Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-418/2024 28.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1965-ci ildə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 08 dekabr 2024-cü ildə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol və iş materialları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ucar rayonu, Bərgüşad kəndində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı (“Tula” markalı, bir lülə, 16 çaplı, A 04237 nömrəli) saxlamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 29 fevral 2024-cü il tarixdə Lalə Zəkəriyyəyevanın şikayəti əsasında yaşadığı evə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər, o da polis əməkdaşlarına Laləni döymədiyini, babasından yadigar qalmış ov tüfənginin yaşadığı evdə saxladığını, ov tüfənginin sənədlərinin olmadığını bildirib həmin ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. Sənədi olmadan ov tüfəngini saxladığına görə əməlindən peşimandır. Əlavə olaraq bildirdi ki, təhqiqatçının qərarından şikayət verilməmişdir. Ucar Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Ucar Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Anar Seyidov tərəfindən qəbul edilmiş 09 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tədbirlərin görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi, toplanmış material üzrə aşkar edilərək götürülmüş ov tüfənginin DİN-in MTTBİ-nin anbarına təhvil verilməsindən ötrü Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin silahların saxlanılması otağına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Şəxs həmin inzibati xətanı törətməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini boynuna alaraq əməlindən səmimi peşimançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıram. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Yuxarıda qeyd olunan qərarda toplanmış material üzrə aşkar edilərək götürülmüş “Tula” markalı, bir lüləli, 16 çaplı, A 04237 nömrəli yivsiz ov tüfənginin DİN-in MTTBİ-nin anbarına təhvil verilməsindən ötrü Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin silahların saxlanılması otağına təhvil verilməsinin nəzərə alınması göstərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati xətanın bilavasitə obyekti olmuş mülki silah (bir ədəd “Tula” markalı, 16 çaplı, tək lülə, A 04237 nömrəli) müsadirə edilməklə, inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130, 150 və 151-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib mülki silah müsadirə edilməklə 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-418/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-418/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver