Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-63/2025 19.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1988-ci ildə Rusiya Federasiyası, Tambov rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Quləbənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Göyçay Rayon Məhkəməsinin 2(046)-1899/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən 10 sentyabr 2024-cü il tarixdən etibarən 08 iyun 2018-ci il tarixdə anadan olmuş X1, 19 fevral 2020-ci il tarixdə anadan olmuş X3 və 05 iyul 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 160 manat, cəmi 480 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 19 fevral 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən üç uşağın saxlanılması üçün tələbkarın xeyrinə 480 manat aliment tutulmalıdır. Lakin daimi iş yeri, qazancı və gəliri olmadığından yaranmış aliment borcunu ödəyə bilməmişdir. Alimenti ödəməkdən imtina etmir və hissə-hissə ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1899/2024 saylı, 18 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən Ucar rayonu, Qulabənd kəndində qeydiyyatda olan borclu Şəxs hər ay 3 uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 03 dekabr 2024-cü il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir.Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borclu icra məmuru tərəfindən bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlanılaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsə də çağırışlardan yayınmış, 06 dekabr 2024-cü il tarixdə SMS bildiriş göndərilsə də borclu Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu icra məmurunun çağrışlarından yayındığı üçün barəsində 03 fevral 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu, 19 fevral 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs Ucar rayon icra və probasiya şöbəsində izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 2400 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1899/2024 saylı, 18 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən borclu, Ucar rayonu, Qulabənd kəndində qeydiyyatda olan Şəxs aliment borcu 2400 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, məhkəmənin qərarına əsasən üç uşağının saxlanılması üçün borcludan onun xeyrinə hər ay 480 manat aliment tutulmalıdır. Borclu hal-hazıra qədər alimenti ödəməmişdir. Aliment borcunu ödəmədiyi təqdirdə borclunun məsuliyyətə cəlb edilməsini təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün, zərərçəkmiş şəxsin izahatları, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 19 fevral 2025-ci il, saat 14:45-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-63/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-63/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver