Məhkəmə qərarları › İş №3(063)-475/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-475/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-475/2025 05.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs-Ucar RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1966-cı il tarixdə Ucar rayonu, Boyat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Vətən Müharibəsi iştirakçısı, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 01 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs sərxoş vəziyyətdə idarə etdiyi “Vaz 21074” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman 24 avqust 2025-ci il tarixdə, saat 22 radələrində Ucar-Zərdab avtomobil yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Kamaz 53212” markalı ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs-Ucar RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X4 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, törətdiyi əməldən peşmandır. Belə ki, o, spirtli içki qəbul edərək idarə etdiyi “Vaz 21074” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman 24 avqust 2025-ci il tarixdə, saat 22 radələrində Ucar-Zərdab avtomobil yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən hissəsində idarə etməni itirərək Zərərçəkmiş şəxs idarə etdiyi “Kamaz 53212” markalı ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Odur ki, göstərilənlərin, eləcə də, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, özünə məxsus “Kamaz 53212” yük markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 24 avqust 2025-ci il tarixdə, saat 22 radələrində Ucar-Zərdab avtomobil yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman Bakı-Qazax magistral yolunun 241-ci kilometrliyindən sağa dönmə əməliyyatı edən zaman “Vaz 21074” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək onun avtomobili ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində o, heç bir bədən xəsarəti almamışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayəti, maddi və mənəvi ziyan tələbi yoxdur (bu barədə ərizə iş materallarına əlavə edilmişdir). İşdə olan 24 avqust 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 157 nömrəli aktdan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. İşdə olan 24 avqust 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 156 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs sərxoşluq haaları müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 29 avqust 2025-ci il tarixli, 295 saylı və 12 sentyabr 2025-ci il tarixli, 307 saylı ekspert rəylərindən görünür ki, Şəxs bədənində aşkar edilmiş xəsarət sol qaşın zəilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, 24 avqust 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş, bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyırıq, şişkinlik və s.) aşkar olunmamışdır. İşdə olan Ucar RPŞ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 sentyabr 2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İşdə olan 26 sentyabr 2024-cü il tarixdə verilmiş, BC863783 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyaları əsasında sürücülük hüququ vardır. İşdə olan AD 623188 saylı, 26 oktyabr 2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21074” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Şəxs məxsusdur. İşdə olan 17 iyul 2020-ci il tarixdə verilmiş, AE 825557 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs A1, A, B, C, D, BE, CE, DE kateqoriyaları əsasında sürücülük hüququ vardır. İşdə olan AD 015841 saylı, 30 avqust 2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz 53212” yük markalı ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ucar rayonu X1 tərəfindən təqdim edilmiş 1100 nömrəli rəyin surətindən görünür ki, “Kamaz 53212” yük markalı ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 2635 manat məbləğində ziyan dəymişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə vətən müharibəsi iştirakçısı kimi 80 manat, yaşa görə isə 1023.4 manat pensiya alır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tehmı̇ rov Cahangı̇ r Heydər oğluna qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Tehmı̇ rov Cahangı̇ r Heydər oğlunun İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 333.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbinin olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, müharibə veteranı olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbinin olmamasını, eləcə də, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, müharibə veteranı olmasını, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, ona nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar