Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-413/2024 11.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Ucar rayonu, Çiyni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ucar rayonu, Çiyni kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.3-cü və 590.2-ci maddələri ilə Ucar RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Ucar Rayon Polis Şöbəsindən daxil olmuş 23 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və 23 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarından və inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs 29 sentyabr 2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan "İj 17" markalı, təklüləli ov tüfəngini əldə edərək saxlamış, onu daşımış və ov qaydalarını kobud şəkildə pozaraq, X2, X4, X3 və X5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında saat 22:00 radələrində qadağan edilmiş yerdə, o cümlədən Ucar rayonu, Alpout kəndi ərazisində ov etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş vəzifəli şəxs Ucar RPŞ-nin polis sahə rəisi X6 bildirdi ki, Şəxs 29 sentyabr 2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan "İj 17" markalı, təklüləli ov tüfəngini əldə edərək saxlamış, onu daşımış və ov qaydalarını kobud şəkildə pozaraq, X2, X4, X3 və X5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında saat 22:00 radələrində qadağan edilmiş yerdə, o cümlədən Ucar rayonu, Alpout kəndi ərazisində ov etmişdir. Bu barədə sonuncu barəsində tərəfindən 23 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və 23 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.3-cü və 590.2-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, onun ov hüququ yoxdur. Tanışları Ucar rayonu Çiyni kənd sakinləri X2, X4, X3 və qardaşı X5 ilə birlikdə 29 sentyabr 2024-cü il tarixdə kənd ərazisində ona məxsus “İJ-17” markalı və Tehrana məxsus “İJ-18” markalı tək lüləli ov silahları ilə ov etmək qərarına gəlmişlər. “İJ-17” markalı təklüləli ov tüfəngi babasından qalmışdır və silahın heç bir sənədi olamamışdır. Beləliklə, 29 sentyabr 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində o, tanışları X2, X4, X3 və qardaşı X5 ilə birlikdə ov etmək üçün Ucar rayonu, Alpout kəndi ərazisinə getməyi planlaşdırmışlar. O, və Tehran ov silahlarını götürdükdən sonra onlar ova gedəcəkləri Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən otlaq sahəsinə getmişlər. Oraya çatdıqları zaman Anar avtomobilin yanında qalmış, onlar isə piyada ov axtarmağa başlamışlar. Həmin vaxt Tehran əlində olan fanar vasitəsi ilə ətrafı işıqlandırmağa başladığından ona məxsus tüfəngi Məzahir götürmüşdür. Tehran sahəni gəzərkən fanar ilə dovşanları işıqlandırmış o, isə qarşısına çıxan dovşanlardan dördünü tüfənglə vurmuşdur. Bundan sonra Ayxan və Məzahir həmin dovşanları gətirmişdir. Bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onun qanunsuz ov etməklə məşğul olduğunu bildirməklə Ucar RPŞ-yə dəvət etmişlər. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirməklə barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Çünki, Şəxs 29 sentyabr 2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan "İj 17" markalı, təklüləli ov tüfəngini əldə edərək saxlamış, onu daşımış və ov qaydalarını kobud şəkildə pozaraq, X2, X4, X3 və X5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında saat 22:00 radələrində qadağan edilmiş yerdə, o cümlədən Ucar rayonu, Alpout kəndi ərazisində ov etmişdir. İş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs götürülmüş 1 ədəd “İJ 17” markalı, təklüləli ov tüfəngi müvafiq qaydada saxlanması üçün Ucar RPŞ-nin NH-nin silahların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 11 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraat həmin tarixdən dayandırılmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs yeri müəyyən olunaraq RPŞ-yə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Eyni zamanda “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Bu Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “X7 Haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən təbiətdən ümumi istifadə əhalinin həyatının zəruri tələbatının ödənilməsi üçün vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulduğu hallarda, təbiətdən istifadəyə məhdudiyyətlər qoyulmasına yol verilir. Bu Qanunun 78-ci maddəsinə əsasən X7 haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 38-ci maddəsinin İİİ və V hissələrinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İşin faktiki hallarından da göründüyü kimi idarəçilik qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə araşdırma 10 oktyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu mənada qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün 3 aylıq müddət ötürülməmiş, inzibati xəta haqqında protokol həmin müddət daxilində tərtib edilməklə, məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətaya inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində predmet, yəni bir ədəd “İJ-17” markalı, təklüləli ov tüfəngi müsadirə edilməklə, 1500 (bir min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni bir ədəd “İJ-17” markalı, təklüləli ov tüfəngi müsadirə edilməklə, 1500 (bir min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-413/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-413/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver