Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-89/2024 06.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1976-cı ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar şəhəri, X5 küçəsi, ev 27-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, 04 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirlimiş əməliyyataxtarış tədbirləri nəticəsində Ucar şəhəri, X6 küçəsi, ev 27 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Ucar şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirlimiş, videoçəkiliş vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə növbətçi hissədə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol yan cibindən bir ədəd kağız bükümdə 0,13 qram çəkidə (az miqdarda) narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür . Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin sahə rəisi X1 izahatında göstərdi ki, 04 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirlimiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəxs Ucar şəhəri ərazisində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, 04 aprel 2024-cü il tarixdə, saat 20:24-də Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şəxs əynindəki tünd boz rəngli, uzunqol gödəkcəsinin sol yan cibindən içərisində qurudulmuş marixuana-narkotik vasitəsinə oxşar kütlə olan 01 ədəd ağ rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Şəxs üzərindən aşkar edilmiş kağız bükümdəki kütlənin qururulmuş marixuana-narkotik vasitəsi olduğunu, həmin marixuananı şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Aparılmış araşdıma zamanı müəyyən edilmişdir ki, 04 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirlimiş əməliyyat axtarış tədbirləri nəticəsində Ucar şəhəri, X5 küçəsi, ev 27 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Ucar şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirlimiş, videoçəkiliş vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə növbətçi hissədə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol yan cibindən bir ədəd kağız bükümdə 0,13 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Elnur Tağıyevin 05 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərar Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Odur ki, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin şəxs protokol ilə tanış olmuş, surəti ona təqdim edilmiş, hüquqi və vəzifələri izah olunmuş və material baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, 04 aprel 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı evdən gedərkən bir büküm narkotik vasitəyə oxşar maddə taparaq sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Həmin vaxt polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmışlar. Polis şöbəsində üzərində qanunsuz olaraq hər hansı qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşlar, o da cibində saxladığı həmin maddəni polis əməkdaşlarına təqdim etmişdir, həmin vaxt videoçəkiliş də aparılmışdır. Ona qarşı hər hansı hüquqazidd hərəkətə yol verilməmişdir. Törətdiyi əmələ görə peşimandır, gələcəkdə bu cür hərəkətə yol verməyəcəkdir, himayəsində 88 yaşında atası və 78 yaşında anası vardır, onlara da o qulluq edir, odur ki, nəzərə alınmasını xahiş edir. İşdə olan Ucar Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Elnur Tağıyev tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi, şəxsi axtarış keçirilən zaman Şəxs üzərindən aşkar edilmiş və 1 ədəd zərfdə qablaşdırılmış 1 ədəd kağız bükümdə olan 0,13 qram çəkidə qurudulmuş marixuananın maddi sübut kimi tanınması, həmin marixuananın 0,2 qram çəkidə olan hissəsinin ekspertiza tədqiqatına sərf edilməsi, ekspertiza tədqiqatından sonra marixuanının-0,11 qram çəkidə qalmasının nəzərə alınması və saxlanmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilməsi, 04 aprel 2024-cü il tarixdə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəklişi əks etdirən 1 ədəd kompakt diskin maddi sübut kimi tanınması və materiala əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/342 nömrəli ekspert rəyinin (məhkəmə-bioloji ekspertizası) surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxsi axtarış zamanı Şəxs üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 05 aprel 2024-cü il tarixli, 584 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan 128 nömrəli, 05 aprel 2024-cü il tarixli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, qərarın surəti, ekspert rəyləri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növündə müəyyən müddətə inzibati qaydada həbs edilməsi məqsədəmüvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədəmüvafiqdir. İşdə olan 05 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 aprel 2024-cü il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, həbsetmənin əvvəli 05 aprel 2024-cü il tarixdən, saat 18:30-dan hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Odur ki, yuxarıda qeyd olunan rəy nəzərə alınmaqla Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Həmçinin, hesab edirəm ki, Şəxs götürülmüş və Ucar Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut olan və tədqiqatdan sonra qalıq qalan 0,11 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40-43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 05 aprel 2024-cü il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. İş üzrə maddi sübut olan, tədqiqatdan sonra qalıq qalan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 0,11 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-89/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-89/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver