Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-44/2025 10.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, X1, Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati tənbeh vermə haqqında qərarda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X4 28 dekabr 2024-cü il tarixdə Ucar rayonu, Rəstəcə kəndində yerləşən Ucar rayon Rəstəcə Bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsində kök üstdə yabanı halda bitmiş 30 (otuz) ədəd iydə cinsli ağacları kök və boğaz kəsmiş və 1 (bir) topa yulğun kolunu isə yandıraraq məhv etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə müvafiq olaraq İXM) 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı qalan X4 şikayət ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi X4 tərəfindən onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, o, Ucar rayonu, Rəstəcə kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmədiyindən ancaq torpaq sahəsini əkib-becərməklə ailəsini dolandırır. Torpaq sahəsi az olduğundan Ucar rayon Rəstəcə Bələdiyyəsindən icarəyə torpaq sahəsi götürmüşdür. Həmin torpaq sahəsini əkibbecərmək və istifadəyə yararlı hala gətirmək üçün orada bitən kol-kosu və qurumuş ağacları təmizləmişdir. O, orada yaş halda olan hər hansı iydə və yaxud digər ağacları kəsməmiş və yulğun topasını yandırmamışdır. Lakin, izahat verərkən hüquqi savadı olmadığından bir neçə iydə ağacını kəsdiyini bildirmişdir. Ancaq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dəymiş ziyanın hesablanması cədvəlində ağac sayı həddən artıq şişirdilmiş, iydə ağaclarının və yulğun kolunun sayı və yaş halda olması düzgün göstərilməmişdir. Əslində isə o, ağacların quru halda olduğunu nəzərdə tutduğundan elə izahat vermişdir. Buna görə də, o, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 yanvar 2025-ci il tarixli, MN seriyalı 11785839 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib, 2000 manat məbləğində cərimə edilmişdir. Belə ki, sözügedən qərarı 29 yanvar 2025-ci il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə almış və həmin qərarı aldığı gündən 10 gün müddət keçməmişdir. Eyni zamanda onun da qeyd etmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə tərtib olunmuş inzibati materialların baxılması 16 yanvar 2025-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Lakin, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi A.Məmmədov tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə tərtib olunmuş inzibati materialların baxılması üçün göndərilmiş məktub ona 16 yanvar 2025-ci il tarixdə, saat 15:30-da təqdim edildiyindən o, iş materialları ilə tanış ola, bununla bağlı vəsatət və sübutlarını təqdim edə bilməmişdir. Bu səbəbdən də, qeyd olunanların nəzərə alınmasını, habelə barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun, eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, o, kəsdiyi ağacların quru olduğunu zənn etmiş və hesab etmişdir ki, yaş ağac kəsməmişdir. Lakin əvvəlcədən ağacları kəsmək istəyi barədə hər hansı orqana nə şifahi, nə də ki yazılı məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək izahatında göstərdi ki, X4 28 dekabr 2024-cü il tarixdə Ucar rayonu, Rəstəcə kəndində yerləşən icarəyə götürdüyü torpaq sahəsində kök üstdə yabanı halda bitmiş 30 (otuz) ədəd iydə ağaclarını kəsmiş, 1 (bir) topa yulğun kolunu isə yandıraraq məhv etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Namiq Mehtiyevin sözügedən əməli araşdırılmış, inzibati araşdırma ilə əlaqədar həmin şəxsə məlumat verilmiş, lakin araşdırma aparılan orqana gəlmədiyindən barəsində müvafiq qərar qəbul edilmişdir. Baş vermiş inzibati xəta hadisəsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Beləliklə, hesab edir ki, aparılan araşdırma qanuni olmuş və qəbul edilən qərar törədilən əmələ düzgün hüquqi qiymətin verilməsini özündə əks etdirmişdir. Odur ki, şikayətin təmin edilməməsini, sözügedən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətçinin, qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən şikayətçiyə ünvanlanmış 08 yanvar 2025-ci il tarixli təbiətə dəymiş ziyana görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hazırlanmış cədvələ uyğun olaraq) iddia haqqında xəbərdarlıq məktubundan görünür ki, X4 28 dekabr 2024-cü il tarixdə Ucar rayonu, Rəstəcə kəndində yerləşən Ucar rayon Rəstəcə Bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsində kök üstdə yabanı halda bitmiş 30 (otuz) ədəd iydə ağaclarını kəsməklə, 1 (bir) topa yulğun kolunu isə yandıraraq məhv etməklə təbiətə 3200 manat məbləğində ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən X3 ünvanlanmış 08 yanvar 2025ci il tarixli məktubdan və həmin məktubun şikayətçi Namiq Mehdiyevə çatdırılmasını təsdiq edən zərfdən (08 yanvar 2025-ci il tarixli məktub 10 yanvar 2025-ci il tarixdə çatdırılmışdır) görünür ki, sonuncu inzibati araşdırmanın vaxtı və yeri barədə (bu hal iş materiallarına əlavə edilmiş poçt izlənməsini təsdiq edən sənədlə, eyni zamanda, şikayətçinin məhkəmə araşdırması zamanı verdiyi etirafedici izahatı ilə də təsdiq edilir) məlumatlandırılsa da, sözügedən araşdırmanın aparılmasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin İV və V hissələrinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci (texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda) və 13.1.6-cı (ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda) maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı ilə təsdiq olunmuş “Yaşıllıqların götürülməsi qaydası”nın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. Bu Qaydanın 2-ci bəndinin İ, İİ, İİİ və İV hissələrinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X4 28 dekabr 2024-cü il tarixdə Ucar rayonu, Rəstəcə kəndində yerləşən Ucar rayon Rəstəcə Bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsində kök üstdə yabanı halda bitmiş 30 (otuz) ədəd iydə ağaclarını kəsmiş, 1 (bir) topa yulğun kolunu isə yandıraraq məhv etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırkı iş üzrə inzibati xəta hadisəsinin mövcudluğunu sübut etmə yükü məhz qərar qəbul etmiş orqanın üzərinə düşür. Nəzərə alınsa ki, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi X1 əməlində Azərbaycan Respublikası İXM-nin 253.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini tam sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X2 28 dekabr 2024-cü il tarixdə Ucar rayonu, Rəstəcə kəndində yerləşən Ucar rayon Rəstəcə Bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsində kök üstdə yabanı halda bitmiş 30 (otuz) ədəd iydə ağaclarını kəsməsi və 1 (bir) topa yulğun kolunu yandırması faktı ilə bağlı inzibati xəta hadisəsi aşkar edilmiş, baş vermiş hadisə ilə bağlı müvafiq akt tərtib edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati araşdırma aparılmışdır (inzibati araşdırmanın lazımı prosedurlarına kifayət qədər əməl edilməklə və Namiq Mehtiyev araşdırmanın vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla). Eyni zamanda, Namiq Mehtiyev səlahiyyətli orqan tərəfindən inzibati araşdırma aparılarkən baş vermiş inzibati xəta hadisəsi ilə bağlı səmimi izahat vermiş və orada konkret olaraq törətdiyi əməli etiraf edərək bir daha belə hallara yol verməyəcəyinə dair vəd vermişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati araşdırma aparmış səlahiyyətli orqan Namiq Mehtiyevi inzibati araşdırmanın vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırmış (bu hal şikayətçinin özünün də məhkəməyə təqdim etdiyi zərflərlə də müəyyən olunur) və digər zəruri hərəkətləri həyata keçirmişdir. X9 mübahisələndirdiyi qərarın qanunsuzluğu və əsassızlığı ilə bağlı hər hansı əks arqument gətirə bilməmiş və şikayətinin əsaslılığı ilə bağlı mötəbər sübut təqdim edə bilməmişdir (nəzərə alınsa ki, şikayətin əsaslılığı ilə bağlı sübutetmə yükü məhz şikayətçinin üzərinə düşür). Beləliklə, məhkəmə bu qənaətdədir ki, şikayətçi Namiq Mehtiyevin şikayətində göstərdikləri xüsusatlar özünümüdafiə xarakteri daşımaqla, yanaşı gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, şikayətçinin mübahisəli qərarın sübutlar əsasında qəbul edilməməsi ilə bağlı gətirdiyi arqumentlər onun şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati araşdırma aparılmaqla, X2 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati cərimə edilməsi barədə 16 yanvar 2025-ci il tarixli qərarı qəbul edərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 yanvar 2025-ci tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 yanvar 2025-ci tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-44/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-44/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver