Məhkəmə qərarları › İş №3(063)-455/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-455/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-455/2025 19.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, İbrahimov Elmir Rövşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, 01 avqust 1984-cü il tarixdə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 09 oktyabr 2025-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən (sağ qalça altı nahiyəsinin yarası) xəsarət yetirmişdir. Bu barədə Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən 19 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, onun icraatına Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi məqsədilə RPŞ-nin təhqiqat qrupundan cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar daxil olmuşdur. Bununla bağlı zərərçəkmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsləri RPŞ-yə dəvət edib, qərarla tanış etdikdən sonra Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib etmişdir. Belə ki, Şəxs 09 oktyabr 2025-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən (sağ qıça altı nahiyəsinin yarası) xəsarət yetirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sağ qıça altı nahiyəsinin yarası xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. X2 onun həyat yoldaşı olmuşdur və Təhminə ilə təxminən 10 ildir ki, ailəlidir. Lakin artıq boşanmaq ərəfəsindədirlər. Zərərçəkmiş şəxs isə onun qaynı olmuşdur. 30 sentyabr 2025-ci il tarixdə Muradağa ona zəng edib ona və övladlarına qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Muradağaya əsəbiləşmiş, 09 oktyabr 2025-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində Muradağanı görmüş və Muradağaya qarşı əsəbi olduğu üçün yaxınlaşıb Muradağanın üzündən yumruq ilə vurmuşdur. Bundan sonra Muradağa onu yerə yıxmış, o da Muradağanın qarın nahiyəsindən bir dəfə dişləmişdir. Daha sonra isə o, oradan kənarlaşmışdır. Hazırda əməlindən peşmandır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, Şəxs təqsirini etiraf edir, odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Şəxs onun yeznəsidir və bacısı X2 ilə təxminən 12 ildir ki, ailəli olmuşlar. Lakin Təhminə ilə Həbibi artıq boşanmaq ərəfəsindədirlər. 09 oktyabr 2025-ci il tarixdə bacısı Təhminə və yeznəsi Həbibi Ucar Rayon Məhkəməsinə çağırılmış, bu zaman o isə yaşadığı Ucar rayonu, Yuxarı Şilyan kəndində olmuşdur. Həmin tarixdə, saat 12 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman Həbibi onun yanma gəlmiş və onun ünvanına nalayiq ifadələr işlədərək, onun sinəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra o, yerə yıxılmış, yerdə olan zaman da Həbibi ona bir neçə zərbə vurmuşdur. Daha sonra isə Həbibi onun qarın nahiyəsindən bir dəfə dişləmişdir. Bir qədər sonra Həbibi ondan kənarlaşmışdır. Hazırda Həbibidən şikayətçidir və ciddi inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Ucar RPŞ-nin TQ-nin təhqiqatçısı Rüfət Məmmədov tərəfindən qəbul edilmiş 27 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün bu qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2025-ci il tarixli, 330 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, “vət. Zərərçəkmiş şəxs sağ qalça nahiyəsinin yarası küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 09 oktyabr 2025ci il tarixə uyğun gəlir, kənar şəxs tərəfindən dişləmə zamanı yetirilməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir”. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 19 noyabr 2025-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İşdə olan Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 3(063)- 2369/2025 nömrəli qərarından görünür ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 03 noyabr 2025-ci il tarixli, 3(063)-2486/2025 nömrəli qərarından çıxarışdan görünür ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 09 oktyabr 2025-ci il tarixdə Ucar rayonunun Yuxarı Şilyan kəndində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən (sağ qalça altı nahiyəsinin yarası) xəsarət yetirmişdir. İşdə olan inzibati qaydada tutma haqqında 18 noyabr 2025-ci il tarixli, AZA 027979 saylı protokoldan görünür ki, Şəxs 18 noyabr 2025-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 18 noyabr 2025-ci il tarixli, AZA 011172 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək, səmimi peşmanlıq hissi keçirməsi kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 18 noyabr 2025-ci il tarixdə, saat 17:30 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 18 noyabr 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar