Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1/2023 14.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis mayoru X2, zərərçəkmiş şəxs X1 və onun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1966-cı il tarixində Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, həmin kənddə qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Qarabulaq yaşayış məntəqəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli RPŞ-nin polis sahə rəisi polis polis mayoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN №1356269 inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2022-ci il tarixində səhər saat 08:06 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndində X1 idarə etdiyi “Hyundai Elantra” markalı, ** BM *** nömrəli avtomobili qəsdən vurmaqla zərərçəkmiş şəxsə 2.200 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis mayoru X4 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixində səhər saat 08:06 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində X1 idarə etdiyi “Hyundai Elantra” markalı, ** BM *** nömrəli avtomobili qəsdən vurmaqla zərərçəkmiş şəxsə 2.200 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs müraciəti əsasında Füzuli RPŞ TB-nin baş təhqiqatçısı S.Süleymanov tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında onun tərəfindən Şəxs barəsində AR İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixində səhər saat 08:06 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində onun idarə etdiyi “Hyundai Elantra” markalı, ** BM *** nömrəli avtomobili qəsdən vurmaqla ona 3.000 manata yaxın maddi ziyan vurmuşdur. Hazırda ziyan ödənilmədiyinə görə o, şikayətçidir və vurulmuş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, Şəxs bir ay içində artıq ikinci dəfədir ki, onun avtomobilini əzməklə ona maddi ziyan vurur. Zərərçəkmiş şəxs vəkili Nümayəndə bildirdi ki, Zərərçəkmiş şəxs avtomobili Şəxs tərəfindən artıq ikinci dəfədir ki, əzilir. Ona görə də, Şəxs ağır cəzalanmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, Aytəkin ona borclu olduğu pulu qaytarmadığından bərk əsəbləşmiş və X1 idarə etdiyi “Hyundai Elantra” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Hazırda maddi imkansızlığından vurulmuş maddi ziyanı ödəyə bilmir. İş materiallarına əlavə edilmiş: Füzuli RPŞ TB-nin baş təhqiqatçısı S.Süleymanovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6367 saylı rəyindən görünür ki, “Hyundai Elantra” markalı, ** BM *** nömrəli avtomobilinə hadisə nəticəsində 2.200 manat maddi ziyan dəymişdir. Tam ortaqlı “Şamil” firması tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 03 saylı qüsur aktından görünür ki, “Hyundai Elantra” markalı, ** BM *** nömrəli avtomobilə vurulmuş maddi ziyan 2.940 manat hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8686 saylı rəyindən görünür ki, X1 “Hyundai Elantra” markalı, ** BM *** nömrəli avtomobilinə hadisə nəticəsində 2.690 manat maddi ziyan dəymişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici törədilmiş inzibati xətaya görə inzibati tənbehin təyin edilməsini vurulmuş ziyanla əlaqələndirmişdir. İş materiallarına əlavə olunmuş mütəxəssis və ekspert rəylərindən görünür ki, avtomobilə vurulmuş maddi ziyanla bağlı yekdil məbləğ qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda qeyd olunan 2.200 manat məbləğin əsas götürülməsi qanuni və əsaslıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. AR İXM-in 33.1.2-ci maddəsində deyilir ki, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati məsuliyyəti ağırlaşdıran haldır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Materiala əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Hazırkı inzibati xətanı isə Şəxs xx.xx.2022-ci il tarixində, yəni xx.xx.2022-ci il tarixli qərar qüvvəyə minməmişdən əvvəl törətdiyindən məhkəmə Şəxs bu əməlini İXM-in 33.1.2-ci maddəsinə əsasən təkrar əməl kimi inzibati məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirmir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin nisbətən yuxarı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, məhkəmə hazırkı iş üzrə prosessual qənaət prinsipinə əməl edərək Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi məsələsini də həll etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. xx.xx.2022-ci il tarixli, MN№ ******* inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan 2.200 manat müəyyən edildiyindən məhkəmə həmin məbləğin Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-in: 55.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, həmin məbləğ dövlət hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 232-1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3.300 (inzibati xəta nəticəsində vurulmuş 2.200 manat ziyanın 1,5 misli) manat inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə dəymiş maddi zərərə görə 2.200 manat Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə 50 manat ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-1/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver