Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-90/2024 06.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1992-ci ildə Ucar rayonu, Yuxarı Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 2(063)-950/2017 nömrəli, 10 avqust 2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 757,37 manat borc və 20 manat dövlət rüsumu alınaraq kreditor Zərərçəkmiş şəxs1 ASC-nin hesabına ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 7300 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Borclu icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 06 aprel 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN1482227 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərarlarına əsasən ondan müvafiq olaraq tələbkarların xeyrinə pul tutulmalıdır. Qazancı və gəliri olmadığından, həmçinin atası xəstə olduğundan borcunu ödəməmişdir, borclarını ödəməkdən imtina etmir, işləyib qazanc əldə edərək hissə-hissə ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-950/2017 saylı, 10 avqust 2017ci il tarixli icra sənədinə əsasən borclu ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs cəmi 777,37 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2020 saylı, 10 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 7330 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. İcra sənədləri 06 dekabr 2021-ci il tarixdə icraatda birləşdirilmişdir. İcra sənədləri müvafiq olaraq 17 dekabr 2018-ci il və 04 fevral 2021-ci il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu 2(063)- 950/2017 saylı, 10 avqust 2017-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2020 saylı, 10 noyabr 2020-ci il tarixli icra sənədləri üzrə müəyyən müddət keçməsinə baxmayaraq heç bir ödəniş etməmiş, təşəbbüs belə göstərmədən bu günədək heç bir ödəniş etməmişdir. Borcu barəsində 12 dekabr 2022-ci il tarixdə axtarış haqqında qərar qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. 06 aprel 2024-cü il tarixdə borclu Ucar Rayon Polis Şöbəsinin əməkdaşaları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, borclu Şəxs Ucar rayon icra və probasiya şöbəsində hər 2 (iki) işlə bağlı izahatları alınmış, icra sənədlərinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə heç bir ödəniş etməmiş və buna təşəbbüs göstərməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)- 950/2017 saylı, 10 avqust 2017-ci il tarixli icra sənədi üzrə 777,37 manat və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3691/2020 saylı, 10 noyabr 2020-ci il tarixli icra sənədi üzrə 7330 manat, cəmi Şəxs borcu 8107,37 manat təşkil edir. Hazırda tələbkarlar icra sənədlərinin tam icra edilməsini tələb edirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbsetmənin əvvəli 06 aprel 2024-cü il tarixdən, saat 18:55-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-90/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-90/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver