Məhkəmə qərarları › İş №3(063)-94/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-94/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-94/2024 23.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxxx 1990-cı ildə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Alpout kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 06 dekabr 2023cü il tarixdə, saat 08 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində qadağan edilmiş yerdə ov etməklə ov qaydalarını kobud şəkildə pozmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 25 yanvar 2024-cü il tarixdə sahə rəisi R.Məmmədov tərəfindən MN2017037 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərdi ki, özünə məxsus “Şafak” markalı, tək lüləli, 12 kalibrli, 590-H22YT-156 nömrəli yivsiz, sənədləri olan ov tüfəngi vardır. Rəsmi olaraq, 2014-cü ildən Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. 06 dekabr 2023-cü il tarixdə, saat 08 radələrində o, Ucar rayonu, Alpout kəndi ərazisində açıq sahədə yerləşən taxıl sahəsini sulayarkən sahəyə yaxın ərazidə olan göyərçinlər görmüş və özü ilə gətirdiyi ov tüfəngi ilə quşları ovlamağa başlamışdır. 8 ədəd quş ovladıqdan sonra ona yaxınlaşan polis əməkdaşları onu ovladığı quşlarla birlikdə Ucar Rayon Polis Şöbəsinə gətirmişlər. Törətdiyi əmələ görə peşimandır, gələcəkdə qadağan olunmuş yerdə ov etməyəcəkdir, ovla məşğul olmaq onun əsas dolanacaq mənbəyi deyildir, fərdi əməklə məşğul olur və Vətən müharibəsi iştirakçısı kimi pensiya alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İşdə olan Ucar Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı N.İsayev tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tədbir görülməsi üçün Ucar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş digər sənədlərdən görünür ki, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti tərəfindən 10 noyabr 2014-cü ildə Şəxs 008080 nömrəli bilet, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 12 kalibrli, “Şafak-arms” markalı, 590-H22YT-156 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 27 dekabr 2022-ci ildə 3184 nömrəli şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş 07 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Ucar rayonu, Alpout kənd sakini Şəxs məxs qanunsuz ov etmə zamanı aşkar edilərək götürülmüş 01 ədəd “Şafak” markalı, tək lülə, 12 kalibr, 590-H22YT-156 nömrəli yivsiz ov tüfəngi rayon polis şöbəsinin növbətçi hissəsinin silahların saxlanması otağına təhvil verilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini boynuna almasını, səmimi peşimançılığını və Vətən müharibəsi iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati xətanın törədilməsində alət olmuş ov silahı müsadirə edilməməklə ov hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda, maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan “Şafak-arms” markalı, 12 kalibrli, yivsiz lüləli, 590-H22YT-156 nömrəli ov silahı Şəxs qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın törədilməsində alət olmuş ov silahı müsadirə edilməməklə 1 (bir) il müddətinə ov hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan “Şafak-arms” markalı, 12 kalibrli, yivisz lüləli, 590-H22YT-156 nömrəli ov silahı Şəxs qaytarılsın. Qərarın icrası maddi sübutla bağlı Ucar Rayon Polis Şöbəsinə, ov hüququnun məhdudlaşdırılması hissəsində isə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Şəki Apellaysiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş hakim vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar