Məhkəmə qərarları › İş №3(064)-1018/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1018/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1018/2025 04.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan–Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Füzuli rayonunda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Füzuli rayonu, Füzuli şəhəri, Xanlar küçəsi, ev 114, mənzil 8-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra–Füzuli RİP) daxil olmuş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli 2(010)-4909/2015 saylı qətnaməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 8(010)- 465/2025 qərardadı əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədindəki tələbi Füzuli RİPŞ-nin icra məmuru X5 tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 2(010)-4909/2015 saylı qətnaməsi üzrə 04 sentyabr 2015-ci il tarixdə verilmiş icra sənədinə əsasən alimentin miqdarı dəyişdirilərək, borclu X2 xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X6, 23 sentyabr 2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ei il təvəllüdlü X7 yetkinlik yaşına çatnadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 324 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir.Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 8(010)- 465/2025 saylı icra vərəqsinə xx.xx.2025-ci il tarixdən başlayaraq 23 sentyabr 2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatnadək saxlanılmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə artırılmalar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumun əmək haqqının 0,88 misli həddində aliment tutulmalıdır. İcra sənədləri müvafiq qayda da icraata qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmən təqdim edilmişdir. Aliment borcunun ödənilməsi ilə əlaqədar borclu borclu Şəxs şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, yaranmış aliment borucunu tam olaraq tələbkar X4 xeyrinə ödəməmişdir.Borclu Şəxs icra sənədiləri əsasən tələbkar X4 xeyrinə cəmi 27837 (iyirmi yedd min səkkiz yüz otuz yeddi) manat aliment pulu ödəmiş, ödənilməmiş 1 1755 (on bir min yedd yüz əlli beş) manat aliment borcu qalmışdır. Elektron çıxarışda borclu Şəxs “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" X11 işlədiyi göstərilmişdir.Bundan sonra yaranmış aliment borcunu ödəniməsi üçün Borclu Şəxs əmək haqqından 60% məbliğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməsi üçün icra sənədi icra oluması üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Minatəmizləmə X10 Şəxsinə göndərilmişdir. Lakin tələbkar X8 bununla razılaşmayaraq borcun tam olaraq ödənilməsini tələb edir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda o, aliment borcundan hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də, icra sənədinə əsasən yaranmış aliment borcunu tam ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, borclu borcunu hissə-hissə ödəmək üçün bir neçə dəfə şöbəyə gələrək icra sənədi üzrə borcunu tələbkara yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra vərəqəsi üzrə 11755 manat pul borcunun tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi üçün Füzuli RİPŞ-nə çağırılmış, ona rəsmi xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. O, borcunu tam şəkildə ödəyə bilmir. X1 Publik Hüquqi şəxsdə işləyir. Bu günədək ümumi borcundan onun əmək haqqısından 315, 310 və 305 manat manat pul tutulmuşdur. Əlavə olaraq o, bildirmişdir ki, uzun müddət xəstə olduğu üçün, səhhətindəki problemlərlə əlaqədar işləyə bilməmiş və borcunu ödəyə bilməmişdir. Həmçinin bildirmişdir ki, az müddətdir ki, işlə təmin olunmuş, rəsmi iş yeri var və onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilərsə, onun işdən işdən azad olunması ehtimalı var. Bu halda yenə də icra sənədi üzrə borclarını ödəyə bilməyəcək. Belə ki, icra məmuru tərəfindən alimentin tutulması onun əmək haqqının 60% hissəsinə yönəldilmiş və tələbkarın xeyrinə əmək haqqından tutulmalar həyata keçirilir. Bunları nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda borclu onun xeyrinə heç bir ödəniş etmir. Uşaqları təkbaşına saxlayır. Maddi imkanı çox zəifdir. Hazırda borcludan şikayətçi olduğunu və onun icra sənədi üzrə ona olan borcunun vaxtı-vaxtında ödənilməsini xahiş etmişdir. Uzun müddət borclunun xəstə olmasından məlumatlı olmuşdur. Hazırda isə borclu işləyir və ona görə də alimenti tələb edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: -məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan: İcra sənədi üzrə xx.xx.2015-ci il tarixdə və xx.xx.2025-ci il tarixində qəbul edilmiş icraata başlamaq haqqında qərarların, tələbin könüllü icrası haqqında bildiriş, bir neçə dəfə yazılı xəbərdarlıqlar borclu Şəxs rəsmən təqdim edilmiş, lakin borclu icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. Məhkəmə Şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, əməlindən peşman olmasından ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 528.1-ci maddəsi ilə onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclu səhhətində yaranmış xəstəliklər səbəbindən uzun müddət əmək qabiliyyətli olmamış, bu barədə zərərçəkmiş şəx də məlumatlı olmuş, səhhəti normallaşdıqdan sonra yenidən işə qəbul olunmuş, hazırda rəsmi olaraq iş yeri mövcuddur və icra məmuru tərəfindən alimentin tutulması onun əmək haqqının 60% hissəsinə yönəldilmiş, tələbkarın xeyrinə əmək haqqından tutulmalar həyata keçirilir. Hazırda onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi onun işdən azad olunması və nəticədə icra sənədinin icrasız qalması ilə nəticələnə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmanlıq keçirməsi məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar