Məhkəmə qərarları › İş №3(064)-1017/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1017/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1017/2024 10.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin (bundan sonra – Füzuli RPŞ YPX) inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Xocavənd rayonu, Salakətin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Xocavənd rayonu, Salakətin kəndində qeydiyyatda olan, Beyləqan rayon ərazisində yerləşən Xocavənd rayon 500 ailəlik qəsəbədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 332.1, 332.3 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli RPŞ YPX-nin polis baş serjantı X1 tərəfindən tərtib edilmiş 07 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 07 dekabr 2024-cü il tarixdə saat 19:40-da “VAZ 21063 minik” markalı, **-FN- *** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, 5-ci Qayıdış qəsəbəsi ərazisində sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Füzuli RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 332.3 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 07 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X1 tərtib etdiyi 07 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. O, 07 dekabr 2024-cü il tarixdə saat 19:40-da “VAZ 21074 minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, 5-ci Qayıdış qəsəbəsi ərazisində sərxoş vəziyyətdə idarə etdiyinə görə polis əməkdaşları həmin avtomobili saxlatdırmışlar. Polis əməkdaşları onu sərxoş vəziyyətdə olmasına görə “alkotestr” vasitəsilə müayinə etmiş və onun spirtli içki qəbul etməsini müəyyən etmişlər. O, bu halla razılaşmış, buna görə də sərxoşluq halının müəyyən edilməsi üçün həkim müayinəsindən keçməkdən imtina etmişdir. Törətdiyi əməldən səmimi peşimandır. Buna görə də barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 07 dekabr 2024-cü il tarixli protokol və ona əlavə edilmiş qəbzdən görünür ki, Şəxs “alkotestr” vasitəsilə müayinə edilməsi zamanı qanında alkoqolun konsentrasiyasının 1.216 promilli olması müəyyən edilmiş, sonuncu həmin nəticə ilə razılaşaraq həkim müayinəsindən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 07 dekabr 2024-cü il tarixli protokol, ona əlavə edilmiş qəbz və digər sənədlərlə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə 07 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs həm də Azərbaycan Respublikası İXM-in 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsində şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması üçün bunun eyni orqanın səlahiyyətinə aid olması tələb edildiyinə, eləcə də həmin Məcəllənin 43-cü maddəsində 334.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, 332.1 və 332.3-cü maddələrdə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmədiyinə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyinə görə iş üzrə inzibati xəta haqqında protokolun Şəxs həm də Azərbaycan Respublikası İXM-in 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı hissələrinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Elektron məhkəmə portalından əldə edilmiş məlumatlardan görünür ki, Şəxs İİİ qrup əlildir, evlidir, "xxxx" MMC-nin direktorudur. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, İİİ qrup əlil olmasını isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi, həmin Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, şəxsiyyəti, əmlak vəziyyətini, səmimi peşimançılıq keçirməsi və İİİ qrup əlil olmasından ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXMin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs edilməsinin əvvəli 10 dekabr 2024-cü il tarix, saat 18:10-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Zərdab Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar