Məhkəmə qərarları › İş №3(063)-416/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-416/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-416/2024 10.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Faxrəddin qızının iştirakları ilə, xx xxxx 1988-ci ildə Göyçay rayonu, Çərəkə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Bağman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(063)-456/2024 saylı icra sənədinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər ay 1 (bir) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 23 aprel 2024-cü il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra göndərilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun çağırışlarından yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə icra məmuru tərəfində çağırış vərəqəsi göndərilərək Ucar rayon icra və probasiya şöbəsinə çağırılmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs çağırışa gəlməmişdir. Təkrar olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 10 iyun 2024 cü il tarixdə çoxsaylı SMS bildiriş göndərilsədə çağrışlardan yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun çağrışlarından yayındığı üçün barəsinə 19 avqust 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar rayon polis Şöbəsinə göndərilmiş, barəsində 23 oktyabr 2024-cü il tarixdə 750409 nömrəli axdarış işi açılaraq axtarış elan olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 10 dekabr 2024-cü il tarixdə Ucar rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Ucar Rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs Abdulxaliq oğlundan Ucar Rayon İcra və Probasiya şöbəsində izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə qalıq qalmış 940 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Hazırda zərərçəkmiş şəxs icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(063)-456/2024 saylı icra sənədinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər ay 1 (bir) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 23 aprel 2024-cü il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra göndərilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun çağırışlarından yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə icra məmuru tərəfində çağırış vərəqəsi göndərilərək Ucar rayon icra və probasiya şöbəsinə çağırılmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs çağırışa gəlməmişdir. Təkrar olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 10 iyun 2024 cü il tarixdə çoxsaylı SMS bildiriş göndərilsədə çağrışlardan yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun çağrışlarından yayındığı üçün barəsinə 19 avqust 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar rayon polis Şöbəsinə göndərilmiş, barəsində 23 oktyabr 2024-cü il tarixdə 750409 nömrəli axdarış işi açılaraq axtarış elan olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 10 dekabr 2024cü il tarixdə Ucar rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Ucar Rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs Abdulxaliq oğlundan Ucar Rayon İcra və Probasiya şöbəsində izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə qalıq qalmış 940 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Hazırda zərərçəkmiş şəxs icra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, hazırda işləmir. Bir neçə ay bundan əvvəl 500 manat ödəniş etmiş, lakin sonradan maddi durumunun çətinləşdiyi üçün heç bir ödəniş edə bilməmişdir. Zərərçəkmiş şəxs yaranmış borcu tam şəkildə tələb etdiyindən və onun sözügedən məbləği hazırda ödəməyə imkanı olmadığından barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Faxrəddin qızı yaranmış borcu tam şəkildə tələb etdiyini bildirdi. Əks təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(063)-456/2024 saylı icra sənədinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər ay 1 (bir) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 23 aprel 2024-cü il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra göndərilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun çağırışlarından yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə icra məmuru tərəfində çağırış vərəqəsi göndərilərək Ucar rayon icra və probasiya şöbəsinə çağırılmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs çağırışa gəlməmişdir. Təkrar olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 10 iyun 2024 cü il tarixdə çoxsaylı SMS bildiriş göndərilsədə çağrışlardan yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun çağrışlarından yayındığı üçün barəsinə 19 avqust 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar rayon polis Şöbəsinə göndərilmiş, barəsində 23 oktyabr 2024-cü il tarixdə 750409 nömrəli axdarış işi açılaraq axtarış elan olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 10 dekabr 2024-cü il tarixdə Ucar rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Ucar Rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs Abdulxaliq oğlundan Ucar Rayon İcra və Probasiya şöbəsində izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə qalıq qalmış 940 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Hazırda zərərçəkmiş şəxs icra sənədinin tam icra edilməsini tələb edir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, icra məmurunun çağırışlarına qərəzli olaraq gəlməməsini və bununla da barəsində axtarış elan edilməsini, müəyyən müddətdə icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 10 dekabr 2024-cü il tarixdən saat 15:10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar