Məhkəmə qərarları › İş №3(063)-7/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-7/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-7/2024 12.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Ucar rayonu, Rəstəcə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Ucar Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(063)-19/2022 saylı icra sənədi 11 may 2022-ci il tarixdə Ucar rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, tələbin könüllü icrası üçün borcluya könüllü müddət təyin edilmiş, bu barədə müvafiq bildirişə də imza etmiş, lakin sonuncu üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Borclu dəfələrlə tərəflərindən şöbəyə rəsmi qaydada çağırılsa da, müvafiq xəbərdarlıqlar edilsə də, sonuncu çağırışlara məhəl qoymamış, nəticədə barəsində zəruri icra hərəkətləri olaraq axtarış qərarları qəbul edilmiş, bundan başqa, Ucar Rayon Məhkəməsinin müvafiq qərarı ilə inzibati qaydada həbs edilmiş, lakin bundan da hər hansı nəticə çıxarmamışdır. Eyni zamanda, borclu sözügedən icra sənədi üzrə cəmi bir dəfə, yəni 30 oktyabr 2023-cü il tarixdə 330 manat (formal olaraq) ödəniş etmiş, bundan başqa, 12 yanvar 2024-cü il tarixədək heç bir ödəniş etməmişdir. Hazırkı vaxta borclunun 7602 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, bu barədə Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən 12 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədinin icrasından yayınır. Ucar Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(063)-19/2022 saylı icra sənədini hazırkı vaxtadək icra etməmişdir, yalnız 30 oktyabr 2023-cü il tarixdə formal olaraq 330 manat ödəniş etmişdir. Sözügedən icra sənədi üzrə borclunun hazırkı vaxta olan borcu 7602 manat təşkil edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, özü fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla aylıq 300-400 manat gəlir əldə edir. Mövcud icra sənədindən məlumatı vardır. O, sözügedən icra sənədi üzrə birgə borclu olaraq anası ilə birlikdə məsuliyyət daşıdığını zənn etmiş və buna görə də, anasına məxsus pensiya kartından çıxılan məbləğləri borcun icrası istiqamətində edilən hərəkət kimi anlamışdır. Özü isə maddi imkanı olmadığından 30 oktyabr 2023-cü il tarixdə cəmi 330 manat tələbkara ödəniş etmişdir. Yaranmış borcun onun təqsiri ucbatından olduğunu dərk etsə də, lakin maddi imkanı olmadığı, eyni zamanda, yeni ailə qurduğu və həmin nikahdan bir azyaşlı övladı olduğu və buna rəğmən tələbkar borcun tam ödənilməsini israrla tələb etdiyi üçün ödəniş edə bilməmişdir. Sözügedən icra sənədi ilə bağlı onu da qeyd etdi ki, məsuliyyətini dərk edir, ödənişi etməyin onun vəzifəsi olduğunu anlayır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, borclu Şəxs dəfələrlə borcun ödənilməsi istiqamətində güzəştlər etsə də (əvvəllər hissə-hissə ödəməsinə razı olsa da, borclu bu şərtlə də razılaşmamış və icra sənədini tam icra etməmişdir), borclu borcun ödənilməsindən qəsdən yayınmış və anasının pensiya kartından edilən ödənişlərlə kifayətlənmişdir. Bundan başqa, yalnız bir dəfə, yəni 30 oktyabr 2023-cü il tarixdə 330 manat ödəniş etmişdir. Hazırda borc məhz borclunun etinasız və soyuqqanlı hərəkətləri nəticəsində yaranmışdır. Bundan başqa, borclunun yeni nikaha daxil olduğu arvadı ona zəng edərək aqressiv şəkildə “gəl əşyalarını götür apar” demiş və bu hal da onda qıcıq reaksiyası formalaşdırmışdır. Ona görə də borclu Şəxs şikayətçi olmaqla, sonuncudan borcun tam şəkildə ödənilməsini tələb edir və barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir (zərərçəkmiş şəxs bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında bildirdi ki, sözügedən icra sənədi ilə bağlı hər ay pensiya kartından 160 manat pul tutulur. Yalnız axırıncı aylar 130 manat olaraq tutulma aparılmışdır. Bundan başqa, onu da qeyd etdi ki, nə o, nə də ki oğlu icra sənədinin icrasından yayınmır, eyni zamanda icra sənədinin icrası istiqamətində üzərlərinə düşən zəruri hərəkətləri həyata keçirməyə çalışırlar. Bundan əlavə, oğlunun maddi gəliri olmadığından icra sənədi onun pensiya kartından tutulmalar üzrə həyata keçirilir. Əlavə olaraq onu da qeyd etdi ki, oğlu başqa qadınla ailə həyatı qurmuş və həmin nikahdan bir övladı vardır ki, bu da onun həyat və maddi şəraitinə öz təsirini göstərir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(063)-19/2022 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qayadada 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) dəst-1 (bir) qızıl üzük və 1 (bir) cüt sırğa, 1000 (bir min) manat dəyərində 1 ədəd qızıl sep, 500 (beş yüz) manat dəyərində 1 ədəd qızıl bilərzik, 1100 (bir min yüz) manat dəyərində 1 ədəd şifoner, 450 (dörd yüz) manat dəyərində 1 ədəd taxt, 350 (üç yüz əlli) manat dəyərində 1 ədəd termo, 200 (iki yüz) manat dəyərində 1 cüt tumba, 100 (bir yüz) manat dəyərində 1 ədəd 160X200 ölçüdə döşək, 100 (bir yüz) manat dəyərində 1 ədəd stol, 200 (iki yüz) manat dəyərində 1 dəst (6 ədəd) stul, 350 (üç yüz əlli) manat dəyərində 1 ədəd soyuducu, 100 (bir yüz) manat dəyərində 1 ədəd sandıq, 30 (otuz) manat dəyərində 2 ədəd gecə lampası, 20 (iyirmi) manat dəyərində 1 ədəd saat, 150 (bir yüz əlli) manat dəyərində 1 ədəd sok çəkən, 200 (iki yüz) manat dəyərində 1 ədəd tozsoran, 300 (üç yüz) manat dəyərində 1 ədəd elektrik soba, 50 (əlli) manat dəyərində 1 ədəd mikser, 150 (bir yüz əlli) manat dəyərində 1 ədəd DVD aparatı, 200 (iki yüz) manat dəyərində 1 ədəd video aparat, 300 (üç yüz) manat dəyərində 6 ədəd pastel, 200 (iki yüz) manat dəyərində 4 ədəd süfrə, 20 (iyirmi) manat dəyərində 1 ədəd soyuducu içinə sərmək üçün klyonka, 20 (iyirmi) manat dəyərində 1 ədəd klyonka süfrə, 80 (səksən) manat dəyərində 4 ədəd böyük qətvə, 50 (əlli) manat dəyərində 2 qutu dəsmal, 100 (bir yüz) manat dəyərində 10 ədəd əl-üz dəsmalı, 40 (qırx) manat dəyərində 6 ədəd mətbəx dəsmalı, 20 (iyirmi) manat dəyərində 6 ədəd əl-üz silmək üçün parça salfetka, 50 (əlli) manat dəyərində 18 ədəd çay dəsmalı, 100 (bir yüz) manat dəyərində 8 ədəd yastıq üzü, 100 (bir yüz) manat dəyərində 1 ədəd qaşlı güldan, 50 (əlli) manat dəyərində 1 ədəd xurustal güldan, 40 (qırx) manat dəyərində 1 ədəd böyük ləpə qabı, 80 (səksən) manat dəyərində 1 ədəd xurustal vaza, 50 (əlli) manat dəyərində 1 ədəd vaza, 100 (bir yüz) manat dəyərində 1 ədəd vaza, 50 (əlli) manat dəyərində 1 dəst biri böyük 6 boşqablı tort qabı, 40 (qırx) manat dəyərində 1 dəst biri böyük 6 boşqablı tort qabı, 30 (otuz) manat dəyərində 1 ədəd 3 mərtəbə qab, 25 (iyirmi beş) manat dəyərində 6 ədəd ləpə qabı, 40 (qırx) manat dəyərində 12 ədəd sok stəkanı, 50 (əlli) manat dəyərində 2 ədəd uzun xurustal qənddan, 10 (on) manat dəyərində 2 ədəd qənddan, 50 (əlli) manat dəyərində 2 dəst bişinti qabı, 30 (otuz) manat dəyərində 4 ədəd şirni qabı, 25 (iyirmi beş) manat dəyərində 1 ədəd adi vaza, 20 (iyirmi) manat dəyərində 2 ədəd dördbucaq qənddan, 50 (əlli) manat dəyərində 6 ədəd lepkalı bakal, 30 (otuz) manat dəyərində 6 ədəd qulplu stəkan, 50 (əlli) manat dəyərində 6 ədəd stəkanla birlikdə 1 ədəd su qabı, 50 (əlli) manat dəyərində 1 dəst qara fincan, 100 (bir yüz) manat dəyərində 1 ədəd qara serviz dəsti, 20 (iyirmi) manat dəyərində 1 ədəd qara su fincanı, 30 (otuz) manat dəyərində 1 dəst nəlbəkiləri ilə birlikdə armudu stəkan, 50 (əlli) manat dəyərində 1 dəst xurustal nəlbəki-stəkan, 30 (otuz) manat dəyərində 6 ədəd nəlbəkisi ilə birlikdə adi fincan, 30 (otuz) manat dəyərində 6 ədəd xurustal duz qabı, 20 (iyirmi) manat dəyərində 1 ədəd qulplu xurustal fincan, 10 (on) manat dəyərində 1 ədəd sürtgəc, 5 (beş) manat dəyərində 4 ədəd külqabı, 20 (iyirmi) manat dəyərində 1 ədəd qənddan, 20 (iyirmi) manat dəyərində 6 ədəd qara mürəbbə qabı, 20 (iyirmi) manat dəyərində 1 ədəd fincanı ilə birlikdə su qabı, 20 (iyirmi) manat dəyərində 1 ədəd salat düzəldən, 30 (otuz) manat dəyərində 1 dəst 6 çaşqalı, 1 çaynikli serviz, 50 (əlli) manat dəyərində 48 ədədlik yemək dəsti, 20 (iyirmi) manat dəyərində 6 ədəd bulud qaşığı, 50 (əlli) manat dəyərində 1 ədəd çılçıraq, 200 (iki yüz) manat dəyərində 1 ədəd elektrikli hava qızdırıcısı, 30 (otuz) manat dəyərində 1 ədəd gecə lampası, 50 (əlli) manat dəyərində 1 ədəd saat, 30 (otuz) manat dəyərində 1 ədəd araba, 10 (on) manat dəyərində 2 ədəd dəmir vedrə, 5 (beş) manat dəyərində 1 ədəd zibil qabı, 5 (beş) manat dəyərində 1 ədəd kauçuk vedrə, 4 (dörd) manat dəyərində 1 ədəd pol ağacı, 5 (beş) manat dəyərində 1 ədəd mişar, 150 (bir yüz əlli) manat dəyərində 1 ədəd taxt döşəyi, 100 (bir yüz) manat dəyərində 1 ədəd tək döşək, 80 (səksən) manat dəyərində 1 ədəd taxt yorğanı, 50 (əlli) manat dəyərində 1 ədəd tək yorğan, 150 (bir yüz əlli) manat dəyərində 6 ədəd böyük yastıq, 50 (əlli) manat dəyərində 2 ədəd qu tükündən yastıq, 100 (bir yüz) manat dəyərində 4 ədəd uzunsov yun yastıq, 300 (üç yüz) manat dəyərində 3 ədəd ikisi uzunsov biri dördkünc qaşı pokroval, 100 (bir yüz) manat dəyərində 1 ədəd ikiüzlü qalın taxt üçün ədyal, 50 (əlli) manat dəyərində 1 ədəd nazik taxt üçün ədyal, 50 (əlli) manat dəyərində 2 ədəd tək çarpayı üçün nazik pakroval, 100 (bir yüz) manat dəyərində 2 ədəd taxt üçün nazik yorğan, 30 (otuz) manat dəyərində 2 ədəd ağ pərdə, 300 (üç yüz) manat dəyərində 1 ədəd pəncərə pərdəsi, 50 (əlli) manat dəyərində 1 ədəd mətbəxt pərdəsi, 500 (beş yüz) manat dəyərində 3 ədəd xalça, 300 (üç yüz) manat dəyərində 1 dəst nikkel qazan, 300 (üç yüz) manat dəyərində 1 dəst güllü qazan, 200 (iki yüz) manat dəyərində 1 dəst çuğun qazan, 300 (üç yüz) manat dəyərində 1 ədəd üstündə çayniki olan dərəcə göstərən nikkel samovar, 250 (iki yüz əlli) manat dəyərində 1 dəst qaşıq-bıçaq və 200 (iki yüz) manat dəyərində 1 ədəd ətçəkən maşın özü, qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa onların dəyəri alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, həmçinin SMSlər, çağırışlar göndərilmiş, icra hərəkətlərinin icrasından yayındığına və faktiki olaraq şöbənin çağırışlarına məhəl qoymadığına görə müvafiq axtarış qərarları qəbul olunmuşdur. Qeyd edilən icra sənədinin icrasının təmini məqsədilə müvafiq sorğular da verilmiş, lakin sonuncunun adına hər-hansı bank hesabı və ya əmlak aşkar edilməmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, X5 14 mart 2022-ci il tarixdə Göyçay rayonunda doğulmuşdur (Şəxs oğlu). İşdə olan Ucar Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 3(063)-239/2022 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşdə olan "xxxx" ASC-dən verilmiş 12 yanvar 2024-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, X2 məxsus pensiya kartından hər ay dövri cədvəl üzrə müvafiq tutulmalar həyata keçirilmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Ucar rayon İcra və Probasiya şöbəsinin 13 iyun 2022-ci il tarixdə tərtib edilmiş aktından görünür ki, sözügedən icra sənədi ilə bağlı həmin sənəddə alınaraq verilməsi qət olunan əmlakların bir hissəsi tələbkara təhvil verilmişdir (bu hal tərəflərin akta etdikləri imzalarla və məhkəmə araşdırması zamanı verilən izahatlarla da öz təsdiqini tapmışdır). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun icra sənədi üzrə borcunu ödəməməsini, 2022-2024-cü illər ərzində (protokol tərtib edildiyi gün) cəmi 330 manat ödəniş etməsini (anasının öz pensiya kartından etdiyi ödənişlər birgə borclu olaraq sonuncuya aid edilməsi nəzərə alınmaqla) məsuliyyətdən formal icra (görünüş xatirinə) ilə yayınması cəhdi kimi qiymətləndirir və bu halın tələbkarın əsaslı mənafeyi fövqündə zəruri olan hal kimi qiymətləndirir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü törətdiyi əməldə qismən təqsirli bilməsinə münasibətdə qeyd edir ki, bu hal şəxsin məsuliyyətdən yayınması cəhdidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə borcun miqdarının kifayət qədər olmasını, uzun müddət ərzində ümumiyyətlə, həmçinin lazımınca ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış işi açılmaqla məcburi gətirmə tətbiq edilməklə, müəyyən müddətdə icradan qaçaraq, yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olması kimi məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 09 (doqquz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən saat 17:55-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar