Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1013/2024 09.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs (bundan sonra - o) əvvəllər Füzuli Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 3(064)-809/2024 nömrəli və 16 noyabr 2024-cü il tarixli, 3(064)-809/2024 nömrəli qərarları ilə hazırki iş üzrə eyni məzmunda törətdiyi əməllərə görə Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində müvafiq olaraq 8 və 10 gün müddətə inzibati həbs tənbeh tədbirlərinin tətbiq edilməsinə baxmayaraq, 06 dekabr 2024-cü il tarixdə saat 06 radələrində məqsədinin işğaldan azad olunmuş ərazilərdən qanunsuz olaraq metal hissələrini yığmaq olduğuna görə həmin ərazilərə getməyin qanuni olub-olmamasının yoxlanılması üçün Füzuli rayonu ərazisində yerləşdirilmiş stasionar polis postundan deyil, ondan kənarda yerləşən alternativ torpaq yoldan keçib, xüsusi icazəsi olmadan işğaldan azad olunmuş Xocavənd rayonu ərazisinə getməklə Füzuli RPŞ-nin müvafiq əməkdaşlarının müvafiq qanuni tələblərinə qəsdən tabe olmamışdır. 09 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən onun sərnişini olduğu, Şahid idarə etdiyi “Changan” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil Xocavənd rayonu ərazisində saxlanıldıqdan sonra müvafiq yoxlama aparılarkən həmin avtomobilin yük yerindən onun işğaldan azad olunmuş ərazilərdən yığdığı təxminən 50-60 kq. metal hissələr aşkar edilmiş, eləcə də, onun 06 dekabr 2024-cü il tarixdə işğaldan azad olunmuş ərazilərə getməyə xüsusi icazəsinin olmadığı müəyyən edilmiş, buna görə də o, 06 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən Füzuli RPŞ-yə təhvil verilmişdir. Göstərilənlərə əsasən Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4 tərtib etdiyi 09 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq göstərmişdir ki, 09 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən Şəxs sərnişini olduğu, Şahid idarə etdiyi “Changan” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil Xocavənd rayonu ərazisində saxlanıldıqdan sonra müvafiq yoxlama aparılarkən həmin avtomobilin yük yerindən Şəxs işğaldan azad olunmuş ərazilərdən yığdığı təxminən 50-60 kq. metal hissələr aşkar edilmiş, eləcə də, sonuncunun 06 dekabr 2024-cü il tarixdə işğaldan azad olunmuş ərazilərə getməyə xüsusi icazəsinin olmadığı müəyyən edilmiş, buna görə də Şəxs 06 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən Füzuli RPŞ-yə təhvil verilmiş, bundan sonra hazırki məhkəmə iclasına gətirilənədək Füzuli RPŞ-də saxlanılmış, lakin bununla bağlı müvafiq protokol tərtib edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, İİ Qarabağ Müharibəsinin iştirakçısıdır. O, əvvəllər 2024-cü ildə bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə Füzuli rayonu ərazisində yerləşən stasionar polis postundan kənarda yerləşən alternativ torpaq yollardan keçib işğaldan azad olunmuş ərazilərə getdiyinə və oradan yığdığı metal hissələr onun olduğu avtomobil Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb müvafiq yoxlama aparılarkən yük yerindən aşkar edildiyinə görə Füzuli RPŞ-yə aparılmış, orada polis əməkdaşları tərəfindən ona həmin əməllərinin qanunsuz olması və həmin əməlləri bir daha törətməməsi barədə şifahi qaydada profilaktik söhbətlər aparılmaqla xəbərdarlıq edilmişdir. Həmçinin, Füzuli Rayon Məhkəməsinin 26 avqust 2024 və 16 noyabr 2024-cü il tarixli qərarları ilə hazırki iş üzrə eyni məzmunda törətdiyi əməllərə görə Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində müvafiq olaraq 8 və 10 gün müddətə inzibati həbs tənbeh tədbirləri tətbiq edilmişdir. Buna baxmayaraq, 06 dekabr 2024-cü il tarixdə saat 06 radələrində məqsədinin işğaldan azad olunmuş ərazilərdən qanunsuz olaraq metal hissələrini yığmaq olduğuna və həmin ərazilərə getməyə xüsusi icazəsi olmadığına görə Füzuli rayonu ərazisində yerləşdirilmiş stasionar polis postundan deyil, ondan kənarda yerləşən alternativ torpaq yoldan keçməklə Füzuli rayonunun işğaldan azad olunmuş ərazisinə getmiş, qabaqcadan əldə etdikləri razılığa əsasən onu yaxınlıqda gözləmiş, işğaldan azad olunmuş ərazilərə keçməyə xüsusi icazəsi olmuş tanışı Şahid idarə etdiyi “Changan” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, oradan sonuncu ilə birlikdə işğaldan azad olunmuş Xocavənd rayonu ərazisinə getmişlər. Oradan 50-60 kq. metal hissələr yığıb həmin avtomobilin yük yerinə qoymuşlar. 09 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən onun sərnişini olduğu, Şahid idarə etdiyi “Changan” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil Xocavənd rayonu ərazisində saxlanıldıqdan sonra müvafiq yoxlama aparılarkən həmin avtomobilin yük yerindən onun işğaldan azad olunmuş ərazilərdən yığdığı təxminən 50-60 kq. metal hissələr aşkar edilmiş, eləcə də, onun 06 dekabr 2024-cü il tarixdə işğaldan azad olunmuş ərazilərə getməyə xüsusi icazəsinin olmadığı müəyyən edilmiş, buna görə də o, 06 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən Füzuli RPŞ-yə təhvil verilmiş, bundan sonra hazırki məhkəmə iclasına gətirilənədək Füzuli RPŞ-də saxlanılmışdır. Hər hansı polis əməkdaşı tərəfindən ona fiziki və psixi formada zor tətbiq edilməmişdir. Həmin metal hissələri göstərdiyi avtomobilin sahibi X1 ilə, yəni sonuncu üçün yığmış, bunun müqabilində Əlisahib İsgəndərov ona təxminən 50 manat məbləğində pul verəcəkdi. Hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi izahatında işin halları barədə Şəxs izahatı ilə eyni məzmunda göstərmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs işin halları barədə etirafedici məzmunda izahat verib, törətdiyi əməldən səmimi peşiman olması və İİ Qarabağ Müharibəsi iştirakçısı olması nəzərə alınaraq, sonuncu barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - özünün məhkəmə iclasında və Füzuli RPŞ-də verdiyi etirafedici izahatları ilə yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi izahatı, iş materiallarında olan sənədlər və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Elektron məhkəmə portalı” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsistemindən əldə edilmiş elektron məlumatlardan görünür ki, Şəxs İİ Qarabağ Müharibəsi veteranı olduğuna görə 80 manat pensiya alır. - Füzuli Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 3(064)-809/2024 nömrəli və 16 noyabr 2024-cü il tarixli, 3(064)-941/2024 nömrəli qərarlarının surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində müvafiq olaraq 8 və 10 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilmişdir. Məhkəmə Şəxs səmimi peşmançılığını və İİ Qarabağ Müharibəsi veteranı olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı bir il ərzində təkrar törətməsini isə həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, İİ Qarabağ Müharibəsi veteranı olması və səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halların olması, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı bir il ərzində təkrar törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4, Şahid və Şəxs məhkəmə iclasında verdikləri izahatlar əsasında sonuncunun azadlığının faktiki məhdudlaşdırılmasının 09 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı andan başladığı və bu halın onun 06 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən Füzuli RPŞ-yə təhvil verilməsindən sonra hazırki məhkəmə iclasına gətirilənədək Füzuli RPŞ-də saxlanılması səbəbindən davam etməsi müəyyən edildiyinə görə Şəxs həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 06 dekabr 2024-cü il tarix saat 13:00-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 06 dekabr 2024cü il tarix saat 13:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Ağcabədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-1013/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1013/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver