Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-45/2024 06.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X4, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X5 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ucar Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(063)-386/2023 saylı icra vərəqəsinə əsasən cəmi 1355 manat borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən 06 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(063)-386/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 27 mart 2023-cü il tarixdən başlayaraq 02 noyabr 2020-ci ildə doğulmuş X3 yetikinlik yaşına çatanadək saxlanılması üçün hər ay 145 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq 17 oktyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borcluya icra məmuru tərəfindən telefon vasitəsi ilə aliment borcunun yaranması və ödənilməsi barədə məlumat verilmiş və 22 noyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət edilərək yaranan aliment borcu ondan tələb edilməsinə baxmayaraq heç bir ödəniş etməmiş , iltizamı alınaraq ona vaxt verilmişdir. Bundan sonra, borclu Şəxs aliment borcundan 13 dekabr 2023-cü il tarixdə 200 manat və 25 fevral 2024-cü ildə 40 manat ödəniş etmişdir. Borcluya tərəflərindən dəfələrlə icra sənədinin icrası ilə bağlı əlaqə saxlanılaraq daşıdığı məsuliyyət barədə xəbərdarlıq edilmiş, lakin borclu icra məmurunun qanuni tələblərini icra etməyərək çağırışlardan yayınmış, şöbəyə gəlməmişdir. Qeyd olunanlara əsasən borclunun barəsində 12 yanvar 2024-cü il tarixdə axtarış haqqında qərarı qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Ucar Rayon Polis Şöbəsi tərəfindən 06 mart 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, icra sənədinin icrası ondan tələb edilmiş, icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə ödəniş etməmişdir. Borclunun izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmiş, borclu izahatında fərdi qaydada haqqı ödənilən taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir, Lakin yaranmış aliment borcunun ödənilməsini təmin etməmiş və buna təşəbbüs göstərməmişdir. Ucar Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(063)-386/2023 saylı icra sənədinə əsasən borclu Şəxs aliment borcu 1355 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(063)-386/2023 saylı icra vərəqəsi üzrə ondan Zərərçəkmiş şəxs xeyrinə uşağının saxlanılmasına görə 145 manat aliment qət edilmişdir. O, aliment borcundan 13 dekabr 2023-cü il tarixdə 200 manat və 25 fevral 2024-cü ildə 40 manat ödəniş etmişdir. Hazırda onun 1355 manat borcu qalmışdır. Bundan sonra, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi icra edəcəyinə, yəni, borcunu ödəyəcəyinə söz verir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, bundan sonra borcunu ödəyəcəyinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, o, Şəxs şikayətçidir, ona olan aliment borcunu tam ödəmədiyi təqdirdə barəsində inzibati qaydada həbs tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsin qismən də olsa ödənişlər etməsinin, ailə vəziyyətinin, icra sənədinin icrasından qəsdən yayınmamasının nəzərə alınaraq yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(063)-386/2023 saylı icra sənədi icra olunması üçün aidiyyəti üzrə Ucar rayon icra və probasiya şöbəsinə göndərilmiş, həmin icra sənədi icraata qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 12 yanvar 2024-cü il tarixdə borclu barədə axtarış qərarı qəbul edilmişdir. Bundan sonra, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icra tədbirləri həyata keçirilmiş və nəticədə borclu Ucar RPŞ tərəfindən Ucar rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə Şəxs əməlini etiraf etməsi, bu əsasla ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, üzərinə düşən öhdəliyi tez bir zamanda icra edəcəyi ilə bağlı vədini və yaranmış aliment borcundan qismən ödənişlər etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə araşdırması zamanı Şəxs əməllərində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, üzərinə düşən öhdəliyi tez bir zamanda icra edəcəyi ilə bağlı vədini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, yəni ilk dəfə bu qəbildən olan inzibati xəta törətməsini, üzərinə düşən öhdəliyi tez bir zamanda icra edəcəyi ilə bağlı vədini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq, onun İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-45/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-45/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver