Məhkəmə qərarları › İş №3(063)-414/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-414/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-414/2024 02.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, 05 avqust 1994-cü ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta texniki təhsilli, işləməyən, Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Beton zavod yaşayış binası 2/3, mənzil 7-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 icra sənədi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan, həmin protokola ******* saylı əlavədən və iş materiallarından görünür ki, icra vərəqəsinə əsasən Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2024-cü il tarixli, 2(063)-45/2024 saylı qətnaməsindən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 902/2024-006 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən “Facebook” sosial şəbəkəsi vasitəsilə “Time TV” kanalı ilə iddiaçı Zərərçəkmiş şəxs barəsində ifadə etdiyi, paylaşaraq yaydığı “Hüseynov Abbasla əxlaqsızlıqda adı hallanmış, Zərərçəkmiş şəxsin əxlaqsızlığı yayılmışdır və onların əxlaqsızlığı ilə biz müraciət etmişik nazirliyə. Onların işinə baxıldı və 7-8 aydan sonra onlar yenidən rəisimizi bizə təqdim elədilər, çünki onun əxlaqsızlıqda adı hallanan qadını yüksək maaşla digər işlə təmin olunub” kimi ifadə etdiyi sözlər iddiaçı Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaldan sözlər hesab edilmiş və həmin sözlər cavabdeh Şəxs özü tərəfindən yaydığı kanal (“Time TV”) vasitəsilə təkzib edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət rüsumuna görə 35 (otuz beş) manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat pulun və aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat pulun cavabdeh Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 17 sentyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 oktyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və izahatında qərar və bildirişlə tanış olduğunu bildirmişdir. Təkrar olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yenidən Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq iltizamı alınaraq yayılmış məlumatı 28 noyabr 2024-cü il tarixədək təkzib edəcəyini, 28 noyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsində olacağını və pulu isə hissə-hissə icra edəcəyini bildirmişdir. Lakin həmin tarixdə gəlməmiş telefon vasitəsi il əlaqə saxlanılmış Bakı şəhərində olduğu üçün 02 dekabr 2024-cü il tarixində gələcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında hər hansı üzürlü səbəb bildirməmiş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-902/2024-006 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədinə əsasən borclu icra sənədi üzrə 1110 manat ödənilməmiş borcu qalmışdır, tələbkar icra sənədinin tam icra olunmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilən icra sənədinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədinin icrasından qərəzli olaraq yayınır. Sözügedən icra sənədi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hazırkı vaxta olan borcu 1110 manat təşkil edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, məhkəmə aktı ilə qət edilmiş qətnaməni yaydığı informasiyanın təkzib edilməsi hissəsində icra etməyəcəkdir, pul məbləğinin verilməsi hissəsində özünü təqsirli bilərək hazırda maddi imkanı olmadığından hissə-hissə icra edəcəyini bildirdi. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(107)-902/2024 saylı icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2024-cü il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi və mənəvi zərərin əvəzi olaraq 1.000 (min) manat pulun, 35 manat dövlət rüsumunun və 150 ekspertiza xərcinin cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan sənədlərin surətlərindən görünür ki, icra vərəqəsinə əsasən Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2024-cü il tarixli, 2(063)-45/2024 saylı qətnaməsindən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2(107)-902/2024-006 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən “Facebook” sosial şəbəkəsi vasitəsilə “Time TV” kanalı ilə iddiaçı Zərərçəkmiş şəxs barəsində ifadə etdiyi, paylaşaraq yaydığı “Hüseynov Abbasla əxlaqsızlıqda adı hallanmış, Zərərçəkmiş şəxsin əxlaqsızlığı yayılmışdır və onların əxlaqsızlığı ilə biz müraciət etmişik nazirliyə. Onların işinə baxıldı və 7-8 aydan sonra onlar yenidən rəisimizi bizə təqdim elədilər, çünki onun əxlaqsızlıqda adı hallanan qadını yüksək maaşla digər işlə təmin olunub” kimi ifadə etdiyi sözlər iddiaçı Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaldan sözlər hesab edilmiş və həmin sözlər cavabdeh Şəxs özü tərəfindən yaydığı kanal (“Time TV”) vasitəsilə təkzib edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət rüsumuna görə 35 (otuz beş) manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat pulun və aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat pulun cavabdeh Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 17 sentyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 oktyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, izahatı alınmış və izahatında qərar və bildirişlə tanış olduğunu bildirmişdir. Təkrar olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yenidən Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq iltizamı alınaraq yayılmış məlumatı 28 noyabr 2024-cü il tarixədək təkzib edəcəyini, 28 noyabr 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsində olacağını və pulu isə hissə-hissə icra edəcəyini bildirmişdir. Lakin həmin tarixdə gəlməmiş telefon vasitəsi il əlaqə saxlanılmış Bakı şəhərində olduğu üçün 02 dekabr 2024-cü il tarixində gələcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında hər hansı üzürlü səbəb bildirməmiş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-902/2024-006 nömrəli, 30 iyul 2024-cü il tarixli icra sənədinə əsasən borclu icra sənədi üzrə 1110 manat ödənilməmiş borcu qalmışdır, tələbkar icra sənədinin tam icra olunmasını tələb edir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü qismın təqsirli bilməsi məsələsinə tənqidi münasibət bildirərək qeyd edir ki, bu hal şəxsin inzibati məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 icra sənədini icra etməməsi və icra edilməmə ilə bağlı hər hansı sübutları təqdim etməməsi sonuncunun hərəkətində qərəzin formalaşmasına dəlalət edən hal kimi qiymətləndirilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və əmlak vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədinin hazırkı vaxtadək icra edilməməsini, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar