Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-450/2025 17.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Ucar rayonu, Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra şöbəsinin icra məmuru X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş 17 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından görünür ki, Ucar rayon Məhkəməsinin 2(063)- 63/2025 saylı, 18 mart 2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının cəmi 0,96 misli həddində sabit pul məbləğində aliment tutularaq 21 avqust 2017-ci il təvəllüdlü X4 və 21 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 16 iyul 2024-cü il tarixdən başlayaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 19 mart 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəliri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə **********14 saylı reyestr nömrələri ilə daşınmaz əmlakın olduğu aşkar edilmişdir. Tərəflərindən aidiyyəti üzrə sorğu edilərək Ucar rayonu, Bağban kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan 2.21 ha torpaq sahəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, xx.xx.2002-ci il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”-nın 1,2 və 3-cü bəndlərinin təsiri dairəsinə aid edildiyini üçün tələbi qeyd edilən fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi mümkün olmamışdır. Borclu Şəxs 17 aprel 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə gələrək qərar və bildirişlə tanış olmuş və qısa zamanda aliment ödəyəcəyini bildirmişdir. Dəfələrlə borclu ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və alimentin ödənilməsi tam olaraq tələb edilsə belə, heç bir nəticə olmamışdır. Borclu 15 avqust 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq aliment borcunun ödənilməsi tələb olunmuş və izahatı alınaraq müəyyən müddət verilsə belə, tam şəkildə aliment borcunu bağlamamışdır. Yenidən qarşı tərəfin şikayətləri əsasında borclu Ucar rayon icra və probasiya şöbəsinə çağrılaraq izahatı alınmış, icra sənədinin icrası tələb olunmasına baxmayaraq heç bir ödəniş olunmamış və ödəniş etməyə belə cəhd göstərməmişdir. Borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 4844 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar rayon Məhkəməsinin 2(063)-63/202 saylı, 18 mart 2025-ci il tarixli icra sənədinə əsasən borclu Ucar rayonu, Bağban kəndində qeydiyyatda olan Şəxs aliment borcu 4844 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar rayon Məhkəməsinin 2(063)-63/2025 saylı, 18 mart 2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs sonrakı artımları nəzə alınmaqla, hər ay özlə üzrə müəyyən olunmuş minimum əmək haqqının cəmi 0,96 misli həddində sabit pul məbləğində aliment tutularaq 21 avqust 2017-ci il təvəllüdlü X4 və 21 dekabr 2018-ci il təvəllüddlü X2 yetkinlik yaşlarına çatana dək saxlanılnılmaları üçün 16 iyul 2024-cü il tarixdən başlayaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 19 mart 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəliri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş,nəticədə **********14 saylı reyestr nömrələri ilə daşınmaz əmlakın olduğu aşkar edilmişdir. Tərəflərindən aidiyyəti üzrə sorğu edilərək Ucar rayonu, Bağban kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan 2.21 ha torpaq sahəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, xx.xx.2002-cü il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”-nın 1,2 və 3-cü bəndlərinin təsiri dairəsinə aid edildiyini üçün tələbi qeyd edilən fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilmısi mümkün olmamışdır. Borclu Şəxs 17 aprel 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə gələrək qərar və bildirişlə tanış olmuş və qısa zamanda aliment ödəyəcəyini bildirmişdir. Dəfələrlə borclu ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və alimentin ödənilməsi tam olaraq tələb edilsə belə heç bir nəticə olmamışdır. Borclu 15 avqust 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq aliment borcunun ödənilməsi tələb olunmuş və izahatı alınaraq müəyyən müddət verilsə belə tam şəkildə aliment borcunu bağlamamışdır. Yenidən qarşı tərəfin şikayətləri əsasında borclu Ucar rayon icra və probasiya şöbəsinə çağrılaraq izahatı alınmış, icra sənədinin icrası tələb olunmasına baxmayaraq heç bir ödəniş olunmamış və ödəniş etməyə belə cəhd göstərməmişdir. Borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 4844 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar rayon Məhkəməsinin 2(063)-63/202 saylı, 18 mart 2025-ci il tarixli icra sənədinə əsasən borclu Ucar ray,Bağban kəndində qeydiyyatda olan Şəxs aliment borcu 4844 manat təşkil edir. Daha sonra aparılmış dəqiqləşmələr zamanı müəyyən edilmişdir ki, borclu 2025-ci ilin sentyabr və oktyabr ayları üzrə də ödəniş etmiş və hazırkı vaxta yaranan borcu 4644 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, yaranmış aliment borcunun onun ödəmək vəzifəsi olduğunu bilir və hazırkı vaxtadək aliment borcunu ödəməkdən qəsdən yayınmır, maddi imkanı olduqca ödəyir. O, hər ay mütəmadi olaraq 100 manat ödəniş edir. Bununla bağlı sübutları da məhkəməyə təqdim etmişdir. Məsuliyyətini dərk edir və yaranmış aliment borcunu yaxın vaxtlarda ödəyəcəkdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-63/2025 saylı, 18 mart 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs ona olan aliment borcu 4644 manat təşkil edir. Şəxs hər ay 100 manat ödəniş etsə də və o, özü müəllim işləməklə 657 manat əmək haqqı alsa da, uşaqların maddi tələbatımı qarşılamaqda çətinlik çəkir. Odur ki, yaranmış borcu tam olaraq tələb edir. Əks halda inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar rayon Məhkəməsinin 2(063)- 63/2025 saylı, 18 mart 2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs sonrakı artımları nəzə alınmaqla, hər ay özlə üzrə müəyyən olunmuş minimum əmək haqqının cəmi 0,96 misli həddində sabit pul məbləğində aliment tutularaq 21 avqust 2017-ci il təvəllüdlü X4 və 21 dekabr 2018-ci il təvəllüddlü X2 yetkinlik yaşlarına çatana dək saxlanılnılmaları üçün 16 iyul 2024-cü il tarixdən başlayaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 19 mart 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəliri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş,nəticədə **********14 saylı reyestr nömrələri ilə daşınmaz əmlakın olduğu aşkar edilmişdir. Tərəflərindən aidiyyəti üzrə sorğu edilərək Ucar rayonu, Bağban kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan 2.21 ha torpaq sahəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, xx.xx.2002-cü il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”-nın 1,2 və 3-cü bəndlərinin təsiri dairəsinə aid edildiyini üçün tələbi qeyd edilən fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilmısi mümkün olmamışdır. Borclu Şəxs 17 aprel 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə gələrək qərar və bildirişlə tanış olmuş və qısa zamanda aliment ödəyəcəyini bildirmişdir. Dəfələrlə borclu ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və alimentin ödənilməsi tam olaraq tələb edilsə belə heç bir nəticə olmamışdır. Borclu 15 avqust 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq aliment borcunun ödənilməsi tələb olunmuş və izahatı alınaraq müəyyən müddət verilsə belə tam şəkildə aliment borcunu bağlamamışdır. Yenidən qarşı tərəfin şikayətləri əsasında borclu Ucar rayon icra və probasiya şöbəsinə çağrılaraq izahatı alınmış, icra sənədinin icrası tələb olunmasına baxmayaraq heç bir ödəniş olunmamış və ödəniş etməyə belə cəhd göstərməmişdir. Borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 4644 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar rayon Məhkəməsinin 2(063)-63/202 saylı, 18 mart 2025-ci il tarixli icra sənədinə əsasən borclu Ucar ray,Bağban kəndində qeydiyyatda olan Şəxs aliment borcu 4644 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. İşdə olan sənədlərdən görünür ki, Ucar Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(063)-63/2025 saylı icra sənədi icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 19 mart 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Şəxs Zərərçəkmiş şəxs xeyrinə 2025-ci ilin aprel ayı üzrə 400 manat, 2025-ci ilin may ayı üzrə 300 manat, 2025-ci ilin iyun ayı üzrə 200 manat, 2025-ci ilin iyul ayı üzrə 200 manat, 2025-ci ilin avqust ayı üzrə 100 manat, 2025-ci ilin sentyabr ayı üzrə 100 manat, 2025-ci ilin oktyabr ayı üzrə 100 manat, 2025-ci ilin noyabr ayı üzrə 100 manat ödənişlər etmişdir. Beləliklə, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcu yarandığı tarixdən (18 mart 2025-ci il tarixdən) ardıcıl olaraq hər ay (2025-ci ilin aprel ayı üzrə 400 manat, 2025-ci ilin may ayı üzrə 300 manat, 2025-ci ilin iyun ayı üzrə 200 manat, 2025-ci ilin iyul ayı üzrə 200 manat, 2025-ci ilin avqust ayı üzrə 100 manat, 2025-ci ilin sentyabr ayı üzrə 100 manat, 2025-ci ilin oktyabr ayı üzrə 100 manat, 2025-ci ilin noyabr ayı üzrə 100 manat) müvafiq ödənişlər etməsi sonuncunun əməlində icra sənədinin üzrsüz səbəbdən (qəsdən) icra edilməməsi kimi nəzərə alınmamalıdır. Bundan əlavə, Zərərçəkmiş şəxs müəyyən qədər gəlirə və qazanca malikdir, icra sənədi üzrə Şəxs aliment borcunu tam ödəməyə maddi imkanın olmasını sübut edən hallar məhkəməyə təqdim edilməmişdir, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz məsuliyyətini dərk edir, hər ay müəyyən məbləğ ödəməklə aliment borcunu ödəməkdən yayınmır. Bu hal isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin yaranmasını istisna edən hal kimi qiymətləndirilir. Nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. Beləliklə, yuxarıda göstərilənlər hazırkı vəziyyət icra sənədinin Şəxs tərəfindən həqiqətən də qəsdən və üzrsüz səbəbdən icra edilməməsinə əsas olan fikirləri və ehtimalları aradan qaldırır. Göstərilənlərdən əlavə olaraq qeyd edirəm ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il Qərarı”nda təsbit olunduğu kimi, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl hüquq nəzəriyyəsi baxımından “uzanan hüquq pozuntusunu” özündə ehtiva edir. Belə olan halda, “Uzanan hüquqpozuntuları” üçün səciyyəvi xarakter daşıyan, yəni qanunla müəyyən edilmiş öhdəliklərin pozulmasının konkret hərəkətlərin dayandırılması məqamında başa çatması subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Lakin hazırkı iş üzrə Şəxs tərəfindən icra sənədinin icrası istiqamətində əlindən gələn mümkün və potensial ödəniş tədbirlərini həyata keçirməsi icra sənədinin icra edilməsi istiqamətində hərəkətlərin dayandırılması anlamına gəlmir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini rəhbər tutaraq araşdırma apararkən müəyyən etmişdir ki, Konstitusiya Məhkəməsinin verdiyi şərhin məzmunundan da aydın olur ki, icra məmuru şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərkən qanunvericilikdən irəli gələn tələblərə və qeyd edilən qərarın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarının) məzmununa diqqət yetirməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmçinin həmin Qərarda əlavə olaraq qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Bundan əlavə, qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, sözügedən Qanunla məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlirəm ki, icra sənədinin icra edilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icradan boyun qaçırması, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldım:
1. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim : Xəyal Bədəlov