Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-63/2024 25.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X4 Bölməsindən daxil olmuş 03 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs “VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Ucar rayonu, Qazyan kəndi ərazisində idarə edərkən piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs sağ saidin yuxarı 1/3-nin və sağ dirsək oynağının qançırı və şişkinliyi ilə nəticələnən yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı, **-BL-*** nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 03 avqust 2023-cü il tarixdə, saat 12 radələrində həmin avtomobillə yaşadığı Ucar rayonu, Qazyan kəndində yerləşən fərdi yaşayış evindən elə həmin kəndə yerləşən yanacaqdoldurma məntəqəsinə gedən zaman “Qazyan bazarı” adlanan yerə gəlib çatdıqda qəfildən yolun solunda yerləşən mağazadan bir piyada qaçaraq anidən onun qabağına çıxmış, həmin zaman idarə etdiyi avtomobilin sürəti 30-40 km/saat olmuşdur. Həmin zaman piyada ilə arasındakı məsafə yox dərəcəsində olduğundan piyadanı vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə həmin piyadanın xəsarət aldığını görmüşdür. Daha sonra həmin piyadanın Ucar rayonu, Qazyan kənd sakini, əvvəldən tanıdığı Məlik adlı şəxs olduğunu bilmişdir. Bundan sonra həmin piyadanı təcili olaraq idarə etdiyi avtomobilə qoyub Ucar RMX-na aparmış, ardınca oradan Göyçay RMX-na aparmışdır. Orada Məlikə ilk tibbi yardım göstərilmiş, daha sonra Ucar rayonuna qayıdıb Ucar RPŞ-nin əməkdaşları ilə birlikdə hadisə yerinə baxışa getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı hər-hansı şikayət və ya tələbi yoxdur. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birgə yaşayır və elə həmin kənddə yerləşən “Oba” marketdə işləyir. 03 avqust 2023-cü il tarixdə, saat 12 radələrində iş zərurəti ilə əlaqədar “Oba” marketdən çıxıb tələsərək yolun sağına dogru qaçaraq gedən zaman qəfildən “VAZ-2106” markalı avtomobil onu vurmuş və nəticədə zərbənin təsirindən yerə yıxılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sağ qolundan xəsarət almışdır. Daha sonra avtomobilin sürücüsü olan həmkəndlisi Şəxs ona yaxınlaşmış, ardınca onu idarə etdiyi avtomobilə qoyub əvvəlcə Ucar RMX-na, daha sonra isə Göyçay RMX-na aparmışdır. Hər iki xəstəxanada həkimlər tərəfindən ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Daha sonra Ucar RPŞ-nin əməkdaşlarının hadisə yerinə gəldiyini öyrənmişdir. Hazırda Şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur (bu barədə yazılan ərizə iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 21 dekabr 2016-cı il tarixli, AE 223114 saylı Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, “B,C” dərəcəli vəsiqə 21 dekabr 2026-cı il tarixədək etibarlıdır. İşdə olan AD 549513 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2106 markalı, ** BL *** dövlət nömrə nişanlı avtomobil X1 mülkiyyət hüququ əsasında məxsusdur. İşdə olan Ucar RPŞ-nin DYPB-nin informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs “VAZ-2106” markalı, **-BL-*** nişanlı avtomobili etibarnamə (12 aprel 2024-cü il tarixədək qüvvədə olan) əsasında idarə edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 18 avqust 2023-cü il tarixli, 338 saylı ekspert rəyindən görünür ki, Şəxs sağ saidin yuxarı 1/3-nin və sağ dirsək oynağının qançırı və şişkinliyi ilə nəticələnən yüngül bədən xəsarəti almışdır. İşdə olan 03 avqust 2023-cü il tarixli, 174 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, Şəxs müayinəsi zamanı sərxoşluq halları aşkar edilməmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən 25 aprel 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, dəyən ziyan ödənilmiş, ona görə də sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlar əsasında, Şəxs “VAZ-2106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Ucar rayonu, Qazyan kəndi ərazisində idarə edərkən piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətməsi və nəticədə Zərərçəkmiş şəxs sağ saidin yuxarı 1/3-nin və sağ dirsək oynağının qançırı və şişkinliyi ilə nəticələnən yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərər çəkmiş şəxslə barışması, ona dəyən ziyanı ödəməsi və səmimi peşmanlığı sonuncunun məsuliyyətini yüngülləşdirən hallara aid edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 300 (üç yüz) manat cərimə təyin edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-63/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-63/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver