1 ədəd qutuda 10 ədəd, grackers 1 ədəd qutuda 20 ədəd, pili-cracker 1 ədəd 30 ədəd, streckikator fişəng 12 ədəd, mini traiangle 1 ədəd qutuda 15 ədəd və match cracker 69 ədəd partlayıcı götürülərək Ucar RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Odur ki, Şəxs İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan satılması qadağan olunmuş pirotexniki vasitələri, yəni candli markalı 6 ədəd fişəng, lenga markalı 1 ədəd qutuda 18 ədəd, tigre power markalı 1 ədəd qutuda 36 ədəd, super pritate 1 ədəd qutuda 13 ədəd, mega piratka 1 ədəd qutuda 20 ədəd, siver cracker 1 ədəd qutuda 36 ədəd, dadidiouble voice 1 ədəd qutuda 19 ədəd, ground bloom flower 1 ədəd qutuda 10 ədəd, grackers 1 ədəd qutuda 20 ədəd, pili-cracker 1 ədəd 30 ədəd, streckikator fişəng 12 ədəd, mini traiangle 1 ədəd qutuda 15 ədəd və match cracker 69 ədəd partlayıcı müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib, ona 350 (üç yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan satılması qadağan olunmuş pirotexniki vasitələri, yəni candli markalı 6 ədəd fişəng, lenga markalı 1 ədəd qutuda 18 ədəd, tigre power markalı 1 ədəd qutuda 36 ədəd, super pritate 1 ədəd qutuda 13 ədəd, mega piratka 1 ədəd qutuda 20 ədəd, siver cracker 1 ədəd qutuda 36 ədəd, dadidiouble voice 1 ədəd qutuda 19 ədəd, ground bloom flower 1 ədəd qutuda 10 ədəd, grackers 1 ədəd qutuda 20 ədəd, pili-cracker 1 ədəd 30 ədəd, streckikator fişəng 12 ədəd, mini traiangle 1 ədəd qutuda 15 ədəd və match cracker 69 ədəd partlayıcı müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar