Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-60/2024 14.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxx 1978-ci il tarixdə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 875 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)-730/2022 saylı, 11 oktyabr 2022ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 951.5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)- 923/2022 saylı, 21 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs maddi zərərə görə cəmi 461.17 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs3 verilməlidir. İcra sənədi müvafiq olaraq 10 fevral 2023-cü il, 14 fevral 2023-cü il və 09 fevral 2024-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu 2(063)-794/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə 08 may 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış və ondan icra sənədi üzrə qeyd olunan borc tələb edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu tərəfindən qətnamənin hissə-hissə ödənilməsi barədə məhkəməyə müraciət edilmiş, Ucar Rayon Məhkəməsinin 8(063)-22/2023 saylı 12 iyun 2023-cü il tarixli hər ay 100 (yüz) manat hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilmiş, lakin borclu bu günədək heç bir ödəniş etməmişdir. Həmçinin Ucar Rayon Məhkəməsinin 2(063)-730/2022 saylı, 11 oktyabr 2022-ci il tarixlı icra sənədinə əsasən borclu 04 may 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış və borcludan icra sənədinin icra etməsi tələb edilmiş, buna baxmayaraq borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etməmişdir. Borclu tərəfindən qətnamənin icrasına möhlət verilməsi barədə məhkəməyə müraciət edilmiş, Ucar Rayon Məhkəməsinin 8(063)-21/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərardadı ilə borcluya icra sənədinin icrasına 3 ay möhlət verilmiş, həmin müddətin bitməsinə baxmayaraq, bu günədək borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Borclu Ucar Rayon Məhkəməsinin 2(063)-923/2022 saylı, 21 noyabr 2022-ci il tarixli icra sənədi üzrə Ucar rayon icra və probasiya şöbəsinə çağırılmış, tələbin könüllü icrası barədə bildirişlə tanış edilmiş, lakin borclu bu günədək tələbi icra etməmişdir. 14 mart 2024-cü il tarixdə yenidən borclu Şəxs Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq hər 3 işlə bağlı izahatları alınmış icra sənədlərinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə heç bir ödəniş etməmişdir və buna təşəbbüs göstərməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)- 794/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə 875 manat, 2(063)- 730/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə 951.5 manat və 2(063)- 923/2022 saylı, 21 noyabr 2022-ci il tarixli icra sənədi üzrə 461.17 manat olmaqla, ümumilikdə olan borc 2287.67 manat təşkil edir. Hazırda tələbkarlar icra sənədlərinin tam icra edilməsini tələb edirlər. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədlərinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədlərinin icrasından yayınır. Ucar Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2 (063)-730/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli, 2(063)-794/2022 nömrəli və 21 noyabr 2022-ci il tarixli, 2(063)-923/2022 nömrəli icra sənədlərini hazırkı vaxtadək icra etməmişdir. Sözügedən icra sənədləri üzrə borclunun hazırkı vaxta olan cəmi borcu 2287.67 manat təşkil edir. Odur ki, icra sənədləri üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, özünü 11 oktyabr 2022-ci il tarixli icra sənədlərinə münasibətdə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilsə də, digər 21 noyabr 2022-ci il tarixli icra sənədinə münasibətdə özünü təqsirli bilmir. Ona görə ki, o, sözügedən axırıncı icra sənədindən məlumatlı olmamışdır. Yaranmış borcların onun təqsiri ucbatından olduğunu dərk etsə də, lakin maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Sözügedən icra sənədləri ilə bağlı onu da qeyd etdi ki, məsuliyyətini dərk edir, ödənişi etməyin onun vəzifəsi olduğunu anlayır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Şəxs ona olan borcunu ödəmir, habelə ödəməkdən imtina edir. Odur ki, Şəxs şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi (zərərçəkmiş şəxsin bununla bağlı yazılı ərizəsi təqdim olunur). Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Şəxs ona olan borcunu ödəmir, habelə ödəməkdən imtina edir. Odur ki, Şəxs şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi (zərərçəkmiş şəxsin bununla bağlı yazılı ərizəsi təqdim olunur). Zərərçəkmiş şəxs3 Qalıb oğlu izahatında göstərdi ki, Şəxs ona olan borcunu ödəmir, habelə ödəməkdən imtina edir. Odur ki, Şəxs şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi (zərərçəkmiş şəxsin bununla bağlı yazılı ərizəsi təqdim olunur). İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 794/2022 ci il saylı, 11 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 875 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)-730/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 951.5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)-923/2022 saylı, 21 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs maddi zərərə görə cəmi 461.17 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs3 verilməlidir. Qeyd edilən icra sənədləri icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri ümumi icraatda birləşdirilmiş, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, həmçinin SMSlər, çağırışlar göndərilmiş, icra hərəkətlərinin icrasından yayındığına və faktiki olaraq şöbənin çağırışlarına məhəl qoymadığına görə müvafiq axtarış qərarı qəbul olunmuşdur. Qeyd edilən icra sənədinin icrasının təmini məqsədilə müvafiq sorğular da verilmiş, lakin sonuncunun adına hər-hansı bank hesabı və ya əmlak aşkar edilməmişdir. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Qalıb oğlunun məhkəməyə təqdim etdiyi 14 mart 2024-cü il tarixli yazılı ərizələrindən görünür ki, onlar Şəxs şikayətçi olmaqla sonuncunun barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini qismən etiraf etməsinə, yəni Zərərçəkmiş şəxs3 münsasibətdə icra sənədi barədə məlumatlı olmamasına tənqidi yanaşaraq hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, icra sənədi ilə bağlı Şəxs lazımı qaydada məlumatlandırılmışdır (bu barədə icra sənədinə dair bildirişi də imzalamışdır). Ona görə də məhkəmə bu halı sonuncunun məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun icra sənədləri üzrə borcunu ödəməməsini, tələbkarın əsaslı mənafeyi fövqündə zəruri olan hal kimi qiymətləndirir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Şəxs əməlini yüngülləşdirən hallar olaraq yaşı, ailə vəziyyəti və maddi vəziyyəti nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə, həmçinin lazımınca ödənişlərin olmamasını, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 14 mart 2024-cü il tarixdən saat 18:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-60/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-60/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver