Məhkəmə qərarları › İş №3(063)-6/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-6/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-6/2024 05.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu üzə Təhsil sektorunun Ucar şəhəri 6 saylı tam orta məktəbinin müəllimi Qanuni nümayəndə1, Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə Orqanının məsləhətçi psixoloqu Qanuni nümayəndə2, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, 28 avqust 1996-cı il tarixdə Göyçay rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Vətən müharibəsi iştirakçısı olan(İİ Qarabağ döyüşlərində iştirak etmiş), Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X3 Bölməsindən daxil olmuş 25 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 29 noyabr 2023-cü il tarixdə, saat 13:40 radələrində Ucar şəhəri, H.Əliyev prospektində “VAZ 21074” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinin dərialtı hematoması sıyrığı ilə nəticələnən yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 29 noyabr 2023-cü il tarixdə, saat 13:40 radələrində Ucar şəhəri, H.Əliyev prospekti ilə idarə etdiyi “VAZ 21074” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə bibisi oğlunun toy mərasiminə gedərkən bəy-gəlin kortecində ondan qabaqda iki avtomobil (bəy-gəlin maşını və ondan sonra daha bir avtomobil) olmuş, Zərərçəkmiş şəxs avtomobillərin qarşısına el adəti üzrə pul almaq məqsədilə keçmiş, ondan qarşıdakı iki avtomobil uşağı vurmadan yayına bilsələr də, o, yayına bilməmiş və nəticədə Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Onun hərəkət zamanı surəti saatda təxminən 30 km olmuş və uşağı görərkən dərhal əyləci sıxaraq avtomobili dayandırmışdır. Hadisədən dərhal sonra, uşağı xəstəxanaya aparmış və lazımı diqqət və qayğı göstərməklə müalicə xərclərini qarşılamışdır. Beləliklə, baş vermiş hadisədən dərin peşmanlıq hissi keçirir, zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı hər-hansı şikayət və ya tələbi yoxdur. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu üzə Təhsil sektorunun Ucar şəhəri 6 saylı tam orta məktəbinin müəllimi Qanuni nümayəndə1 və Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qəyyumlu və Himayə Orqanının məsləhətçi psixoloqu Qanuni nümayəndə2 iştirakları ilə dindirilərkən bildirdi ki, 29 noyabr 2023-cü il tarixdə, saat 13:40 radələrində Ucar şəhəri, H.Əliyev prospektində olarkən bəy gəlin kortecinin keçdiyini görmüş və digər dostları (həmyaşıdları) ona “get maşınların qabağını kəs pul al” demiş və o da kortecin qabağına keçmişdir. Özü də bilmədən qəfildən “VAZ 21074” markalı avtomobil onu vurmuş və yerə yıxılaraq başı qanamışdır. Daha sonra, onu təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxayana aparmışlar (Şəxs özünün iştirakı ilə) və orada müalicə olunaraq həmin gün də xəstəxananı tərk etmişdir. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (göstərilən şəxslərin iştirakı və azyaşlının dedikləri yazılan ərizə iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış materiallarla cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 07 yanvar 2024-cü il tarixli, AE 241462 saylı Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən, eləcə də, portaldan çıxarışdan görünür ki, “B,C” dərəcəli vəsiqə 04 avqust 2030-cu il tarixədək etibarlıdır. İşdə olan 07 yanvar 2024-cü il tarixli portaldan çıxarışdan görünür ki, “VAZ 21074” markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobil Şəxs mülkiyyət hüququ əsasında məxsusdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 05 dekabr 2023-cü il tarixli, 477 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinin dərialtı hematoması sıyrığı ilə nəticələnən yüngül bədən xəsarəti almışdır. İşdə olan 29 noyabr 2023-cü il tarixli, 296 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, Şəxs müayinəsi zamanı sərxoşluq halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlar əsasında, Şəxs 29 noyabr 2023-cü il tarixdə, saat 13:40 radələrində Ucar şəhəri, H.Əliyev prospektində “VAZ 21074” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətməsi və nəticədə Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinin dərialtı hematoması sıyrığı ilə nəticələnən yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, yaşı, Vətən müharibəsi iştirakçısı olması, (İİ Qarabağ döyüşlərində iştirak etmiş) məsuliyyətini yüngülləşdirən hallara aid edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 300 (üç yüz) manat cərimə təyin edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar