Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-9/2024 15.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddun oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 dekabr 2024-cü il tarixdə saat 23:00 radələrində Ucar rayonunun Qaradağlı kəndində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən (sağ göz altı nahiyənin qançırı) xəsarət yetirmişdir. Bu barədə Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 11 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, onun icraatına Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi məqsədilə RPŞ-nin təhqiqat qrupundan cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar daxil olmuşdur. Bununla bağlı zərərçəkmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsləri RPŞ-yə dəvət edib, qərarla tanış etdikdən sonra Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib etmişdir. Belə ki, Ucar rayonunun Qaradağlı kəndində Şəxs 12 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gələrək arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış və sonuncunu yumruqla üz nahiyəsindən vurmuş nəticədə sonuncuya dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Belə ki, Zərərçəkmiş şəxs sağ gözaltı hissəsində qançır olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, təxminən 16 il olar ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmaqla evlənmişlər və birgə nikahlarından 3 qız övladları doğulmuşdur. Ruhin tez-tez spirtli içki qəbul edir ki, bu hal da müntəzəm ailə münaqişəsi ilə nəticələnir. 12 dekabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Bahara sonuncunun işləməsini qadağan etmiş, eyni zamanda işlətdiyi mobil telefonunun kilidini açıqlamadığı üçün aralarında münaqişə yaranmışdır. Daha sonra, Bahar özünü döymüş, hətta onun üzünə əl ataraq sifət nahiyəsini (gözaltı hissəsini) cızmışdır. Lakin o, heç bir şəkildə Baharı vurmamış, sadəcə olaraq Baharın işləməsinin əleyhinə olduğu üçün bu sonuncu tərəfindən şər və böhtan xarakterli məlumatlardır. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, təxminən 16 il olar ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmaqla evlənmişlər və birgə nikahlarından 3 qız övladları doğulmuşdur. Ruhin tez-tez spirtli içki qəbul edir ki, bu hal da müntəzəm ailə münaqişəsi ilə nəticələnir. 12 dekabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Ruhin sərxoş vəziyyətdə evə gəlmiş, ona xəyanət etdiyini demiş, o isə bu halı inkar etmiş, eyni zamanda işlətdiyi mobil telefonunun kilidini açıqlamadığı üçün aralarında münaqişə yaranmışdır. Daha sonra, Ruhin onu döymüş və nəticədə bədən xəsarətləri almışdır. Ümumiyyətlə ailə münaqişələri tez-tez davam edir və bu hal onun döyülməsi ilə nəticələnir. Bundan başqa, Ruhin onun işləməsinin də əleyhinə olmaqla bu əsasla da bir neçə dəfə dava yaratmışdır. Beləliklə, o, Ruhindən şikayətçidir və barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Ucar RPŞ-nin TQ-nin təhqiqatçısı Anar Seyidov tərəfindən qəbul edilmiş 05 yanvar 2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün bu qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 12 dekabr 2023-cü il tarixli, 495 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ göz altı nahiyənin qançırı xəsarəti aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti 12 dekabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 12 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 12 dekabr 2024-cü il tarixdə saat 23:00 radələrində Ucar rayonunun Qaradağlı kəndində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən (sağ göz altı nahiyənin qançırı) xəsarət yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsi, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsi, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən saat 13:25-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-9/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-9/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver