Məhkəmə qərarları › İş №3(063)-415/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-415/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-415/2024 05.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, X8 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X4 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-də işləyən, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ucar Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 01 yanvar 2024-cü il tarixdə, saat 20:00 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olan Şəxs Ucar rayonu, Lək kəndində saxlanılıb yaşadığı evə baxış keçirilərkən oradan 3 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 4,32 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 05 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, 01 yanvar 2024-cü il tarixdə, saat 20:00 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olan Şəxs Ucar rayonu, Lək kəndində saxlanılıb yaşadığı evə baxış keçirilərkən oradan 3 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 4,32 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 01 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilən zaman oradan 3 ədəd kağız bükümdə qurudulmuş marixuana aşkar edilmişdir. Təxminən 1 il olar ki, qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə istifadə edir. 29 dekabr 2023-cü il tarixdə, axşam saatlarında küçədə olarkən həyətində çay daşından olan hasarın arasında olan kağız büküm onun diqqətini cəlb etmiş, həmin kağız bükümləri çıxarıb baxdıqda bükümlərin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə istifadə etmək üçün evə gətirib paltar dolabının yuxarı hissəsində gizlətmişdir. Onun narkotik vasitə asılılığı yoxdur. Hazırda törətdiyi əməldən peşmandır, bu halların eyni zamanda, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, 01 yanvar 2024-cü il tarixdə, saat 20:00 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olan Şəxs Ucar rayonu, Lək kəndində saxlanılıb yaşadığı evə baxış keçirilərkən oradan 3 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 4,32 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ucar RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs yaşadığı evdən aşkar edilmiş və məhkəmə ekspertizası tərəfindən zərfə qablaşdırımış ümumi təmiz çəkisi 4,32 qram tədqiqata sərf edilmiş-0,15 (hər obyektə 0,05 qram) kütlə maddi sübut kimi tanınmış və saxlanması üçün Ucar RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Şəxs yaşadığı evə baxış keçirilməsi və şəxsi axtarış və götürməyə məruz qalmasını özündə əks etdirən 2 ədəd disklər maddi sübut kimi tanınmış və materiala əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 02 yanvar 2024-cü il tarixli, 17/6 nömrəli rəyinin surətinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Şəxs yaşadığı evdən təqdim etdiyi 3 ədəd kağız bükümdə olan kütlələr....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,91 qr., 1,09 qr., 1,32 qr., ümumi təmiz çəkisi-4,32 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,15 qram marixuana sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 4,17 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməbioloji ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X2 X1 Ekspert komissiyası tərəfindən 22 yanvar 2024-cü il tarixdə verilmiş 92 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, ailə və maddi vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Bundan əlavə, Şəxs yaşadığı evə baxış keçirilməsi və şəxsi axtarış və götürməyə məruz qalmasını özündə əks etdirən 2 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, toplanmış materiala əlavə edilməsi nəzərə alınmalı və ondan aşkar edilərək götürülmüş, qalıq çəkisi 4,17 qram olan, maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs götürülmüş, qalıq çəkisi 4,17 qram olan maddi sübut, narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Şəxs yaşadığı evə baxış keçirilməsi və şəxsi axtarış və götürməyə məruz qalmasını özündə əks etdirən 2 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, toplanmış materiala əlavə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar