Məhkəmə qərarları › İş №3(063)-410/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-410/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-410/2025 30.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhəriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxxx 1995-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ucar Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün 15 aprel 2025-ci il tarixdə Ucar şəhəri, Koroğlu küçəsində saxlanılmış və şəxsi axtarış zamanı üzərindən ümumi təmiz çəkisi 0,50 qram təşkil edən 01 ədəd büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 30 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün15 aprel 2025-ci il tarixdə Ucar şəhəri, Koroğlu küçəsində saxlanılmış və şəxsi axtarış zamanı üzərindən ümumi təmiz çəkisi 0,50 qram təşkil edən 01 ədəd büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 15 aprel 2025-c il tarixdə Əli adlı şəxslə tutulmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən ümumi təmiz çəkisi 0,50 qram təşkil edən 01 ədəd büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Əli adlı şəxsdən pay olaraq almış və özü müvafiq mütəmadiliklə istifadə etmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi məqsədilə X1 əldə etmişdir. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün 15 aprel 2025-ci il tarixdə Ucar şəhəri, Koroğlu küçəsində saxlanılmış və şəxsi axtarış zamanı üzərindən ümumi təmiz çəkisi 0,50 qram təşkil edən 01 ədəd büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 18 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, toplanmış material üzrə aparılan araşdırma zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,48 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, həmçinin 15 aprel 2025-ci il tarixdə Şəxs üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkilişi əks etdirən görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, materiala əlavə edilmişdir. Bundan əlavə, qərarın, eləcə də Azərbaycan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin X5 16 aprel 2025-ci il tarixli, 17/293 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “15 aprel 2025-ci il tarixdə Şəxs üzərinə yoxlama zamanı gödəkcənin cibindən aşkar olunmuş 1 ədəd bükümdə aşkar olunmuş kütlə” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,50 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,48 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin X5 eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, ailə və maddi vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Bundan əlavə, Şəxs üzərində şəxsi axtarış və götürməyə məruz qalmasını özündə əks etdirən 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, toplanmış materiala əlavə edilməsi nəzərə alınmalı, Şəxs götürülmüş, qalıq çəkisi 0,50 qram olan maddi sübut narkotik vasitə qurudulmuş marixuana X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə cinayət işi üzrə yekun qərar qəbul edilənədək Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanması nəzərə alınmalı, eləcə də, Şəxs götürülmüş, qalıq çəkisi 0,50 qram olan qurudulmuş marixuana ilə əlaqədar keçirilmiş və məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə cinayət işi üzrə yekun qərar qəbul edilərkən həll edilməsi nəzərə alınmalıdır. Həmçinin qeyd edirəm ki, Şəxs 30 sentyabr 2025-ci il tarixdə saat 15:10-dan inzibati qaydada tutulmuşdur ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 33.1.2, 34.2, 37, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 30 sentyabr 2025-ci il tarixdə saat 15-10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs götürülmüş, qalıq çəkisi 0,50 qram olan maddi sübut narkotik vasitə qurudulmuş marixuana X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə cinayət işi üzrə yekun qərar qəbul edilənədək Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanması nəzərə alınsın. Şəxs götürülmüş, qalıq çəkisi 0,50 qram olan qurudulmuş marixuana ilə əlaqədar keçirilmiş və məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə cinayət işi üzrə yekun qərar qəbul edilərkən həll edilməsi nəzərə alınsın. Şəxs üzərində şəxsi axtarış və götürməyə məruz qalmasını özündə əks etdirən 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, toplanmış materiala əlavə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar