Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-92/2025 18.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ucar Rayon Prokurorluğunun nümayəndəsi X2 iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məğul olan, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.1-ci maddəsi ilə Ucar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Ucar Rayon Prokurorluğundan daxil olmuş 03 mart 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 20 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "BMW" markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Ucar Rayon Prokurorluğunun nümayəndəsi X4 göstərdi ki, Şəxs 20 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "BMW" markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, bu hal sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktla da öz təsdiqini tapır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 20 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "BMW" markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobili həqiqətən də sərxoş vəziyyətdə idarə etmişdir. Lakin hazırda törətdiyi əməldən peşmandır, odur ki, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, X1 20 sentyabr 2024-cü il tarixdə, saat 13 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "BMW" markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bundan əlavə inzibati xəta materialına əlavə edilmiş 20 sentyabr 2024-cü il tarixli, 190 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 0,422% sərxoşluq dərəcəsi müəyən olunmuşdur. İş materiallarında olan AC 919274 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 3181” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 məxsusdur. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixdə verilmiş B kateqoriyalı sürücülük vəsiqəsinin, eləcə də eyni tarixdə təsdiq edilmiş ƏN-Vİ seriyalı, 273678 nömrəli etibarnamənin surətlərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, yanaşı “BMW 3181” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomaşın onun etibarnaməli idarəçiliyindədir. İş materiallarında olan 20 sentyabr 2024-cü il tarixli "yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Ucar şəhəri, 20 Yanvar küçəsi ərazisində baş vermiş, "BMW" markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 0,3 metr məsafədən kənarda qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2025-ci il tarixdə verilmiş 8/2800 nömrəli rəyindən görünür ki, Şəxs "BMW" markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi şəraitdə, onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 128 manat təşkil edir. İş materiallarında olan Ucar Rayon Prokurorluğunun 27 fevral 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 24-C-25 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək peşman olması, yaşı və ailə vəziyyəti onun məsuliyyətini yüngülləşdirən hallara aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib ona 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-92/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-92/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver