Məhkəmə qərarları › İş №3(063)-98/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-98/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-98/2024 26.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxx 1990-cı ildə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonu, Alpout kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 16 fevral 2024cü il tarixdə, saat 15 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində lazımi icazə olmadan ov etməklə ov qaydalarını kobud şəkildə pozmuş, həmçinin müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı (1 ədəd “TOZ” markalı, 20 çaplı, 2 lüləli, 4440-5 nömrəli, yivsiz) daşımışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Ucar Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Ə.Əliyev tərəfindən qəbul edilmiş 26 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və X3, X8 və X11 tərəfindən ov tüfənglərinin müəyyən edilməmiş yerdə daşınma qaydaları pozulduğuna görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə, Ucar rayonu, Alpout kənd sakini Şəxs ov tüfəngini qanunsuz saxladığı müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə, həmçinin X1, X4, Şəxs və X9 qanunsuz ov etdikləri üçün barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tədbir görülməsi üçün Ucar Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı Şəxs izahat verərək göstərmişdir ki,. ona məxsus “Toz” markalı, qoşa lülə, 20 kalibr, 82669 nömrəli tüfəng vardır. Həmin tüfəngin rəsmi sənədləri yoxdur və həmin silah ona vəfat etmiş babasından yadigar qalmışdır. Aqşin Cəbrayılov, Kamil Əhmədov və Nemət Əhmədov onun tanışlarıdır. 16 fevral 2024-cü il tarixdə, saat 15 radələrində o, tanışları Aqşin, Kamil və Nemət ilə birlikdə Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən açıq sahəyə ov etmək məqsədi ilə getmişlər. O, tanışları Aqşin, Kamil və Nemət ilə birlikdə ərazini bir müddət gəzdikdən sonra ov etməyə başlamışlar. O, hər kəsin özünə məxsus ov tüfənglərinin olduğunu demişdir. Tanışları Aqşin, Kamil və Nemət ilə birlikdə o, Ucar rayonu, Qazyan kəndi ərazisində qanunsuz ov edərək 4 ədəd çöl ördəyi vurmuşlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, onu və onunla birlikdə ov edən Kamil, Nemət və Aqşini həmin ovlar ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. O, ova Kamil, Nemət və Aqşin ilə birlikdə getdiyini, həmin ovların ozü və tanışları tərəfindən ovlandığını söyləmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı Ucar rayonu, Alpout kənd sakini Şəxs qanunsuz saxladığı “Tula” markalı, qoşalüləli ov tüfənginin DİN-in BƏSİİdə itirilmiş və oğurlanmış silahlar siyahısında olub-olmamasının müəyyən edilməsindən ötrü göstərilən idarəyə sorğu verilmiş, 24 fevral 2024-cü il tarixdə DİN-in BƏSİİ-dən Ucar Rayon Polis Şöbəsinə daxil olmuş məlumatda, aşkar edilmiş silahın talanmış və itirilmiş silahların uçotunda olmaması göstərilmişdir. İşə əlavə edilmiş 16 fevral 2024-cü il tarixli raportdan görünür ki, Ucar rayonu, Alpout kəndində yaşayan Şəxs qanunsuz saxladığı 01 ədəd «Toz» markalı, 2 lüləli, 20 çaplı, lülə nömrəsi 4440 olan yivsiz ov tüfənginin, Ucar rayonu, Gəraybəyli kəndində yaşayan X2 məxsus 01 ədəd «Çifsan» markalı, 2 lüləli, 12 çaplı, lülə nömrəsi 169-361 olan yivsiz ov tüfənginin, Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan X5 məxsus 01 ədəd «Toz» markalı, 2 lüləli, 12 çaplı, lülə nömrəsi A30593 olan yivsiz ov tüfənginin, Ucar şəhəri, Şəhriyar küçəsində yaşayan X10 məxsus 01 ədəd «Toz» markalı, 2 lüləli, 20 çaplı, lülə nömrəsi 82669 olan yivsiz ov tüfənginin rayon polis şöbəsinin növbətçi hissəsinin silahların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi R.Məmmədov tərəfindən 29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməllər, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar, cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və iş materialları ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati xətanın törədilməsinə alət olan mülki silah (1 ədəd “TOZ” markalı, 20 çaplı, 2 lüləli, 4440-5 nömrəli, yivsiz) müsadirə edilməklə, inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 150-151-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xətanın törədilməsinə alət olan mülki silah (1 ədəd “TOZ” markalı, 20 çaplı, 2 lüləli, 4440-5 nömrəli, yivsiz) müsadirə edilməklə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar