Məhkəmə qərarları › İş №3(063)-480/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-480/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-480/2025 12.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İbrahimov Elmir Rövşən oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X8 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol (12 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı) tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 16(063)-20/-2024 saylı, 18 dekabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 18 dekabr 2024-cü il tarixdən başlayaraq mülki iş üzrə qətnamə çıxarılanadək 23 may 2018-ci ildə doğulmuş X1, 14 oktyabr 2021-ci ildə doğulmuş X2 və 14 oktabr 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 450 manat sabit pul məbləğində aliment tutulub tələbkar X7 verilməklə müvəqqəti təminat tədbiri görülməlidir. Ucar Rayon Məhkəməsinin 16(063)-17/2025 saylı, 07 may 2025-ci il tarixli icra sənədi üzrə 07 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 23 may 2018-ci il tarixdə doğulmuş X1, 14 oktyabr 2021-ci il tarixdə doğulmuş X2 və 14 oktyabr 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün borclu Şəxs tələbkar X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,38 misli həddində (ümumilikdə 1,14 misli həddində) sabit pul məbləğində aliment tutulmaqla müvəqqəti təminat tədbiri görülməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-016 saylı, 22 avqust 2025-ci il tarixli icra sənədi üzrə 07 may 2025-ci il tarixədək, habelə 22 avqust 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 23 may 2018-ci il tarixdə doğulmuş X1, 14 oktyabr 2021-ci il tarixdə doğulmuş X2 və 14 oktyabr 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün borclu Şəxs tələbkar X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,38 misli həddində (ümumilikdə 1,14 misli həddində) sabit pul məbləğində aliment tutulmalıdır. Ucar Rayon Məhkəməsinin 2(063)- 224/2025-020 saylı, 01 oktyabr 2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 18 dekabr 2024-cü il tarixdən başlayaraq 23 may 2018-ci ildə doğulmuş X1 əlavə olaraq müalicə xərcinə görə hər ay 75 manat tutulub tələbkar X7 verilməlidir. İcra sənədləri 19 dekabr 2024-cü il, 07 may 2025-ci il, 29 avqust 2025-ci il və 10 oktyabr 2025-ci il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfindən müxtəlif vaxtlarda (07 may 2025-ci il, 22 may 2025-ci il) sms bildiriş göndərilərək gəlməsi tələb edilsə də çağırışlardan yayınmış və borclu sms bildirişləri gördüyünü bildirmiş, lakin Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu barəsində 10 iyun 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 30 iyul 2025-ci il tarixdə Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. 30 iyul 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Ucar Rayon Məhkəməsinə təqdim olunmuş və həmin protokol təmin olunaraq 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Təkrar olaraq borclu Şəxs icra məmurunun çağırışlarından yayındığı üçün 23 sentyabr 2025-ci il tarixdə məcburi gətirilmə haqqında qərar qəbul olunaraq borclunun yaşadığı Ucar rayonu, Qazqumlaq kəndinə göndərilərək qəbul etmişdir. Sonradan məcburi gətirilmə haqqında qərarı qəbul etməsinə baxmayaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməmişdir. Ucar Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş, Ucar Rayon Məhkəməsinin 8(063)-117/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qərardada əsasən məcburi qaydada gətirilməsi təmin edilmişdir. Ucar rayon polis şöbəsi tərəfindən borclu Şəxs məcburi qaydada gətirilərək Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. İzahatı alınaraq aliment borcu tələb edilməsinə baxmayaraq qərəzli şəkildə heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədləri üzrə 5642 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 16(063)-20/-2024 saylı, 18 dekabr 2024-cü il tarixli, Ucar Rayon Məhkəməsinin 16(063)- 17/-2025 saylı, 07 may 2025-ci-il tarixli, Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-016 saylı, 22 avqust 2025-ci-il tarixli və Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-020 saylı, 01 oktyabr 2025-ci il tarixli icra sənədlərinə əsasən borclu Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan Şəxs aliment borcu 5642 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X8 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 16(063)-20/-2024 saylı, 18 dekabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 18 dekabr 2024-cü il tarixdən başlayaraq mülki iş üzrə qətnamə çıxarılanadək 23 may 2018-ci ildə doğulmuş X1, 14 oktyabr 2021-ci ildə doğulmuş X2 və 14 oktabr 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 450 manat sabit pul məbləğində aliment tutulub tələbkar X7 verilməklə müvəqqəti təminat tədbiri görülməlidir. Ucar Rayon Məhkəməsinin 16(063)-17/2025 saylı, 07 may 2025-ci il tarixli icra sənədi üzrə 07 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 23 may 2018-ci il tarixdə doğulmuş X1, 14 oktyabr 2021-ci il tarixdə doğulmuş X2 və 14 oktyabr 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün borclu Şəxs tələbkar X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,38 misli həddində (ümumilikdə 1,14 misli həddində) sabit pul məbləğində aliment tutulmaqla müvəqqəti təminat tədbiri görülməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)- 224/2025-016 saylı, 22 avqust 2025-ci il tarixli icra sənədi üzrə 07 may 2025-ci il tarixədək, habelə 22 avqust 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 23 may 2018-ci il tarixdə doğulmuş X1, 14 oktyabr 2021-ci il tarixdə doğulmuş X2 və 14 oktyabr 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün borclu Şəxs tələbkar X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,38 misli həddində (ümumilikdə 1,14 misli həddində) sabit pul məbləğində aliment tutulmalıdır. Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-020 saylı, 01 oktyabr 2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 18 dekabr 2024-cü il tarixdən başlayaraq 23 may 2018-ci ildə doğulmuş X1 əlavə olaraq müalicə xərcinə görə hər ay 75 manat tutulub tələbkar X7 verilməlidir. İcra sənədləri 19 dekabr 2024-cü il, 07 may 2025-ci il, 29 avqust 2025-ci il və 10 oktyabr 2025ci il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfində müxtəlif vaxtlarda (07 may 2025-ci il, 22 may 2025-ci il) sms bildiriş göndərilərək gəlməsi tələb edilsədə çağırışlardan yayınmış və borclu sms bildirişləri gördüyünü bildirmiş, lakin Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu barəsində 10 iyun 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 30 iyul 2025-ci il tarixdə Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. 30 iyul 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Ucar Rayon Məhkəməsinə təqdim olunmuş və həmin protokol təmin olunaraq 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Təkrar olaraq borclu Şəxs icra məmurunun çağırışlarından yayındığı üçün 23 sentyabr 2025-ci il tarixdə məcburi gətirilmə haqqında qərar qəbul olunaraq borclunun yaşadığı Ucar rayonu, Qazqumlaq kəndinə göndərilərək qəbul etmişdir. Sonradan məcburi gətirilmə haqqında qərarı qəbul etməsinə baxmayaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməmişdir. Ucar Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş, Ucar Rayon Məhkəməsinin 8(063)-117/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qərardada əsasən məcburi qaydada gətirilməsi təmin edilmişdir. Ucar rayon polis şöbəsi tərəfindən borclu Şəxs məcburi qaydada gətirilərək Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. İzahatı alınaraq aliment borcu tələb edilməsinə baxmayaraq qərəzli şəkildə heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədləri üzrə 5642 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 16(063)-20/-2024 saylı, 18 dekabr 2024-cü il tarixli, Ucar Rayon Məhkəməsinin 16(063)-17/-2025 saylı, 07 may 2025-ci-il tarixli, Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-016 saylı, 22 avqust 2025-ci-il tarixli və Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-020 saylı, 01 oktyabr 2025-ci il tarixli icra sənədlərinə əsasən borclu Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan Şəxs aliment borcu 5642 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, maddi imkanı olmadığından yaranmış aliment borcunu ödəyə bilməmiş, lakin bundan sonra hissə -hissə aliment borcundan ödəyəcəyini vəd verir. Uşaqlarının xəstə olmasından və Ucar rayon mərkəzi xəstəxanasında hazırda müalicə almalarından məlumatlıdır. O, dünən, yəni 11 dekabr 2025-ci il tarixdə zərərçəkmiş şəxsin tələbi ilə uşaqların müalicə xərcləri üçün 100 manat pul versə də, bunu təsdiq edə biləcək hər hansı sübutu yoxdur. İcra məmurunun çağırışlarına gəlməmə səbəbi isə ondan ibarət olmuşdur ki, o, bir müddət Ucar rayonundan kənarda işləmiş və çağırışlara vaxtlı vaxtında gəlib gedə bilməmişdir. Məsuliyyətini dərk edir, yaranmış aliment borcunun ödənilməsinin onun vəzifəsi olduğunu anlayır. Odur ki, əməlindən peşman olmasının, yaşının, eləcə də digər yüngülləşdirici halların nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Şəxs ona olan aliment borcunu tam olaraq tələb etdiyini, ödənilmədiyi halda həbs olunmasını tələb etdiyini, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmədiyini göstərib onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 16(063)- 20/-2024 saylı, 18 dekabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 18 dekabr 2024-cü il tarixdən başlayaraq mülki iş üzrə qətnamə çıxarılanadək 23 may 2018-ci ildə doğulmuş X1, 14 oktyabr 2021-ci ildə doğulmuş X2 və 14 oktabr 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 450 manat sabit pul məbləğində aliment tutulub tələbkar X7 verilməklə müvəqqəti təminat tədbiri görülməlidir. Ucar Rayon Məhkəməsinin 16(063)-17/2025 saylı, 07 may 2025-ci il tarixli icra sənədi üzrə 07 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 23 may 2018-ci il tarixdə doğulmuş X1, 14 oktyabr 2021-ci il tarixdə doğulmuş X2 və 14 oktyabr 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün borclu Şəxs tələbkar X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,38 misli həddində (ümumilikdə 1,14 misli həddində) sabit pul məbləğində aliment tutulmaqla müvəqqəti təminat tədbiri görülməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-016 saylı, 22 avqust 2025-ci il tarixli icra sənədi üzrə 07 may 2025-ci il tarixədək, habelə 22 avqust 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 23 may 2018-ci il tarixdə doğulmuş X1, 14 oktyabr 2021-ci il tarixdə doğulmuş X2 və 14 oktyabr 2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün borclu Şəxs tələbkar X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,38 misli həddində (ümumilikdə 1,14 misli həddində) sabit pul məbləğində aliment tutulmalıdır. Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-020 saylı, 01 oktyabr 2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 18 dekabr 2024-cü il tarixdən başlayaraq 23 may 2018-ci ildə doğulmuş X1 əlavə olaraq müalicə xərcinə görə hər ay 75 manat tutulub tələbkar X7 verilməlidir. İcra sənədləri 19 dekabr 2024-cü il, 07 may 2025-ci il, 29 avqust 2025-ci il və 10 oktyabr 2025-ci il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfində müxtəlif vaxtlarda (07 may 2025-ci il, 22 may 2025-ci il) sms bildiriş göndərilərək gəlməsi tələb edilsədə çağırışlardan yayınmış və borclu sms bildirişləri gördüyünü bildirmiş, lakin Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu barəsində 10 iyun 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 30 iyul 2025-ci il tarixdə Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. 30 iyul 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Ucar Rayon Məhkəməsinə təqdim olunmuş və həmin protokol təmin olunaraq 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Təkrar olaraq borclu Şəxs icra məmurunun çağırışlarından yayındığı üçün 23 sentyabr 2025-ci il tarixdə məcburi gətirilmə haqqında qərar qəbul olunaraq borclunun yaşadığı Ucar rayonu, Qazqumlaq kəndinə göndərilərək qəbul etmişdir. Sonradan məcburi gətirilmə haqqında qərarı qəbul etməsinə baxmayaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməmişdir. Ucar Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş, Ucar Rayon Məhkəməsinin 8(063)-117/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qərardada əsasən məcburi qaydada gətirilməsi təmin edilmişdir. Ucar rayon polis şöbəsi tərəfindən borclu Şəxs məcburi qaydada gətirilərək Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. İzahatı alınaraq aliment borcu tələb edilməsinə baxmayaraq qərəzli şəkildə heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədləri üzrə 5642 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 16(063)-20/-2024 saylı, 18 dekabr 2024-cü il tarixli, Ucar Rayon Məhkəməsinin 16(063)- 17/-2025 saylı, 07 may 2025-ci-il tarixli, Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-016 saylı, 22 avqust 2025-ci-il tarixli və Ucar Rayon Məhkəməsinin 2(063)-224/2025-020 saylı, 01 oktyabr 2025-ci il tarixli icra sənədlərinə əsasən borclu Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan Şəxs aliment borcu 5642 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, X6 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzə alıram. Məhkəmə araşdırması zamanı Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra hərəkətləri ilə bağlı uzun müddət laqeydlik nümayiş etdirməsini və icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 12 dekabr 2025-ci il tarixdən, saat 13:50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar