Məhkəmə qərarları › İş №3(063)-41/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-41/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-41/2024 18.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Hüquqi ünvanı Ucar şəhəri, Oğuz küçəsi 93 olan “Ucar rayon Mərkəzi Xəstəxanası” X3 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 538.1-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Ucar şəhəri, Oğuz küçəsi 93 ünvanında yerləşən "Ucar Rayon Mərkəzi Xəstəxanası" X6 16-18 avqust 2023-cü il tarixlərdə istismar olunan ölçmə vasitələrinin metroloji qayda və normalara uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilən monitorinq zamanı 02 adda tipi təsdiq edilməmiş, eyni zamanda, 25 ədəd (hazırkı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməsinə görə "Ucar Rayon Mərkəzi Xəstəxanası" X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsilə 29 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş vəzifəli şəxs, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11 saylı regional bölməsinin məsləhətçisi X1 və Azərbaycan Metrologiya İnstutu PHŞ-nin Aran regional ərazi idarəsinin baş metroloqu X2 tərəfindən Ucar şəhəri, Oğuz küçəsi, 93 ünvanında yerləşən "Ucar Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin biomedikalı Şahid iştirakı ilə müəssisədə (idarədə və ya təşkilatda) ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyətini yoxlamaq və ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinq aparılaraq ölçmə vasitələrinə dair məlumatları əks etdirən siyahı tərtib edilmişdir. Yoxlama zamanı müəssisədə 52 adda 193 ədəd ölçmə vasitəsindən 115 ədəd ölçmə vasitəsinin metroloji yoxlamadan keçmədiyi aşkar olunmuşdur. Həmçinin 52 adda ölçmə vasitəsindən 2 adda ölçmə vasitəsinin tipi təsdiq edilməmişdir. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində aparılan monitorinq zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə nümayəndəsi olduğu təşkilat tərəfindən "Ucar Rayon Mərkəzi Xəstəxanası" X5 24 avqust 2023-cü il tarixli, 3-21- 1/2-16479/2023 nömrəli və 27 dekabr 2023-cü il tarixli (29 dekabr 2023-cü il tarixdə elektron qaydada imzalanmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə sözügedən pozuntuların 19 yanvar 2024-cü il tarixədək aradan qaldırılması barədə xəbərdarlıq edilmişdir), AİBNDX/G-99/2023 nömrəli məktub və müvafiq olaraq göstəriş göndərilməsinə baxmayaraq, "Ucar Rayon Mərkəzi Xəstəxanası" X8 istismar olunan 25 əsas müxtəlif təyinatlı ölçmə vasitələrinin yoxlamadan keçirilməsi, 2 adda ölçmə vasitəsinin tipinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə heç bir rəsmi sənəd təqdim etməmiş, həmçinin göstərilən nöqsanları aradan qaldırmamışdır. Lakin X9 barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasından sonra sözügedən bütün nöqsanlar artıq aradan qaldırılmışdır. Göstərilənlərin nəzərə alınmasını və "Ucar Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola qanunamüvafiq hüquqi qiymət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "Ucar Rayon Mərkəzi Xəstəxanası" X3 nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Ucar şəhəri, Oğuz küçəsi 93 ünvanında yerləşən "Ucar Rayon Mərkəzi Xəstəxanası" X6 16-18 avqust 2023-cü il tarixlərdə istismar olunan ölçmə vasitələrinin metroloji qayda və normalara uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilən monitorinq zamanı 02 adda tipi təsdiq edilməmiş, eyni zamanda, 25 ədəd (hazırkı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməsinə görə "Ucar Rayon Mərkəzi Xəstəxanası" X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsilə 29 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, əvvəla qeyd edilən nöqsanlar artıq aradan qaldırılmışdır. Bundan başqa, onu da qeyd etdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati xəta haqqında protokolu inzibati məsuliyyətə cəlb etmə müddəti keçməklə tərtib edildiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müətəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 9 saylı regional bölməsinin böyük məsləhətçisi Nümayəndə2 bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11 saylı regional bölməsinin məsləhətçisi X1 və Azərbaycan Metrologiya İnstutu PHŞ-nin Aran regional ərazi idarəsinin baş metroloqu X2 tərəfindən Ucar şəhəri, Oğuz küçəsi, 93 ünvanında yerləşən "Ucar Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin biomedikalı Şahid iştirakı ilə müəssisədə (idarədə və ya təşkilatda) ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyətini yoxlamaq və ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinq aparılaraq ölçmə vasitələrinə dair məlumatları əks etdirən siyahı tərtib edilmişdir. Yoxlama zamanı müəssisədə 52 adda 193 ədəd ölçmə vasitəsindən 115 ədəd ölçmə vasitəsinin yoxlamadan keçmədiyi, eyni zamanda, 52 adda ölçmə vasitəsindən 2 adda ölçmə vasitəsinin tipi təsdiq edilmədiyi aşkar olunmuşdur. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində aparılan monitorinq zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə nümayəndəsi olduğu təşkilat tərəfindən "Ucar Rayon Mərkəzi Xəstəxanası" X5 24 avqust 2023-cü il tarixli, 3-21- 1/2-16479/2023 nömrəli və 27 dekabr 2023-cü il tarixli, AİBNDX/G-99/2023 nömrəli məktub və müvafiq olaraq göstəriş göndərilməsinə baxmayaraq, "Ucar Rayon Mərkəzi Xəstəxanası" X8 istismar olunan 25 əsas müxtəlif təyinatlı ölçmə vasitələrinin yoxlamadan keçirilməsi, 2 adda ölçmə vasitəsinin tipinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə heç bir rəsmi sənəd təqdim etməmiş, həmçinin göstərilən nöqsanları aradan qaldırmamışdır. Hətta 27 dekabr göstərişində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə sözügedən pozuntuların 19 yanvar 2024-cü il tarixədək aradan qaldırılması barədə xəbərdarlıq da edilmişdir. Hazırda inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş avadanlıqlarla bağlı yol verilmiş nöqsanlar aradan qaldırılmışdır. Məhkəmə iclasında iştirak edən "Ucar Rayon Mərkəzi Xəstəxanası" X3 dəstək xidmətləri şöbəsində biomedikal sahəsi üzrə mütəxəssiz Şahid bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 9 saylı regional bölməsinin böyük məsləhətçisi Nümayəndə2 bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11 saylı regional bölməsinin məsləhətçisi X1 və Azərbaycan Metrologiya İnstutu PHŞ-nin Aran regional ərazi idarəsinin baş metroloqu X2 tərəfindən onun iştirakı ilə müəssisədə (idarədə və ya təşkilatda) ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyətini yoxlamaq və ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinq aparılaraq ölçmə vasitələrinə dair məlumatları əks etdirən siyahı tərtib edilmişdir. Yoxlama zamanı müəssisədə 52 adda 193 ədəd ölçmə vasitəsindən 115 ədəd ölçmə vasitəsinin yoxlamadan keçmədiyi, eyni zamanda, 52 adda ölçmə vasitəsindən 2 adda ölçmə vasitəsinin tipi təsdiq edilmədiyi aşkar olunmuşdur. Lakin hazırda bütün qeyd edilən nöqsanlar artıq aradan qaldırılmışdır. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məhkəməyə daxil olmuş 29 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfidən 16 və 18 avqust 2023-cü il tarixlərdə Ucar Rayon Mərkəzi Xəstəxanası PHŞ-də monitorinq keçirilmişdir. İşdə olan 24 avqust 2023-cü il tarixli, 3-21-1/2-16479/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli, 3-21-1/2-21392/2023 və 27 dekabr 2023-cü il tarixli, AİBNDX/G-99/2023 (29 dekabr 2023-cü il tarixdə elektron qaydada imzalanmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə sözügedən pozuntuların 19 yanvar 2024-cü il tarixədək aradan qaldırılması barədə xəbərdarlıq edilmişdir) nömrəli məktubdan və müvafiq olaraq göstərişdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində 16 və 18 avqust 2023-cü il tarixlərdə aparılan monitorinq zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə "Ucar Rayon Mərkəzi Xəstəxanası" X5 tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilmiş və göstəriş verilmişdir. İşdə olan 04 oktyabr 2023-cü il tarixli, 18-1-77/2-1242/2023 saylı "Ucar Rayon Mərkəzi Xəstəxanası" X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı məktubdan görünür ki, sözügedən monitorinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 30 gün icra müddətindən əlavə olaraq 30 gün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında, eləcə də, işdə olan digər sənədlərlə müəyyən olundu ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Ucar şəhəri, Oğuz küçəsi 93 ünvanında yerləşən "Ucar Rayon Mərkəzi Xəstəxanası" X6 16-18 avqust 2023-cü il tarixlərdə istismar olunan ölçmə vasitələrinin metroloji qayda və normalara uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilən monitorinq zamanı 02 adda tipi təsdiq edilməmiş, eyni zamanda, 25 ədəd (hazırkı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməsi halı aşkar edilmiş, 29 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsindən sonra sözügedən nöqsanlar aradan qaldırılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Ucar şəhəri, Oğuz küçəsi 93 ünvanında yerləşən "Ucar Rayon Mərkəzi Xəstəxanası" X8 barəsində tərtib edilmiş 29 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta hadisəsinin baş verməsi vaxtı kimi 19 yanvar 2024-cü il tarix göstərilmişdir. Lakin araşdırma zamanı, "Ucar Rayon Mərkəzi Xəstəxanası" X3 törətdiyi pozuntunun aparılan monitorinq zamanı, yəni, 16-18 avqust 2023-cü il tarixlərdə aşkar olunması işdə olan təkzibedilməz materiallarla və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 9 saylı regional bölməsinin böyük məsləhətçisi Nümayəndə2 məhkəmə iclası zamanı (iclasın audio-video yazısı qeydə alınmaqla) verdiyi izahatı ilə də bir daha təsdiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 29 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən 19 yanvar 2024-cü il tarixi inzibati xəta hadisəsinin aşkar olunmasını deyil, 27 dekabr 2023-cü il tarixli göstərişin son icra müddəti kimi hesab edilir (həmin göstərişin məzmunu ilə bu hal aşkar şəkildə görünür). Beləliklə, inzibati xətanın törədilməsi istər işdə olan sənədlərlə, istərsə də, məhkəmə araşdırması zamanı verilmiş izahatlarla sübuta yetirilsə də, araşdırma aparan orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətlər pozulmuşdur. Belə ki, ilk öncə qeyd etmək lazımdır ki, nəzərə alınsa ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən keçirilmiş monitorinq və həmin monitorinq nəticəsində 02 adda tipi təsdiq edilməmiş, eyni zamanda, 25 ədəd yoxlamadan keçirilməmiş ölçmə vasitələri məhz 16-18 avqust 2023-cü il tarixlərdə (uzanan inzibati xəta) aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş materialları ilə inzibati xətalar qanunvericiliyinin imperativ şərti kimi nəzərdə tutulmuş dörd aylıq məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Nəzərə alınsa ki, inzibati xəta hadisələri ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik inzibati xətanın törədilməsi faktının aşkar edildiyindən dərhal sonra, inzibati araşdırma aparıldığı hallarda isə inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılmasına icazə vermişdir. Göstərilən normadan və məzmundan kənara çıxmaya yol verilmir və bu hal qadağan edilir. Hazırkı işə münasibətdə qeyd edilən müddət 16-18 avqust 2023-cü il tarixlərdən (hadisənin sonuncu vaxtı 18 avqust 2023-cü il tarix olmaqla) hesablansa belə (1 aylıq inzibati araşdırma müddəti də daxil olmaqla), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyi öz təsdiqini tapır. Məhkəmə bundan əlavə, onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta hadisəsinin baş verdiyi vaxtdan 6 aydan artıq müddət keçdikdən sonra (29 fevral 2024-cü il tarixdə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə qanunvericiliyin imperativ tələblərinin pozulması ilə nəticələnmişdir ki, bu hal qanunla qadağan edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin İ hissəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən nzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 102.6-cı maddəsinə əsasən nzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Beləliklə, "Ucar Rayon Mərkəzi Xəstəxanası" X8 tərəfindən İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, "Ucar Rayon Mərkəzi Xəstəxanası" X8 tərəfindən İXM-nın 538.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 18 avqust 2023-cü il tarixdən 4 (dörd) aydan artıq müddət keçdiyindən, "Ucar Rayon Mərkəzi Xəstəxanası" X8 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48- 51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “Ucar rayon Mərkəzi Xəstəxanası” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətdən azad edilsin və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar