Məhkəmə qərarları › İş №3(063)-42/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-42/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-42/2024 04.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Mahmudova (Bayramova) Gülşən Eldəniz qızının, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X7 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, ünvan 1ədinə əsasən borclu Şəxs 03 iyun 2016-cı il tarixdən başlayaraq 16 avqust 2013-cü ildə doğulmuş Azərinin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutulub tələbkar X6 verilməsi, 27 mart 2023-cü il tarixli, 2(063)- 168/2023 saylı icra sənədinə əsasən iddiaçı X3 cavabdeh Şəxs qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsinə dair iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək 05 yanvar 2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs 29 oktyabr 2019-cu il tarixdə doğulmuş X8 və 19 fevral 2021-ci il tarixdə doğulmuş X1 üçün iddiaçı X3 xeyrinə hər ay, hər uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində müvəqqəti alimentin tutulması, 22 sentyabr 2023-cü il tarixli, 2(063)-168/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 22 sentyabr 2023-cü il tarixdən başlayaraq 29 oktyabr 2019-cu il tarixdə doğulmuş X8 və 19 fevral 2019-cu ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X4 verilməsi və 22 sentyabr 2023-cü il tarixli, 2(063)-168/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 05 yanvar 2023-cü ildən başlayaraq iddiaçı X3 özü üçün 19 fevral 2021-ci il tarixdə doğulmuş X9 üç yaşına çatanadək hər ay 50 (əlli) manat alimentin tutulub iddiaçı X4 verilməsi qət edilmiş, Ucar rayonu notariat ofisinin xüsusi notariusunun 23 yanvar 2023-cü il tarixli 298 saylı icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 182,48 (yüz səksən iki manat qırx səkkiz qəpik) manat, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 207,48 (iki yüz yeddi manat qırx səkkiz qəpik) manat məbləğində pulun tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və Ucar rayonu notariat ofisinin xüsusi notariusunun 23 yanvar 2023-cü il tarixli 299 saylı icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 580,28 (beş yüz səksən manat iyirmi səkkiz qəpik) manat, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 605,28 (altı yüz beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədləri müvafiq olaraq 05 sentyabr 2016-cı il, 24 yanvar 2023-cü il, 24 yanvar 2023-cü il, 02 may 2023-cü il və 31 oktyabr 2023-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. 31 oktyabr 2023-cü il tarixli qərarla hər altı icra sənədi icra məmurunun qərarı ilə ümumi icraata birləşdirilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədlərinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün barəsində 27 oktyabr 2023-cü il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün aidiyyatı üzrə Ucar RPŞ-yə göndərilmiş və Ucar RPŞ-si tərəfindən saxlanılaraq 04 mart 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. Hazırda Ucar Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli, 2(063)- 713/2016 saylı, 27 mart 2023-cü il tarixli, 2(063)-168/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli, 2(063)-168/2023 saylı icra sənədləri və Ucar rayonu notariat ofisinin xüsusi notariusunun 23 yanvar 2023-cü il tarixli 298 saylı və 299 saylı icra qeydlərinə əsasən borclu Şəxs ümumilikdə borcu 9222 manat təşkil edir. Hazırda tələbkarlar icra sənədlərinin tam icra edilməsini tələb edirlər. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədlərinin icrasından yayınır. Ucar Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli, 2(063)-713/2016 saylı, 27 mart 2023-cü il tarixli, 2(063)-168/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli, 2(063)-168/2023 saylı və Ucar rayonu notariat ofisinin xüsusi notariusunun 23 yanvar 2023-cü il tarixli 298 saylı və 299 saylı icra sənədlərini hazırkı vaxtadək icra etməmişdir, yalnız 26 avqust 2021-ci il tarixdə zərəçəkmiş şəxs Daşdıyeva (Bayramova) Ləman Qnyaz qızına 700 manat ödəniş etmişdir. Sözügedən icra sənədi üzrə borclunun hazırkı vaxta olan borcu 9222 manat təşkil edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, özünü zərərçəkmiş şəxslər Daşdıyeva (Bayramova) Ləman Qnyaz qızı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borclara münasibətdə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilsə də, digər zərərçəkmiş şəxs Mahmudova (Bayramova) Gülşən Eldəniz qızına münasibətdə özünü təqsirli bilmir. Ona görə ki, o, sözügedən icra sənədindən məlumatlı olmamışdır. ünvan 1ədi üzrə olan borcundan yalnız 25 avqust 2021-ci il tarixdə zərəçəkmiş şəxs Daşdıyeva (Bayramova) Ləman Qnyaz qızına 700 manat ödəniş etmişdir. Yaranmış borcların onun təqsiri ucbatından olduğunu dərk etsə də, lakin maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Sözügedən icra sənədləri ilə bağlı onu da qeyd etdi ki, məsuliyyətini dərk edir, ödənişi etməyin onun vəzifəsi olduğunu anlayır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Mahmudova (Bayramova) Gülşən Eldəniz qızı izahatında göstərdi ki, Şəxs aliment borcunu vaxtlı-vaxtında ödəmir, habelə ödəməkdən imtina edir. Odur ki, Şəxs şikayətçi olmaqla sonuncu barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməsini xahiş etdi (zərərçəkmiş şəxsin bununla bağlı yazılı ərizəsi təqdim olunur). Zərərçəkmiş şəxslər Daşdıyeva (Bayramova) Ləman Qnyaz qızına və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəməyə gəlməmiş (nümayəndələrinin iştirakını təmin etməmiş), işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Lakin, zərərçəkmiş şəxs Daşdıyeva (Bayramova) Ləman Qnyaz qızı məhkəməyə teleqram ünvanlayaraq ünvan 1ədinə üzrə borclu Şəxs 04 mart 2024-cü il tarixə olan aliment borcunun 4260 manat təşkil etməsini, həmçinin, borclu Şəxs yaranmış aliment borcunu tam ödənilməsini, ödəmədiyi halda barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərin və səalhiyyətli nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, ünvan 1ədinə əsasən borclu Şəxs 03 iyun 2016-cı ildən başlayaraq 16 avqust 2013-cü il tarixdə doğulmuş Azərinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(063)-168/2023 saylı icra sənədinə əsasən iddiaçı X3 cavabdeh Şəxs qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsinə dair iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək borclu Şəxs 05 yanvar 2023-cü il tarixdən başlayaraq 29 oktyabr 2019-cu il tarixdə doğulmuş X8 və 19 fevral 2021-ci il tarixdə doğulmuş X2 üçün hər ay, hər uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində müvəqqəti alimentin iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(063)-168/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 22 sentyabr 2023-cü il tarixdən başlayaraq 29 oktyabr 2019-cu il tarixdə doğulmuş X8 və 19 fevral 2021-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X4 verilməsi, həmçinin eyni tarixli, eyni nömrəli tarixli, 2(063)-168/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 05 yanvar 2023-cü il tarixdən başlayaraq iddiaçı X3 özü üçün 19 fevral 2021-ci ildə doğulmuş X9 üç yaşına çatanadək hər ay 50 (əlli) manat alimentin tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Ucar rayonu notariat ofisinin xüsusi notariusunun 23 yanvar 2023-cü il tarixli, 298 saylı icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 182,48 (yüz səksən iki manat qırx səkkiz qəpik) manat, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 207,48 (iki yüz yeddi manat qırx səkkiz qəpik) manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. Ucar rayonu notariat ofisinin xüsusi notariusunun 23 yanvar 2023-cü il tarixli, 299 saylı icra qeydinə əsasən borclu Şəxs vaxtında ödənilməmiş 580,28 (beş yüz səksən manat iyirmi səkkiz qəpik) manat, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 605,28 (altı yüz beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. Qeyd edilən icra sənədləri icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri ümumi icraatda birləşdirilmiş, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, həmçinin SMSlər, çağırışlar göndərilmiş, icra hərəkətlərinin icrasından yayındığına və faktiki olaraq şöbənin çağırışlarına məhəl qoymadığına görə müvafiq axtarış qərarı qəbul olunmuşdur. Qeyd edilən icra sənədinin icrasının təmini məqsədilə müvafiq sorğular da verilmiş, lakin sonuncunun adına hər-hansı bank hesabı və ya əmlak aşkar edilməmişdir. İşdə olan zərərçəkmiş şəxs Daşdıyeva (Bayramova) Ləman Qnyaz qızının 26 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs aliment borcundan ona 700 manat ödəmişdir. İşdə olan zərərçəkmiş şəxs Mahmudova (Bayramova) Gülşən Eldəniz qızının məhkəməyə təqdim etdiyi 04 mart 2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmaqla sonuncu barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs olunmasını xahiş edir. İşdə olan Ucar rayon polis şöbəsinin 04 mart 2024-cü il tarixli, 3-13-115/2-4084/2024 nömrəli məktubundan görünür ki, Şəxs 02 mart 2024-cü il tarixdə, saat 17:40 radələrində saxlanılmış, 04 mart 2024-cü il tarixdə saat 10:00 radələrində isə tərəflərindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini qismən etiraf etməsinə, yəni Gülşən Bayramovaya münsaibətdə icra sənədi barədə məlumatlı olmamasına tənqidi yanaşaraq hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, icra sənədi ilə bağlı Şəxs lazımı qaydada məlumatlandırılmışdır (bu barədə icar sənədinə dair bildirişi də imzalamışdır). Ona görə də məhkəmə bu halı sonuncunun məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun icra sənədləri üzrə borcunu ödəməməsini, 2016-2024-cü illər ərzində cəmi 700 manat ödəniş etməsini məsuliyyətdən formal icra (görünüş xatirinə) ilə yayınması cəhdi kimi qiymətləndirir və bu halın tələbkarın əsaslı mənafeyi fövqündə zəruri olan hal kimi qiymətləndirir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə, həmçinin lazımınca ödənişlərin olmamasını, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış işi açılmaqla məcburi gətirmə tətbiq edilməklə, müəyyən müddətdə icradan qaçaraq, yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 02 mart 2024-cü il tarixdə, saat 17:40-da faktiki saxlanması və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 02 mart 2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar