Məhkəmə qərarları › İş №3(063)-96/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-96/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-96/2025 06.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya icra məmuru X2 iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 13-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-807/2023 saylı, 31 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Ucar rayonu, Lək kəndində qeydiyyatda olan borclu Şəxs 3558.43 məbləğində pul vəsaiti tutularaq tələbkar "X7" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 2(117)-1297/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 10570.37 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri 26 noyabr 2024-cü il tarixdə bir icraatda birləşdirilmişdir. İcra sənədləri müvafiq olaraq 17 oktyabr 2023 və 26 noyabr 2024-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya yönəldilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsə də çağırışlardan yayınmış, fərqli tarixlərdə bir neçə dəfə sms bildiriş göndərilsə də borclu Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu icra məmurunun çağrışlarından yayındığı üçün barəsinə 26 dekabr 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 28 fevral 2025-ci il tarixdə borclunun barəsində 750030 nömrəli axtarış işi açılaraq axtarış elan olunmuşdur. Borclu 06 mart 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs Ucar rayon icra və probasiya şöbəsində izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədləri üzrə 14128.80 manat borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-807/2023 saylı, 31 avqust 2023-cü il tarixli, Şəki Kommersiya Məhkəməsinin 2(117)-1297/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədləri borclu Ucar rayonu, Lək kəndində qeydiyyatda olan Şəxs hər iki icra sənədi üzrə 14128.80 manat təşkil edir. Hazırda tələbkarlar icra sənədinin tam icra edilməsini tələb edirlər. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya icra məmuru X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-807/2023 saylı, 31 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Ucar rayonu, Lək kəndində qeydiyyatda olan borclu Şəxs 3558.43 məbləğində pul vəsaiti tutularaq tələbkar "X7" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 2(117)-1297/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 10570.37 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri 26 noyabr 2024-cü il tarixdə icraatda birləşdirilmişdir. İcra sənədləri müvafiq olaraq 17 oktyabr 2023 və 26 noyabr 2024-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya yönəldilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsədə çağırışlardan yayınmış, fərqli tarixlərdə bir neçə dəfə sms bildiriş göndərilsə də borclu Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu İcra məmurunun çağrışlarından yayındığı üçün barəsinə 26 dekabr 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 28 fevral 2025-ci il tarixdə borclunun barəsində 750030 nömrəli axdarış işi açılaraq axtarış elan olunmuşdur. Borclu 06 mart 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs Ucar rayon icra və probasiya şöbəsində izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədləri üzrə 14128.80 manat borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-807/2023 saylı, 31 avqust 2023-cü il tarixli, Şəki Kommersiya Məhkəməsinin 2(117)-1297/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədləri borclu Ucar rayonu, Lək kəndində qeydiyyatda olan Şəxs hər iki icra sənədi üzrə 14128.80 manat təşkil edir. Hazırda tələbkarlar icra sənədinin tam icra edilməsini tələb edirlər. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, yaranmış borcu ödəmək onun vəzifəsi olduğunu anlayır. Lakin maddi imkanı olmadığı üçün, eyni zamanda, atasının yaxın vaxtlarda vəfatı ilə əlaqədar ödəniş edə bilməmişdir. Odur ki, həbs olunacağı təqdirdə himayəsində olan azyaşlı uşaqlarının baxımsız vəziyyətdə qalmasının və eləcə də yaşının və ailə vəziyyətinin nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər "X7" Açıq Səhmdar Cəmiyyəti və Zərərçəkmiş şəxs1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, hər iki cəmiyyətin nümayəndələri məhkəməyə ərizələr ünvanlayaraq yaranmış borcu tam tələb etdiklərini və məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini xahiş etmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslər "X7" Açıq Səhmdar Cəmiyyətinin və Zərərçəkmiş şəxs1 nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 807/2023 saylı, 31 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Ucar rayonu, Lək kəndində qeydiyyatda olan borclu Şəxs 3558.43 məbləğində pul vəsaiti tutularaq tələbkar "X7" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 2(117)-1297/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 10570.37 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri 26 noyabr 2024-cü il tarixdə icraatda birləşdirilmişdir. İcra sənədləri müvafiq olaraq 17 oktyabr 2023 və 26 noyabr 2024-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsədə çağırışlardan yayınmış, fərqli tarixlərdə bir neçə dəfə sms bildiriş göndərilsə belə borclu Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu İcra məmurunun çağrışlarından yayındığı üçün barəsinə 26 dekabr 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 28 fevral 2025-ci il tarixdə borclunun barəsində 750030 nömrəli axdarış işi açılaraq axtarış elan olunmuşdur. Borclu 06 mart 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs Ucar rayon icra və probasiya şöbəsində izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədləri üzrə 14128.80 manat borcu ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-807/2023 saylı, 31 avqust 2023-cü il tarixli, Şəki Kommersiya Məhkəməsinin 2(117)- 1297/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli icra sənədləri borclu Ucar rayonu, Lək kəndində qeydiyyatda olan Şəxs hər iki icra sənədi üzrə 14128.80 manat təşkil edir. Hazırda tələbkarlar icra sənədinin tam icra edilməsini tələb edirlər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində 30 sentyabr 2018-ci il təvəllüdlü X3 və 04 fevral 2022-ci il təvəllüdlü X4 adlı iki azyaşlı övladları vardır. İşdə olan zərərçəkmiş şəxslər "X7" Açıq Səhmdar Cəmiyyətinin və Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladıqları müraciətlərindən görünür ki, sonuncular yaranmış borcun tam ödənilməsini tələb edirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini, himayəsində iki azyaşlı övladlarının olmasını, yaşını və ailə vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra hərəkətləri ilə bağlı uzun müddət laqeydlik nümayiş etdirməsini və icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 06 mart 2025-ci il tarixdən saat 18:05-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar