Məhkəmə qərarları › İş №3(063)-426/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-426/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-426/2025 13.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 1991-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ucar şəhəri, Şirvan küçəsi, ev 69-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 oktyabr 2025-ci il tarixdə, saat 23:30 radələrində Ucar şəhəri, Oğuz küçəsində ictimai qaydanı pozan hərəkətlər, yəni xırda xuliqanlıq etmiş, bundan başqa, 2025-ci ilin oktyabr ayında Ucar şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmişdir. Bununla da, Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin sahə rəisi X1 izahatında göstərdi ki, Şəxs 11 oktyabr 2025-ci il tarixdə, saat 23:30 radələrində avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozduğuna görə yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və bu zaman Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Tərəfindən araşdırma aparılan zaman Şəxs narkotik vasitə qəbul etməsi ilə bağlı məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Gəncə şəhər narkoloji dispanserinin 13 oktyabr 2025-ci il tarixli rəyi ilə Şəxs narkotik maddələrdən istifadə etməsi, narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmişdir. Həmçinin, tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İnzibati araşdırma zamanı Şəxs izahatı alınmış, o, törətdiyi əməlləri etiraf edərək səmimi peşiman olduğunu bildirmişdir. Odur ki, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş və iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, həqiqətən bir neçə gün əvvəl Ucar şəhərində, küçədə yerdən narkotik vasitə olan qurudulmuş marixuana taparaq təklikdə istifadə etmişdir, amma bu barədə heç kimin məlumatı olmamışdır. O, heç kimə narkotik vasitə verməmiş və satmamışdır. 11 oktyabr 2025-ci ildə, saat 23:30 radələrində Ucar şəhəri, Oğuz küçəsində avtomobili idarə edərkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı ilə mübahisə etdiyindən onu Ucar Rayon Polis Şöbəsinə aparmışlar. Şöbədə olarkən ona qarşı hər hansı hüquqazidd və ya qanunsuz hərəkətə yol verilməmişdir. Həmçinin, izahatı alınmış və narkoloji müayinədən keçirilmişdir. Müayinə zamanı sidiyində narkotik vasitə aşkar edilmişdir. Törətdiyi əməllərə görə səmimi peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, 11 oktyabr 2025-ci il tarixdə, saat 23:30 radələrində Ucar şəhəri, Oğuz küçəsində “BMW” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulda yol patrul xidməti inspektoru Məhəmməd İbrahimli ilə birlikdə xidmətdə olarkən “Mercedes Benz” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin dairəvi hərəkət zolağına daxil olarkən manevr qaydasını kobud surətdə pozmasını görmüşlər. Onlar dərhal həmin avtomobili müşaiət etməklə göy-qırmızı sayrışan işıqlarla işarə edərək idarə etməni saxlamasını bildirmişlər. O, avtomobil sürücüsünə yaxınlaşaraq özünü təqdim edərək etdiyi inzibati xəta barəsində müvafiq izahatlar verməyə çalışarkən sürücü özünü təqdim etməkdən imtina edərək yüksək səslə öz narazılığını bildirmiş və əsassız yerə ictimai qaydanı səs-küy etməklə pozmuş, xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Onlar sürücünü yenidən nizam-intizama dəvət edərək sakitləşməsini və polisin qanuni tələblərinə tabe olmasını demişlər. Həmin şəxs əvvəlcə sakitləşsə də daha sonra yenidən öz qanunazidd əməllərini davam etdirərək səsküy salıb ünvansız nəlayiq ifadələr işlətmişdir. Onlar da sürücünün barəsində müvafiq araşdırma aparılması, həmçinin şəxsiyyətinin müəyyən edilməsi üçün rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin sürücünün Şəxs olması məlum olmuşdur. İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 13 oktyabr 2025-ci il tarixli, 1626 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan 4362/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 13 oktyabr 2025-ci il tarixdə, saat 11:35-də müayinə vaxtı sidikdə THC (marixuana) aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahidin izahatı, ambulator məcburi narkoloji-tibbi yoxlamanın rəyi və tibbi müayinə protokolu, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar (MN ******* və MN 2283014) ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materiallarından görünür ki, Şəxs barəsində Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi Pərviz Seyidov tərəfindən 13 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal nəzərə alınır. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi daha ciddi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə olan 12 oktyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 oktyabr 2025-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, həbsetmənin əvvəli 12 oktyabr 2025-ci il tarixdən, saat 00:30-dan hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Odur ki, yuxarıda qeyd olunan rəy nəzərə alınmaqla Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 12 oktyabr 2025-ci il tarixdən, saat 00:30-dan hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar