Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-473/2025 12.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, İbrahimov Elmir Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, Protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı X7 Bölməsinin məsləhətçi müfəttişi X4 iştirakları ilə, 30 iyul 1961-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı X7 Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı X7 Bölməsindən daxil olmuş 24 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 24 noyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən “Yeni Həyat” şadlıq sarayının fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq ətraf mühitə axıdılması faktı müəyyən edilmişdir. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı X7 Bölməsi tərəfindən vəzifəli şəxs X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 24 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı X7 Bölməsinin məsləhətçi müfəttişi X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı X7 Bölməsinin məsləhətçi müfəttişi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatlarını dinəyərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, X2 İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, işə əlavə olunmuş 24 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 24 noyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən “Yeni Həyat” şadlıq sarayının fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq ətraf mühitə axıdılması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı X7 Bölməsinin əməkdaşları tərəfindən 24 noyabr 2025-ci il tarixdə tərtib olunmuş 002267 nömrəli aktın surətindən və foto şəkillərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı X7 Bölməsinin 12 noyabr 2025-ci il tarixli, 038/5 saylı sərəncamına əsasən su qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilətərəflərindən Ucar rayonunda nəzarət tədbirləri həyata keçirən zaman Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən “Yeni Həyat” şadlıq sarayının fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq şadlıq sarayının arxa hissəsinə (çölə) oradadanda dolayısı ilə kənd arası şirə kanalına axıdılması müəyyən edilmişdir. Həmçinin, X1 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 11 saylı X7 Bölməsinə verdiyi izahatından görünür ki, sonuncu ona məxsus olan Ucar şəhəri, Qazıqumlaq kəndi ərazisində yerləşən “Yeni Həyat” şadlıq sarayının fəaliyyəti zamanı formalaşan tullantı sularının bilmədən restoranın arxa hissəsinə çölə təyinatsız axıdılmasını bildirməklə yanaşı, bir daha belə hallarla yol verməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Odur ki, X2 İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, X1 İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 800 (səkkiz yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-473/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-473/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver