Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-62/2025 18.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Bakı şəhəri, Səbayıl Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(009)-1740/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 15 may 2019-cu il tarixdən başlayaraq 14 avqust 2005-ci il təvəllüdlü X4 və 22 mart 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulub tələbkar X5 ödənilməsi qət olunmuşdur. İcra vərəqəsi icra üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına 04 sentyabr 2019-cu il tarixdə daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Alimentin könüllü ödənilməsi üçün Şəxs qərar və bildiriş göndərilməsinə baxmayaraq o, təyin olunmuş aliment məbləğinin ödənilməsini tam təmin etməmişdır. Borclu Şəxs 28 iyul 2020-ci il və 19 yanvar 2023-cü il tarixlərdə inzibati məsuliyyətə cəlb olunaraq 28 iyul 2020-ci il tarixdə 08 gün və 19 yanvar 2023-cü il tarixdə 10 gün inzibati tənbeh növündə inzibati həbs edilmişdir. Bundan əlavə 12650 (on iki min altı yüz əlli) manat ödənilməmiş aliment borcunu ödənilməsini təmin etmədiyi üçün cinayət məsuliyyətinə cəlb edilmiş və 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin borclu islah olunmammışdır. Beləki, borclu həbsdən azad olunduqdan sonra 1800 (bir min səkkiz yüz) manat məbləğində borcun ödənilməsi ilə kifayətlənmiş, hazırda icra vərəqəsi üzrə yaranmış 15170 (on beş min yüz yetmiş) manat ödənilməmiş qalan aliment borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Bakı şəhəri, Səbayıl Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(009)-1740/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 06 fevral 2025-ci il tarixədək borcu 15170 (on beş min yüz yetmiş) manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə yaranmış 15170 (on beş min yüz yetmiş) manat məbləğində aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır, belə ki, icra sənədi 6 ilə yaxın müddətdir ki, Ucar rayon icra və probasiya şöbəsinin icraatında olmasına və aliment dərhal icra olunan icra sənədləri kateqoriyasına aid olmasına baxmayaraq alimetin tam şəkildə ödəməmişdir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini və aliment borcunun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Bakı şəhəri, Səbayıl Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(009)-1740/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 15 may 2019-cu il tarixdən başlayaraq 14 avqust 2005-ci il təvəllüdlü X4 və 22 mart 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulub tələbkar X5 ödənilməsi qət olunmuşdur. İcra vərəqəsi icra üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına 04 sentyabr 2019-ci il tarixdə daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Alimentin könüllü ödənilməsi üçün Şəxs qərar və bildiriş göndərilməsinə baxmayaraq o, təyin olunmuş aliment məbləğinin ödənilməsini tam təmin etməmişdır. Borclu Şəxs 28 iyul 2020-ci il və 19 yanvar 2023-cü il tarixlərdə inzibati məsuliyyəvə cəlb olunaraq 28 iyul 2020-ci il tarixdə 08 gün və 19 yanvar 2023-cü il tarixdə 10 gün inzibati tənbeh növündə inzibati həbs edilmişdir. Bundan əlavə 12650 (on iki min altı yüz əlli) manat ödənilməmiş aliment borcunu ödənilməsini təmin etmədiyi üçün cinayət məsuliyyətə cəlb edilmiş və 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin borclu islah olunmammışdır. Beləki, borclu həbsdən azad olunduqdan sonra 1800 (bir min səkkiz yüz) manat məbləğində borcun ödənilməsi ilə kifayətlənmiş, hazırda icra vərəqəsi üzrə yaranmış 15170 (on beş min yüz yetmiş) manat ödənilməmiş qalan aliment borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Bakı şəhəri, Səbayıl Rayon Məhkəməsinin 10 iyul 2019cu il tarixli, 2(009)-1740/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 06 fevral 2025-ci il tarixədək borcu 15170 (on beş min yüz yetmiş) manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə yaranmış 15170 (on beş min yüz yetmiş) manat məbləğində aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır, belə ki, icra sənədi 6 ilə yaxın müddətdir ki, Ucar rayon icra və probasiya şöbəsinin icraatında olmasına və aliment dərhal icra olunan icra sənədləri kateqoriyasına aid olmasına baxmayaraq alimetin tam şəkildə ödəməmişdir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini və aliment borcunun tam ödənilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, cəzaçəkmə müəssisəsindən 2024-cü ilin oktyabr ayında azad edilmişdir. Həmin vaxtdan hazırkı vaxtadək 1800 manat tələbkara ödəniş etmiş, bundan əlavə 2024-cü ilin noyabr ayında 150 manat ödəniş etsə də, tələbkar həmin pulu qəbul etməmişdir. O, yaranmış borcu hissə-hissə icra edəcəyini bildirir, əks halda onun sözügedən borcu birdəfəlik ödəməyə maddi imkanı çatmır. Odur ki, bu halların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. K.Əhədova 18 fevral 2025-ci il tarixdə ərizə ilə müraciət edərək Şəxs şikayətçi olduğunu və aliment borcunun tam ödənilməsini tələb etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxs Kəmalə Əhədovanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri, Səbayıl Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(009)-1740/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 15 may 2019-cu il tarixdən başlayaraq 14 avqust 2005-ci il təvəllüdlü X4 və 22 mart 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutulub tələbkar X5 ödənilməsi qət olunmuşdur. İcra vərəqəsi icra üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına 04 sentyabr 2019-ci il tarixdə daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Alimentin könüllü ödənilməsi üçün Şəxs qərar və bildiriş göndərilməsinə baxmayaraq o, təyin olunmuş aliment məbləğinin ödənilməsini tam təmin etməmişdır. Borclu Şəxs 28 iyul 2020-ci il və 19 yanvar 2023-cü il tarixlərdə inzibati məsuliyyəvə cəlb olunaraq 28 iyul 2020-ci il tarixdə 08 gün və 19 yanvar 2023-cü il tarixdə 10 gün inzibati tənbeh növündə inzibati həbs edilmişdir. Bundan əlavə 12650 (on iki min altı yüz əlli) manat ödənilməmiş aliment borcunu ödənilməsini təmin etmədiyi üçün cinayət məsuliyyətə cəlb edilmiş və 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin borclu islah olunmammışdır. Beləki, borclu həbsdən azad olunduqdan sonra 1800 (bir min səkkiz yüz) manat məbləğində borcun ödənilməsi ilə kifayətlənmiş, hazırda icra vərəqəsi üzrə yaranmış 15170 (on beş min yüz yetmiş) manat ödənilməmiş qalan aliment borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Bakı şəhəri, Səbayıl Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(009)-1740/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 06 fevral 2025-ci il tarixədək borcu 15170 (on beş min yüz yetmiş) manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə yaranmış 15170 (on beş min yüz yetmiş) manat məbləğində aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır, belə ki, icra sənədi 6 ilə yaxın müddətdir ki, Ucar rayon icra və probasiya şöbəsinin icraatında olmasına və aliment dərhal icra olunan icra sənədləri kateqoriyasına aid olmasına baxmayaraq alimetin tam şəkildə ödəməmişdir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini və aliment borcunun tam ödənilməsini tələb edir. İşdə olan 17 dekabr 2024-cü il tarixli, 06 yanvar 2025-ci il tarixli və 06 fevral 2025-ci il tarixli ödəmə qəbzlərinin surətlərindən görünür ki, Şəxs ümumilikdə tələbkara 1800 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, X2 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini, borcundan qismən də olsa ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra hərəkətləri ilə bağlı uzun müddət laqeydlik nümayiş etdirməsini və icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 18 fevral 2025-ci il tarixdən saat 13:20-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-62/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-62/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver