Məhkəmə qərarları › İş №3(063)-80/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-80/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-80/2025 27.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, X9 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X4 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ucar Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X7 narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilindiyi üçün 25 fevral 2025-ci il tarixdə Ucar rayonu, Qaradağlı kəndi ərazisində saxlanılmış və şəxsi axtarış zamanı üzərindən 1 ədəd kağız bükümdə, təmiz çəkisi-0,042 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 27 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X7 narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilindiyi üçün 25 fevral 2025-ci il tarixdə Ucar rayonu, Qaradağlı kəndi ərazisində saxlanılmış və şəxsi axtarış zamanı üzərindən 1 ədəd kağız bükümdə, təmiz çəkisi-0,042 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmiş və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndindən həmkəndlisi Elxan Rəsulovla birlikdə Tehran Rəsullunun idarə etdiyi Opel markalı, ** RU *** dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkətə başlamışlar. Yevlax rayonu ərazisindən Şamil adlı bir nəfər də onlarla birlikdə Bakı istiqamətində hərəkət etmişlər. Ucar rayonu, Qaradağlı kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq üzərlərində qanunsuz əşya və predmetlərin olub-olmaması ilə bağlı axtarışa başlamışlar. O, təxminən 01 ay öncə yaşadığı kənddə yerdən tapdığı psixotrop maddə metamfetamini də bükülü şəkilində öz üzərində götürmüşdür. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur və özü müvafiq mütəmadiliklə istifadə etmişdir. Hazırda törətdiyi əməldən peşmandır, İİİ qrup əlil olmasının və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X7 narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilindiyi üçün 25 fevral 2025-ci il tarixdə Ucar rayonu, Qaradağlı kəndi ərazisində saxlanılmış və şəxsi axtarış zamanı üzərindən 1 ədəd kağız bükümdə, təmiz çəkisi-0,042 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 26 fevral 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla, satış məqsədi olmadan üzərində şəxsi istehlak miqdarında psixotrop maddə ilə metamfetamin gəzdirdiyinə görə onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin təsiri altına düşdüyündən barəsində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Ucar RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Şəxs aşkar olan kiçik büküm” sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki göy rəngli sellofana bükülmüş 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,042 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin iş üçün sübut əhəmiyyəti olduğundan maddi sübut hesab edilməklə, həmin metamfetamindən 0,020 qramının tədqiqata sərf edilməklə istifadə olunması nəzərə alınmaqla, qalıq qalan 0,022 qram metamfetamin bir ədəd qabda qablaşdırılıb “məhkəmə ekspertizası mərkəzi tədqiqat obyekti №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Bölməsinin 26 fevral 2025-ci il tarixli, 17/170 saylı ekspert rəyinin surətinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Şəxs aşkar olunan kiçik büküm” sözləri, imzalar və adlar yazılmış göy rəngli sellofana bükülmüş 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,042 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata 0,020 qram metamfetamin sərf edildikdən sonra psixotrop maddə-metamfetaminin qalıq çəkisi 0,022 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X2 X1 Ekspert komissiyası tərəfindən 26 fevral 2025-ci il tarixdə verilmiş 296 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan inzibati qaydada tutma haqqında 26 fevral 2025-ci il tarixli, AZA 023742 saylı protokoldan görünür ki, Şəxs 26 fevral 2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 26 fevral 2025-ci il tarixli, AZA 010103 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs İİİ qrup əlil olmaqla 150 manat pensiya alır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, İİİ qrup əlil olmaqla, ailə və maddi vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Bundan əlavə, Şəxs üzərində şəxsi axtarış və götürməyə məruz qalmasını özündə əks etdirən 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, toplanmış materiala əlavə edilməsi nəzərə alınmalı və ondan aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,022 qram olan, maddi sübut sayılan psixotrop maddə-metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edirəm ki, Şəxs 26 fevral 2025-ci il tarixdə saat 20:00-dan inzibati qaydada tutulmuşdur ki, bu da onun barəsində inzibati qaydada cərimə növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 33.1.2, 34.2, 37, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs götürülmüş, qalıq çəkisi 0,022 qram olan maddi sübut, psixotrop maddəmetamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Şəxs üzərində şəxsi axtarış və götürməyə məruz qalmasını özündə əks etdirən 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, toplanmış materiala əlavə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar