Məhkəmə qərarları › İş №3(063)-87/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-87/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-87/2024 02.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu, X1 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx xxxx 1962-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA ETT Birliyinin” Ucar rayon şöbəsində kiçik tibb işçisi vəzifəsində işləyən, Ucar şəhəri, Oğuz küçəsi, ev 12, mənzil 3də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqında iş üzrə icraatın başlanılması haqqında qərara məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs “Ucar rayon mərkəzi xəstəxanası” PHŞ-in təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin inzibati binasında “Ucar rayon mərkəzi xəstəxanası” PHŞ-in təhlükəsizlik bölməsinin mühafizəçisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun qollarından tutub sıxmaqla və vurub itələməklə döymüş, yəni qəsdən fiziki ağrı yetirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 2003-cü ildən hal-hazıradək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA ETT Birliyinin” Ucar rayon şöbəsində, sanitar vəzifəsində işləyir. 11 fevral 2024-cü il tarixdə, səhər saatlarında Ucar rayon mərkəzi xəstəxanasının “Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə” təzyiqi ilə bağlı müraciət etmək üçün qeydiyyatçıya yaxınlaşmış, həkimə müraciət etmək üçün adını bilmədiyi qeydiyyatçı qızdan qəbzini tələb edərkən, həmin vaxt qeydiyyatçı qızla sonradan adını bildiyi Elnarə adlı mühafizəçi işləyən qadının danışdıqlarını görüb, onlara sonra da danışa biləcəklərini deyib, qəbzini yenidən tələb etmiş, üzünü çevirib getmək istədikdə Elnarə “mənimləsən?” deyib üzərinə gələrək sifət nahiyyəsindən sillə ilə vurmuş, bu zaman orada olan adının sonradan Murad bildiyi mühafizəçinin onları ayırmışdır. Elnarənin bu hərəkətinə görə Ucar rayon polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, evli olub boşanmış, təxminən 13 ildir ki, Ucar rayon mərkəzi xəstəxanasında sanitar işləyir, 4-5 ildir ki, “Publik Hüquqi” şəxs yaranan vaxtdan xəstəxananın mühafizəçisi vəzifəsində işləyir, vəzifəsi xəstəxanada mühafizə işinin təşkilindən ibarətdir. 11 fevral 2024-cü il tarixdə, saat 08:45 radələrində növbədə olduğu vaxt təcili tibbi yardım şöbəsinin girişində həmin şöbənin dispetçeri Mehriban İsmayılova və qeydiyyatçı Məhəbbət Quliyeva ilə söhbət etmiş, bu zaman Məhəbbət Quliyevaya yaxınlaşan Şəxs ondan qeydiyyat çeki istəmiş, bu zaman Məhəbbət və Mehribanla nəvəsinin xəstələnməsi barədə söhbət etdikdə, Şəxs qəflətən “ölür-ölsün, cəhənnəmə ölsün” sözlərini deyib, əlini qeydiyyatçı qızın masasına vuraraq “ay qız sənə demirəm çekimi ver” deyərək, qeydiyyatçıdan çeki götürüb təcili tibbi yardım şöbəsinin içərisinə gedən zaman, ona “ay xanım o sözləri kimə deyirdin” deyə Şəxs soruşduqda, sonuncu geri çevrilib “bax elə sənə deyirəm” deyə ona cavab vermişdir. Bu zaman ona çox nahaq yerə belə danışdığını və “ölsün elə səninkilər deyə” bildirdikdə, Şəxs üzərinə gələrək ona əl-qol atmağa başlamış, hətta sifətindən sillə vursa da, çəkildiyindən sillə ona dəyməmiş, qarşılığında Şəxs əllərindən tutaraq ona sillə vurmuş, lakin onun vurduğu sillə də sonuncuya dəyməmişdir. Həmin vaxt orada olan xəstəxananın mühafizəçisi Murad onları ayırmış, digər tibb personalı da onlara yaxınlaşaraq ayırmışlar. Həmin vaxt baş vermiş hadisəni orada olan işçilərdən Murad, Nəhayət, Səbirə, hətta qeydiyyat şöbəsində olan Mehriban və Məhəbbbət də görmüşlər. Baş vermiş hadisə çox qısa, hətta 1 dəqiqədən az vaxt ərzində baş vermişdir. Şəxs ilə bir-birinə əl-qol atıb tutuşsalar da, hər ikisinin atdığı sillənin bir-birinə dəymədiyindən xəsarət almamışlar. Lakin baş vermiş hadisə zamanı birbirinə fiziki ağrı yetirmişlər. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barımışlar, şikayəti və tələbi yoxdur, işə xitam verilməsini xahiş edir. Ucar rayon prokurorunun köməkçisi Ə.Musazadə məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, Şəxs “Ucar rayon mərkəzi xəstəxanası” PHŞ-in təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin inzibati binasında “Ucar rayon mərkəzi xəstəxanası” PHŞ-in təhlükəsizlik bölməsinin mühafizəçisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun qollarından tutub sıxmaqla və vurub itələməklə döymüş, yəni qəsdən fiziki ağrı yetirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxil olmuş məlumat əsasında rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Seymur Əsgərov tərəfindən araşdırma aparılmaqla, 26 mart 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlar material üzrə alınmış izahatlar, eləcə də xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolla tam təsdiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq Ucar rayon prokuroru İlkin Mustafayevin 29 mart 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Ucar rayon prokuroru İlkin Mustafayevin 29 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və qərarın inzibati tənbehin tətbiq edilməsi məsələsinə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ucar Rayon Prokurunun böyük köməkçisi S.Əsgərovun 26 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 23-C-24 nömrəli toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün Zərərçəkmiş şəxs və Şəxs göndərilməklə, həmin qərardan narazı olduğu halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ucar rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun izah edilməsi və “Ucar rayon mərkəzi xəstəxanası” PHŞ-in təhlükəsizlik bölməsinin mühafizəçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs və MTE və PA ETT Birliyi” Publik Hüquqi şəxsinin Ucar rayon şöbəsinin kiçik tibb işçisi işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi onun özünün və zərər çəkmiş şəxsin izahatları, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və digər iş materialları ilə sübuta yetir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məcəllənin qeyd olunan tələbinə əsaslanaraq və inzibati xəta törətmiş şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, onun və zərər çəkmiş şəxsin də bu barədə ərizələrini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qanunauyğundur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.9, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş hakim vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar