Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-94/2025 04.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxx 1997-ci ildə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ucar Rayon Məhkəməsinin 2(063)-25/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 07 iyul 2021-ci ildən başlayaraq 27 avqust 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 04 mart 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN2089019 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, məhkəmənin qərarına səasən bir uşağının saxlanılması üçün hər ay 135 manat aliment ödəməlidir, daimi iş yeri, qazancı və gəliri olmadığından aliment borcu yaranmışdır, aliment borcunu ödəməkdən imtina etmir, iki ay müddətində hissə-hissə ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-25/2022 saylı, 12 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan borclu Şəxs hər ay bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün 135 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 10 yanvar 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsə də çağırışlardan yayınmış, fərqli tarixlərdə bir neçə dəfə “sms” bildiriş göndərilsə də borclu, Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu icra məmurunun çağrışlarından yayındığı üçün barəsində 12 fevral 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 25 fevral 2025-ci il tarixdə borclunun barəsində 750026 nömrəli axtarış işi açılaraq axtarış elan olunmuşdur. Borclu 04 mart 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs Ucar rayon icra və probasiya şöbəsində izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 1940 manat aliment borcu tam olaraq ondan tələb olunmasına baxmayaraq ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-25/2022 saylı, 12 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs aliment borcu 1940 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərib ərizədə borclunun ona aliment borcunun 1940 manat təşkil etdiyini, aliment borcunun tam olaraq tələb etdiyini göstərmiş, ödəmədiyi halda inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 04 mart 2025-ci il, saat 15:05-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-94/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-94/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver