Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-406/2024 10.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə evli, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar Rayon Polis Şöbəsindən daxil olmuş 24 sentyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, eləcə də inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 24 sentyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində Ucar şəhəri, H.Əliyev prospektində "Hyundai Elantra" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşında dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 bildirdi ki, Şəxs 24 sentyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində Ucar şəhəri, H.Əliyev prospektində "Hyundai Elantra" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşında dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmiş və bu səbəbdən sonuncu barəsində 24 sentyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 24 sentyabr 2024-cü il tarixdə əmisinin toy mərasimi ilə əlaqədar icarəyə götürdüyü "Hyundai Elantra" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşında dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmiş və Ucar RPŞ-nin DYPB-nın əməkdaşları onu Ucar şəhəri, H.Əliyev prospektində saxlayaraq müvafiq protokol tərtib etmişlər. Hazırda törətdiyi əməldən peşmandır və bu halın nəzərə alınmasını xahiş edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 24 sentyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 sentyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində Ucar şəhəri, H.Əliyev prospektində "Hyundai Elantra" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşında dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, Şəxs İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni "Hyundai Elantra" markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşında dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük müsadirə edilməklə, 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-406/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-406/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver