Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-454/2025 10.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, İbrahimov Elmir Rövşən oğlunun katibliyi ilə, 28 sentyabr 1957-ci il tarixdə Ucar rayonu, Küçəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan fədri sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********) X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 11 saylı X7 Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 11 saylı X7 Bölməsindən daxil olmuş 13 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 12-13 noyabr 2025-ci il tarixlərdə keçirilən monitorinq zamanı Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən "Ucar" restoranının fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq obyektin arxasına çölə, oradan isə kanala axıdılması müəyyən edilmişdir. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 11 saylı X7 Bölməsi tərəfindən vəzifəli şəxs X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 13 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protolo tərtib etmiş orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, X2 İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, işə əlavə olunmuş 13 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12-13 noyabr 2025-ci il tarixlərdə keçirilən monitorinq zamanı Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən "Ucar" restoranının fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq obyektin arxasına çölə, oradan isə kanala axıdılması müəyyən edilmişdir. Həmçinin, X1 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 11 saylı X7 Bölməsinə verdiyi izahatından görünür ki, sonuncu işlətdiyi Ucar rayonu, Qarabörk kəndində yerləşən "Ucar" restoranını təzə icrayə götürdüyünü və obyektin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq yaxından keçən kanala axıdılmasından məlumatsız olduğunu bildirməklə yanaşı, bir daha belə hallarla yol verməyəcəyini qeyd etmişdir. İşdə olan 24 iyun 2025-ci il tarixli qeyri yaşayış sahəsinin icarəyə verilməsi haqqında icra müqaviləsinin surətindən görünür ki, X3 mülkiyyətində olan Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən ümumi sahəsi 848,7 kv.m olan restoran 24 iyun 2025-ci il tarixdə 1 il müddətinə X2 tərəfindən icrayə götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Odur ki, X2 İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, X1 İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 800 (səkkiz yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-454/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-454/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver