Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-421/2025 17.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, Protokol tərtib etmiş vəzifəli şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 2003-cü il tarixdə Zərdab rayonu, Məlikumudlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Zərdab rayonu, Məlikumudlu kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X7 Bölməsindən daxil olmuş 06 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 24 iyun 2025ci il tarixdə saat 16 radələrində idarə etdiyi "VAZ-21074" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ucar şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman X1 idarə etdiyi “Honda” markalı motoskletlə toqquşmaq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X4 bildirdi ki, Şəxs 24 iyun 2025-ci il tarixdə saat 16 radələrində idarə etdiyi "VAZ-21074" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ucar şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman X1 idarə etdiyi “Honda” markalı motoskletlə toqquşmaq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, özünə məxsus "VAZ-21074" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 24 iyun 2025-ci il tarixdə, saat 16 radələrində Ucar şəhəri, H.Əliyev prospektində yerləşən “Aran market” mağazasının qarşısından yola çıxaraq hərəkət etməyə başlamış, o, “Dəftərxana ləvazimatları” maöazasının qarşısına dönmək istəyərkən sol zolaqdan sağ zolağa çıxaraq həmin mağazanın qarşısına dönmüş, arxadan motosklet gəlməsinə diqqət etməmiş, bu zaman “Honda” markalı motoskletlə toqquşmuşdur. Hadisə nəticəsində motoskletin sürücüsü, sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxsin ona qarşı hər-hansı şikayət və ya tələbləri yoxdur. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 24 iyun 2025-ci il tarixdə saat 16 radələrində idarə etdiyi motoskletlə Ucar şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman qəflətən "VAZ-21074" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil sol zolqadan sağ zolağa çıxaraq mağazanın qarşısına dönmək istəmiş, bu zaman o, motoskleti sağa çəkmiş, lakin gec olduğu üçün həmin avtomobil sağ tərəfinə dəymişdir. Hadisə nəticəsində o, qol və ayaq nahiyələrində yüngül xəsarət almışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ondan şikayəti və tələbi yoxdur (bu barədə yazılan ərizə iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan 27 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan BD909371 saylı Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, “B1”, “B”, “C1”, “C”, dərəcəli vəsiqə 13 dekabr 2033-cü il tarixədək etibarlıdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "VAZ-21074" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Şəxsdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 30 iyun 2025-ci il tarixli, 214 saylı ekspert rəylərindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət hər iki dirsəyin, sol ayaq pəncəsinin üst səthinin əzilmiş yaralarıküt alətin təsirindən əmələ gəlmişdir, 24 iyun 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş və əlamətə görə dərəcəssağlamlığın yüngül zərər vuran xəsarətlərə aid edirlir və ya xəsarət izi aşkar edilmədi. İşdə olan 24 iyun 2025-ci il tarixli, 108 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, Şəxs müayinəsi zamanı sərxoşluq halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlar əsasında, Şəxs 24 iyun 2025-ci il tarixdə saat 16 radələrində idarə etdiyi "VAZ-21074" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ucar şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman X1 idarə etdiyi “Honda” markalı motoskletlə toqquşmaq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 yüngül bədən xəsarətiyetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəyən ziyanı ödəməsi və səmimi peşmanlığı sonuncunun məsuliyyətini yüngülləşdirən hallara aid edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 300 (üç yüz) manat cərimə inzibati tənbeh tədbiri təyin edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-421/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-421/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver