Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1/2024 11.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov İlham Rəvan oğlunun katibliyi, şikayət verən şəxs X2 iştirakı ilə X2 DİN BDYPİ-nin EQ/ 17403942 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 DİN BDYPİ-nin EQ/17403942 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Füzuli rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İmişli rayonundan Füzuli rayonu istiqamətində hərəkət edərkən radar kamerası vasitəsilə şikayətçiyə 100 manat cərimə təyin olunmuşdur. Sonradan məlum olmuşdur ki, cərimə olunma səbəbi avtomobilin sürücülük hüququ olmayan şəxs tərəfindən idarə olunmasıdır. Halbuki, həmin vaxt avtomobili idarə edən şəxs X2 dostu sürücülük hüququ olan X4 olmuşdur. Bu halın inzibati tənbeh vermə haqqında qərara əlavə olunmuş fotoşəkildən də aydın görsəndiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - DİN BDYPİ Polis Polkovnik X1 tərəfindən tərtib olunmuş EQ/17403942 saylı protokol üzrə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X3 yol hərəkəti qaydalarını pozduğu üçün AR İXM-nin 328.1-ci, 332.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, şikayət verən şəxsin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X2 İXM-in 328.1-ci, 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasına dair DİN BDYPİ Polis Polkovnik X1 tərəfindən tərtib olunmuş EQ/17403942 saylı protokol üzrə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, X2 İXM-nin 328.1-ci, 332.2-ci maddəsilə xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində inzibati qayadada cərimə edilməsinə səbəb olmuş əməlin törədilməsini təsdiqləyən hər hansı mötəbər sübut yoxdur. İnzibati tənbeh vermə haqqında qarardan verilmiş şikayətin araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixdə Baş Dövlət Yol Polis idarəsinə inzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntünün və digər iş materiallarının Füzuli Rayon Məhkəməsinə təqdim edilməsi üçün müvafiq məktub göndərilmişdir. Lakin Baş Dövlət Yol Polis idarəsi tərəfindən həmin inzibati xətanı özündə əks etdirən hər hansı videogörüntü və ya iş materialı təqdim edilməmişdir. Hüquqi əsaslandırma: İXM-nin 3-cü maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 75-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar sırasında həmin məcəllənin 75.0.1-ci maddəsində öz əksini tapan inzibati xəta hadisəsinin (inzibati xəta törədilmişdirmi) olmasıdır. İXM-nin 76.1-ci maddəsində göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Həmin məcəllənin 83.2-ci maddəsinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmin məcəllənin 83.3-cü maddəsinə əsasən müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, Baş Dövlət Yol Polis idarəsinə inzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntünün və digər iş materiallarının Füzuli Rayon Məhkəməsinə təqdim edilməsi üçün müraciət olunsa da məhkəməyə həmin idarə tərəfindən sözügedən inzibati xətanın törədilməsini özündə əks etdirən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində mövcud olan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasında həmin məcəllənin 135.1.3-cü maddəsində göstərilən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsidir. Beləliklə, müəyyən olunmuşdur ki, X2 İXM-nin 328.1-ci, 332.2-ci maddəsilə xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində inzibati qayadada cərimə edilməsinə səbəb olmuş əməlin törədilməsini təsdiqləyən hər hansı mötəbər sübut yoxdur. Belə olan halda, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci, 332.2-ci maddəsinə əsasən verilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 75, 76, 83, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. DİN BDYPİ-nin EQ/17403942 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-1/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver