Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-428/2025 14.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs - Ucar RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ucar şəhəri, D.Qorqud küçəsi, ev 7, mənzil 4-də qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 13 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 15 aprel 2025-ci il tarixdə, saat 06:10-da Şəxs sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 2107 minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsindən şəhər istiqamətində hərəkət etmək üçün Bakı-Qazax dəmir yolu xəttinin 248-ci km-də yerləşən qorunan keçidində svetaforun qırmızı işığının yanmasına və nizamlayıcının hərəkətin qadağanedici işarəsinə məhəl qoymayaraq keçiddən keçmək istəyərkən elektron bağlayıcını (şlaqbaumu) vuraraq əymiş, hadisə nəticəsində "xxxx" QSC-yə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs - Ucar RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X3 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, idarə etdiyi VAZ 2107 minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olarkən avtomobildə tək olmuş və sərxoş vəziyyətdə olmuşdur. Dəmir yolunun qorunan keçidi istiqamətində hərəkətdə olarkən dəmiryol keçidinə çatanda dəmir yolu xəttindən svetaforun qırmızı işığının yanmasına və həmçinin səs siqnalına diqqət etməmiş, qatarın gəlməsini görməmiş və həmçinin xəbərdaredici fit siqnal səsini eşitmədiyi üçün qorunan keçidə hərəkətin qadağan edilməsi aşağı yenən elektron yol bağlayıcını görməmiş və hava şəraitinin yağıntılı olması səbəbindən əyləci basdıqda avtomobil sürüşərək şlaqbauma dəyərək əymişdir. Hazırda törətdiyi əməldən peşman olmasının, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı hər hansı şikayət və tələbinin olmamasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, sonuncu orqanın nümayəndəsi, məhkəməyə gəlməmiş, lakin, məhkəməyə ərizə ilə müraciət edərək Şəxs şikayətçi olmadığını bildirməklə, məhkəmə icasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 13 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 15 aprel 2025-ci il tarixdə, saat 06:10-da Şəxs sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 2107 minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsindən şəhər istiqamətində hərəkət etmək üçün Bakı-Qazax dəmir yolu xəttinin 248-ci km-də yerləşən qorunan keçidində svetaforun qırmızı işığının yanmasına və nizamlayıcının hərəkətin qadağanedici işarəsinə məhəl qoymayaraq keçiddən keçmək istəyərkən elektron bağlayıcını (şlaqbaumu) vuraraq əymiş, hadisə nəticəsində "xxxx" QSC-yə maddi ziyan dəymişdir. İşdə olan 15 aprel 2025-ci il tarixli, 55 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 15 aprel 2025-ci il tarixdə sərxoşluq müəyyən olunmuşdur. İşdə olan DYNPİ-nin Yevlax st. Xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunun təhqiqatçısı X4 24 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.2 və 334.3-cü maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Ucar RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan "xxxx" QSC-nin 12 may 2025-ci il tarixli, 13-1/2-5220/2025 nömrəli məktubundan görünür ki, 15 aprel 2025-ci il tarixdə Bakı-Qazax dəmir yolu xəttinin 248-ci kilometrliyində Ucar rayonu ərazisində “VAZ-2107” markalı, ** KT *** dövlət qeydiyyat nömrəli avtomobil vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı qorunan dəmir yolu keçidində şlaqbaum zədələnmişdir. Sözügedən hadisə nəticəsində "xxxx" QSC-yə 70,80 manat maddi ziyan dəymişdir. İşdə olan zərərçəkmiş şəxs X5 ərizəsindən görünür ki, mülkiyyətində “VAZ 2107” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil vardır, həmin avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi ilə bağlı Şəxs şikayəti və tələbi yoxdur. İşdə olan zərərçəkmiş şəxs "xxxx" QSC-nin X1 xidmətinin 5 nömrəli Kürdəmir yol sahəsinin rəisi X6 ərizəsindən görünür ki, hadisə zamanı "xxxx" QSC-yə dəymiş maddi ziyan tam məbləğdə qarşılandığı üçün Şəxs şikayətləri və tələbləri yoxdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 334.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, ona 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-428/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-428/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver