Məhkəmə qərarları › İş №3(063)-447/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-447/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-447/2025 18.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X6 elektron əmək müqaviləsinə keçidlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli 425 nömrəli qərarının icrasının təmin edilməsi üçün göndərilən 21 avqust 2025-ci il tarixli 3-17-5-74786/2025 nömrəli icrası məcburi göstərişi yerinə yetirilməmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməklə, İXM-nin 539.1-1-ci maddəsi ilə xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, barəsində qəbul edilmiş 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tam qanunsuz olduğunu düşünür. Belə ki, o, sözügedən qərarı çox çətinliklə 07 noyabr 2025-ci il tarixdə Ucar rayonu, Qaracallı kənd poçt şöbəsindən əldə etmiş və bu barədə poçtun qəbul kitabında imza etmişdir. Fəaliyyət göstərdiyi “Qulabənd” X3 fəaliyyəti 15 yanvar 2019-cu il tarixdə rəsmi olaraq ləğv edilmişdir. Bu fakt Azərbaycan Dövlət Su X5 Su Meliorasiya Xidməti X13 X12 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş 05 noyabr 2025-ci il tarixli, 3-53-261/9-522/2025 nömrəli məktubda da öz təsdiqini tapmışdır. Həmçinin ləğv prosesində birlik üzrə möhür, stamp, nizamnamə, şəhadətnamə rəsmi təhvil-təslim aktı ilə 15 yanvar 2019-cu il tarixdə müvafiq qaydada təhvil verilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Halbuki o, bu qurumda son illər heç bir işçi saxlamamış, hər hansı bir şəxslə əmək müqaviləsi bağlamamış və əmək münasibəti olmamışdır. Əmək münasibəti olmayan halda ona İXM-nin 539.1-1 maddəsi tətbiq edilə bilməz. Bu maddə yalnız mövcud əmək münasibəti olan subyektlərə, əmək müqaviləsi olan halda icrası məcburi göstərişin icra edilməməsi halına tətbiq oluna bilər. Ləğv olunan, fəaliyyəti bitmiş qurum üzrə əmək münasibətinin mövcud olmadığı halda inzibati məsuliyyət yaratmaq hüquqa tam ziddir. Bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, nümayəndəsi məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə şikayətçinin izahatını dinləyərək, şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Qulabənd” X3 direktoru X6 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfndən X4 ünvanlanmış 08 oktyabr 2025-ci il tarixli, 3-17-5/2-91636/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı icra edilməsi üçün “Qulabənd” X3 direktoru X4 göndərilmişdir. İşdə olan Azərbaycan Dövlət Su X5 Su Meliorasiya Xidməti X13 X12 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş 05 noyabr 2025-ci il tarixli, 3-53-261/9-522/2025 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Göyçay Bölmə şöbəsində 15 avqust 2007-ci il tarixdə 0707-QU2-06 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Qulabənd” X7 fəaliyyətini başa çatdırdığından qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmişdir. Birliyin ləğvi prosesi zamanı balansında olan sənədlər, möhür, nizamnamə və qeydiyyatla bağlı bütün materiallar Ucar rayon qeydiyyat şöbəsinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin 21 oktyabr 2025-ci il tarixli, 3-21-2-15/2-H-5xxxx/2025 nömrəli məktubundan görünür ki, “Qulabənd” X3 ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və 21 oktyabr 2025-ci il tarixdə vergi uçotu ləğv edilərək, sahibkarlıq fəaliyyyətinə xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Sözügedən norma əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamı, kollektiv müqavilələrin bağlanması və icrası, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun təmin edilməsi, əməkhaqqı və digər ödənişlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, qadınların və yaşı 18-dən az olan şəxslərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığortalanması, əməyin mühafizəsi qaydalarına riayət olunması kimi məsələləri əhatə edir. Lakin iş materiallarının təhlili göstərir ki, nə təqdim edilmiş sənədlərdən, nə də məhkəmə iclasında verilmiş izahatlardan X6 tərəfindən həmin maddənin dispozisiyasının pozulmasına yönəlmiş hər hansı hərəkətin törədilməsi müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 21 oktyabr 2025-ci il tarixli, 3-21-2-15/2-H-5xx-xx/2025 nömrəli məktubundan, habelə Azərbaycan Dövlət Su X5 Su Meliorasiya Xidməti X11 X12 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş 05 noyabr 2025-ci il tarixli, 3-53-261/9- 522/2025 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Göyçay bölməsində 15 avqust 2007-ci il tarixdə 0707-QU2-06 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Qulabənd” X7 fəaliyyətini başa çatdırmış və qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmişdir. Birliyin ləğvi prosesi zamanı onun balansında olan bütün sənədlər, möhür, nizamnamə və dövlət qeydiyyatı ilə bağlı materiallar aidiyyəti üzrə Ucar rayon qeydiyyat şöbəsinə təhvil verilmişdir. Belə olan halda, hüquqi şəxs artıq mövcud olmadığından, əmək münasibətlərinin subyekti kimi çıxış etməsi və əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıması hüquqi baxımdan mümkün deyildir. Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə əsasən, inzibati məsuliyyətin tətbiqi üçün ilk növbədə inzibati xəta hadisəsinin mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə isə inzibati xəta hadisəsinin baş verməsi faktı sübuta yetirilməmişdir. Göründüyü kimi, inzibati xəta hadisəsi mövcud olmadığı halda səthi araşdırma aparılmış, iş üçün əhəmiyyət kəsb edən sübutlar toplanmamış, iş hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmamışdır. Nəticə etibarilə, X6 qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir. Bu səbəbdən, hüquqi şəxs ləğv edildiyi və inzibati xəta hadisəsi müəyyən edilmədiyi halda, X6 barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri əsassız hesab edilməli, inzibati xəta haqqında icraata xitam verilməlidir. Beləliklə, X6 Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözügedən Məcəllənin 12-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135.1.5-1 və 128-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 08 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar